Mədinədə Peyğəmbər dövrünə aid 500 artifakt nümayiş etdirilir
Qahirə, 5 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Peyğəmbərin Həyatı və İslam Sivilizasiyası Muzeyində Məhəmməd Peyğəmbərin dövrünə aid 500 artefaktdan ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Müsəlman Dünyası Liqasının baş katibi Şeyx Məhəmməd bin-İssa və Mədinədəki Böyük Məscidin imamı Şeyx Salih bin Hümeyidin də iştirak etdiyi açılış mərasimində İslamın insanlar arasında ədalət və dözümlülük dini olduğu qeyd olunub.
Muzeyin 25 pavilyonunda təşkil edilmiş sərgidə Məhəmməd Peyğəmbərin həyatının Məkkə və Mədinə dövrlərinə dair qiymətli əşyalar və əlyazmalar, “Qurani Kərim”in ilkin nüsxələri, habelə Məkkə və Mədinənin qədim binaları olan maketlər nümayiş etdirilir. Muzeyin ayrıca bir mərtəbəsində yerləşən kino zalında isə Peyğəmbərin həyatı haqqında lentə alınmış sənədli və bədii filmlər göstərilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]