Məhəmməd Cavad Zərif: Azərbaycan-İran əlaqələri mümkün ola biləcək ən yüksək səviyyəyə çatıb
Bakı, 5 aprel, Anar Rzayev, AZƏRTAC
Son 26 ildə Azərbaycan ilə İran arasındakı əlaqələr indiyədək mümkün ola biləcək ən yüksək səviyyəyə çatıb.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu dilə gətirən xarici işlər naziri İran Prezidenti Həsən Ruhaninin Azərbaycana son səfərinə diqqət çəkib: “Prezident Həsən Ruhaninin Azərbaycana səfəri olduqca uğurlu keçdi. Hər iki ölkə mühüm layihələr üzərində işləyir. Bu layihələrdən birinə Xəzər dənizində birgə əməkdaşlıq daxildir. Biz, eyni zamanda, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizində uğurlu əməkdaşlıq edirik. Hər iki ölkə faydalı əməkdaşlıq nümayiş etdirir. Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-İran dördtərəfli əməkdaşlığı da yüksək səviyyədə davam edir. Biz bu əlaqələri daha geniş məcrada inkişaf etdirməyi səbirsizliklə gözləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]