Məhəmməd Cavad Zərif: İran Xəzəryanı ölkələrlə birgə layihələr həyata keçirməyə hazırdır
Tehran, 28 yanvar, AZƏRTAC
İran Xəzəryanı ölkələrlə birgə layihələr həyata keçirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşündə deyib. Nazir bildirib ki, Xəzəryanı ölkələr arasında heç bir problem yoxdur və bu fakt dənizdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün yaxşı imkan yaradıb.
Onun sözlərinə görə, İran Xəzəryanı dövlətlərlə əlaqələrin inkişafında maraqlıdır.
Xatırladaq ki, uzunsürən danışıqlardan sonra ötən ilin avqustunda Aktauda Xəzəryanı dövlətlərin sammitində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. Qeyd edək ki, 1996-cı ildən davam edən danışıqların nəticəsində imzalanan Konvensiyaya əsasən tərəflər bərabər hüquqlara malikdirlər. Bu Konvensiya gəmiçilik, nəqliyyat, ticarət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkanlar açıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]