MƏKTƏB YENİ DƏRS İLİNİ YÜKSƏK ƏHVALİ-RUHİYYƏ İLƏ QARŞILAYIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Bakının Nizami rayonundakı 145 nömrəli rus məktəbində Yeni dərs ilinin başlanması - “Bilik” günü münasibətilə təntənəli mərasim keçirilmişdir. Məktəbin direktoru Nikolay Vasilçenko, müəllimlər, valideynlər ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış, Bakının nümunəvi təhsil müəssisələrindən olan bu məktəbin pedoqoji kollektivinə, şagirdlərinə yaxşı ənənələri qoruyub inkişaf etdirməyi arzulamışlar. Qeyd edilmişdir ki, builki məzunlardan 55-i test imtahanlarında yüksək bacarıq nümayiş etdirərək tələbə adını qazanmışdır. Onlardan 4-ü 600-dən çox bal toplamışdır. Rəngbərəng transparantlarda yazılmış “Salam, doğma məktəb!”, “Qədəmləriniz mübarək, əziz birincilər!” şüarları, ilk dərs günü paylanan təzə dərsliklər, hədiyyələr birincilərə xüsusi sevinc bəxş etmişdir.
Valideynlər məktəbdə sıxlığı aradan qaldırmaq məqsədi ilə tikilən 5 əlavə sinif otağına, alınmış təzə avadanlığa da baxmış, sinif otaqlarında, həyətdə yaradılmış səliqə-sahmandan razı qalmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]