Məktəbdə mart soyqırımına həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Bakıdakı 236 nömrəli tam orta məktəbdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar məktəbin foyesində soyqırımına aid rəsm sərgiləri, stend və guşələrə baxmışlar.
Tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin qəhrəmanlığa və mübarizəyə səsləyən “Uvertüra”sının sədaları altında üçrəngli bayrağımızın səhnəyə gətirilməsi ilə başlanmışdır.
Torpaqlarımızın azadlığı, suverenliyi uğrunda mübarizədə canından keçmiş vətən övladlarının, 20 Yanvar, Xocalı və 31 Mart soyqırımılarında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Məktəbin direktoru Xanlar İmaməliyev xalqımızın qəniminə çevrilmiş ermənilərin 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri amansız qətliamdan danışmışdır. O. bildirmişdir ki, mənfur ermənilər bu ərazilərdə on minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətindən, həmçinin bu gün ölkəmizin hərtərəfli inkişafı üçün aparılan siyasətin uğurlu nəticələrindən danışmışlar.
Sonda şagirdlərin ifasında şeirlər səslənmiş, ədəbi-bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]