Mərakeş Krallığında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anma mərasimi keçirilmişdir
Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Asiya ölkələrinin Rabatda akkreditə olunmuş diplomatik korpusunun və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mərasimin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, soyqırımı qurbanlarının və Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir S.Ağabəyov mərasimdə çıxış edərək son 200 ildə erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasətinin mahiyyətindən danışmış və iştirakçılara bu təcavüzkar siyasətin dəhşətli nəticələri haqqında məlumat vermişdir.
Bu qanlı faciə qurbanlarının xatirəsinin xalqımızın qəlbindən heç zaman silinməyəcəyini qeyd edən səfir S.Ağabəyov ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı əsasında 31 mart tarixinin 1998-ci ildən etibarən Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş qanlı terror aktlarını, soyqırımı faciələrini əks etdirən fotoşəkillər iştirakçıların böyük marağına səbəb olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]