Mərdəkan qəsəbəsində əl qumbarası aşkarlanıb VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Xəzər rayonunun Mərdəkan qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əraziyə baxış keçirilərkən döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilib.
Həmin qumbara zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən götürülüb.