Mərkəzi Bank Dövlət Xidməti ilə istehlakçıların hüquqlarının müdafiəsi üzrə müzakirələr aparıb
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankında (AMB) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə görüş olub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə iki qurum arasında istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində əməkdaşlığın aparılmasının daha operativ həyata keçirilməsi geniş müzakirə edilib, kapital bazarı sahəsində investorların maarifləndirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.