Mərkəzi Qan Bankı donor olmaq istəyənlərə müraciət edib
Bakı, 14 dekabr, AZƏRTAC
Mərkəzi Qan Bankı “Qan ver, həyat xilas et!” şüarı ilə vətəndaşlara müraciət edib. Müraciətdə bildirilir ki, onların həmrəylik nümayiş etdirərək qana ehtiyacı olan xəstələrə yardım göstərməsi çox vacibdir:
AZƏRTAC xəbər verir ki, yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də koronavirusun ağır formasından əziyyət çəkənlərin qana olan tələbatı artıb. Ona görə də bu məqsədlə edilən müraciətdə deyilir: “Bütün sutka ərzində fəaliyyət göstərən qan banklarında sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb. Sərtəşdirilimiş karantin günlərində vətəndaşların karantin qaydalarına uyğun icazə ilə müəyyən vaxt ərzində evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olduğu təqdirdə donorlar gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq. Qana ehtiyacı olan vətəndaşlar xilaskarlarını gözləyir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]