Məsud Pezeşkian: ABŞ danışıqlar prosesində İrana yenidən hücum edə bilər
Bakı, 1 may, AZƏRTAC
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin danışıqlar prosesində Tehrana yenidən hücum edə biləcəyi barədə xəbərdarlıq edərək bildirib ki, Vaşinqtona olan etibar “tamamilə yox olub”.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Pezeşkian belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığında dialoq və diplomatiyanın İranın gündəliyində daim yer aldığını bildirib. O, həmçinin dövlət televiziyası Press TV-yə verdiyi açıqlamada qeyd edib: “İranın dialoq və diplomatiya yolu ilə fikir ayrılıqlarını həll etmək səyləri həmişə gündəmdə olub. Lakin danışıqlar zamanı ABŞ və İsrail İrana iki dəfə hücum edib və bu cür hərəkətlərin təkrarlanması ehtimalı var. Həmin hücumlar Tehranda Vaşinqtona qarşı tam etimadsızlığa səbəb olub”.
Lukaşenko isə Körfəzdə artan gərginlik, onun region və dünya üçün təhlükəsizlik və iqtisadi nəticələri ilə bağlı narahatlığını ifadə edib. O, Tehranla Vaşinqton arasındakı fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [22:09]
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
- 03.06.2026 [21:06]
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib
- 03.06.2026 [19:03]
Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək
- 03.06.2026 [18:58]
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
- 03.06.2026 [18:48]