Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!

“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!

Parlament seçkisindən sonra Ermənistanda siyasi dinamikanın analizi ilə məşğul olan ekspertlər ümidli fikirlər ifadə etmirlər. Onlar bu ölkənin ciddi problemlərlə üz-üzə qaldığı qənaətindədirlər. Əvvəllər ermənilər üçün ümid yeri olan diaspor təşkilatları və havadar dövlətlər də son illər dəstəklərini xeyli azaldıblar. Belə görünür ki, ermənipərəst qüvvələr Ermənistanın dövlət kimi müstəqil olmasını, özünün daxili potensialı hesabına inkişaf etməsini tələb edirlər. Hələlik isə rəsmi İrəvan buna qabil deyil. Bunun müxtəlif daxili və xarici səbəbləri var. Faktiki olaraq Ermənistanda dövlət quruculuğu aparılmayıb. Bu ölkə əsas olaraq xarici ianələr hesabına mövcud olmaqdadır. Nəticədə, Ermənistanda dərin sistemli böhran yaşanır. Bununla yanaşı, Ermənistan üçün ən pis vəziyyət regional layihələrdən təcrid olması ilə bağlı yaranıb. Bunun səbəbi işğal etdiyi Azərbaycan ərazisindən çəkilməməsidir. Ermənistan rəhbərliyi ən ideal inkişaf planı ortaya qoysa belə, zəbt etdiyi torpaqları tərk etməsə, inkişafı mümkün deyildir. Bu məqam üzərində daha geniş dayanmağa ehtiyac vardır.

"Erməni solyankası": siyasi mənşəyin dolaşıqlığı və sistemli böhran

Nikol Paşinyan Ermənistanda hakimiyyətin zirvəsinə çatdı. İndi demək olar ki, o, bu cırtdan məmləkətdə hakimi-mütləqdir. Prezidentin elə bir səlahiyyəti olmadığını nəzərə alsaq, 2019-cu il yanvarın 14-dən "küçə demokratiyası"nın qələbəsi başa çatıb. Bir sıra ekspertlər (əsasən ermənilər) bunu "məxməri inqilab"ın birinci mərhələsinin yekunu kimi təqdim edirlər. Onlar həmin tezisi Ermənistanda yeniləşmənin bundan sonra da davam etməsi kontekstində irəli sürürlər. Lakin məsələyə daha geniş aspektdə yanaşdıqda, birinci mərhələ fərqli müstəvidə daha maraqlı görünür. Çünki faktiki olaraq əgər "inqilab" olubsa, onun ilk mərhələsi dalanda sona çatıb. Səbəbi haqqında ekspertlərin mülahizələrindən təsəvvür əldə etmək olar.

Maraqlıdır ki, birinci mərhələnin sonu kimi Ermənistan parlamentinin yeni tərkibdə fəaliyyətə başlaması göstərilir (bax: məs., Арег Галстян. "Постреволюционной" Армении требуется работа над ошибками / РСМД, 14 yanvar 2019). Əgər bu, doğrudan da belədirsə, onda Ermənistan siyasətinin dalana dirəndiyi qətiyyən şübhə doğurmur. Parlamentə daxil olan siyasi qrupların siyasi-ideoloji mövqelərinə nəzər salaq.

Hazırda Ermənistan parlamentində üç qrup təmsil olunub. Bunlar Nikol Paşinyanın başçılıq etdiyi "Mənim addımım", Qaqik Sarukyanın "Çiçəklənən Ermənistan" və Edmon Marukyanın "İşıqlı Ermənistan" bloklarıdır. Say bölgüsü aşağıdakı kimidir: "Mənim addımım" - 88 yer, "Çiçəklənən Ermənistan" - 26 yer və "İşıqlı Ermənistan" - 18 yer. Siyasi-ideoloji mövqeyinə görə ekspertlər "Mənim addımım" blokunu obrazlı olaraq "yığma solyanka" adlandırırlar (bax: əvvəlki mənbəyə). "Solyanka" qarışıq tərkibli rus şorbasıdır. O, ətdən və ya balıq, yaxud da göbələk bulyonundan hazırlanır və ona çoxlu sayda kəskin ədviyyat qatılır.

Buradan aydın deyil ki, N.Paşinyanın "siyasi kimliyi" "rus siyasi mətbəxi"ndə hazırlanıb, yoxsa o, amerikan "qarışıq şorbasıdır". Mənşəyi məlum olmayan bir siyasi qrup necə suveren və müstəqil dövlətçilik siyasəti yeridə bilər? Həm də N.Paşinyan parlamentdə 88 "addımçı" ilə böyük üstünlüyə malikdir. Bu o deməkdir ki, parlamentin əksər hissəsi "qarışıq şorbadır".

Onun mərkəzi həlqəsini "Vətəndaş sazişi" partiyası təşkil edir. Bu partiyanın siyasi-ideoloji xətti adı kimi qondarmadır. Çünki Ermənistanda real vətəndaşlıq institutu formalaşmayıb. Vətəndaş anlayışının daşıyıcılarının siyasi şüurunun vətəndaşlığı dərk etmək səviyyəsində olduğu ciddi şübhə doğurur. Onlar arasındakı saziş daha çox formal fiksasiyadır, arxasında vətəndaşın siyasi kimliyi dayanmır. Onu "yığma solyanka" edən də elə müxtəlif siyasi, ideoloji və sosial qrupların eklektik yığması olmasıdır.

Digər siyasi qruplara baxaq. "Çiçəklənən Ermənistan" bloku liberal demokratiyaya meyllidir, "İşıqlı Ermənistan" isə sağmərkəzçiliyə istiqamətlənib. Ancaq ideoloji baxımdan sağmərkəzçilik liberalizmin müxtəlif növlərinə yaxındır. Deməli, bu iki blok faktiki olaraq bir-birini təkrarlayır. Məsələ ondan ibarətdir ki, hələ Q.Sarukyanın "çiçəkləri" ilə E.Marukyanın "işıqları"nın bir-birini tamamlayıb-tamamlamadığı bəlli deyil. Çünki faktiki olaraq onların heç biri adlarına uyğun siyasi-ideoloji xətti tam olaraq yeridə bilmirlər. Səbəbi isə Ermənistanda qərarların ideoloji xəttə görə deyil, situativ özəlliyə görə qəbul edilməsidir.

Qərarların qəbulu: situativ konfiqurasiya, yaxud ideoloji özəllik?

Bu bağlılıqda ekspert A.Qalstyanın bir qeydi maraqlıdır. O yazır: "...erməni reallığında qərarların qəbulu prosesi daha çox tamamilə konkret situasiya konfiqurasiyasından asılıdır, nəinki partiya və ya ideoloji özəllikdən" (bax: əvvəlki mənbəyə). Buradan ekspert belə qənaətə gəlir ki, məsuliyyət daha çox hökumətin çiyninə və şəxsən N.Paşinyanın üzərinə düşəcək (bax: əvvəlki mənbəyə). Vətəndaşların əksəriyyəti də ona ümid edir. Bununla siyasi-psixoloji dairə qapanır: xalq Paşinyana, Paşinyan parlamentə, parlament də yenə Paşinyana ümid edir. Bu, yenilikdir, bu, demokratiyadır, yoxsa erməni liberalizmi?!

Qeyri-müəyyənlik bu məqamlarla məhdudlaşmır. Məsələnin dərin tərəfi uzun illərdir ki, Ermənistan siyasi elitasının sistemli problemlər yaratmaqla məşğul olması ilə bağlıdır. Deməli, yeni hakimiyyət daxili və xarici siyasətdə peşəkarcasına keyfiyyətli dəyişikliklər etməklə böhrandan xilas ola bilər. İndiki hakimiyyət buna qadirdirmi? N.Paşinyan real siyasi sistem formalaşdırmaq iqtidarındadırmı? Böyük və ciddi şübhələr var. Çünki nə onun ideoloji bazası, nə siyasi kursu, nə də siyasi lider kimi imkanları bu suala müsbət cavab verməyə əsas vermir.

Məsələn, Ermənistanda hökumətlə parlament və hökumətlə prezident arasında səlahiyyət bölgüsü aspektində balans yaratmaq mümkün olacaqmı? İnanmaq çox çətindir. Çünki əvvəlcədən məlumdur ki, N.Paşinyan səlahiyyətləri kimsə ilə bölüşmək fikrində deyil. Onun prezident Armen Sarkisyanla "çəkindirici faktorlar"dan, yəni siyasi riskləri minimum edəcək addımlardan danışması daha çox formal məzmun kəsb edir. Bunu həyata keçirməyə Ermənistanda uyğun siyasi mühit və real mexanizmlər mövcud deyil. Hüquqi aspektdə konstitusiyada ciddi dəyişikliklər etmək lazımdır.

Bundan başqa, vurğulanan balans üçün uyğun sosial-iqtisadi mühit yaranmalıdır. Bu isə çox mürəkkəb və çətin prosesdir. Vəziyyəti ermənilər üçün daha da ağırlaşdıran məqam ölkənin faktiki olaraq regional layihələrdən tamamilə təcrid olması və ancaq iki istiqamətdə (İran və Gürcüstan vasitəsilə Rusiyaya) çıxış imkanının mövcudluğudur. Deməli, hansı tərəfə çəksən də, Ermənistanın problemlərinin kökü aqressiv siyasət yeritməsi ilə bağlıdır. Konkret olaraq Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlamaqda davam etməsidir. Müasir mərhələdə həm qonşu dövlətin (hansı ki, Ermənistandan dəfələrlə güclüdür) ərazisinin bir hissəsini işğalda saxlamaq, həm də davamlı sosial-iqtisadi inkişafa nail olmaq mümkün deyil!

Bunu erməni siyasətçilər də, erməni ekspertlər də unudurlar. Lakin həmin məqam onların bütün problemlərinin və uğursuzluqlarının təməlini təşkil edir. Təsadüfi deyil ki, statistik göstəricilərə görə, Ermənistan Cənubi Qafqazda ən zəif həlqədir. Məsələn, 2018-ci ildə bu ölkəyə cəmi 100 milyon ABŞ dolları, Gürcüstana isə 998 milyon ABŞ dolları həcmində sərmayə qoyulub! Azərbaycana qoyulan sərmayələr milyard dollarla ölçülür ki, onunla heç müqayisə etməyə dəyməz.

Ermənistan bu illərdə daxili iqtisadi potensial hesabına deyil, xaricdən verilən ianələr hesabına mövcud olub. Belə ki, son beş ildə xaricdəki fiziki şəxslər Ermənistana 9,8 milyard dollar gətiriblərsə, Ermənistanın dövlət olaraq ixracatı həmin müddət üçün bundan 800 milyon dollar azdır! (bax: əvvəlki mənbəyə). Belə dövlət olarmı?

Diaspor təşkilatlarının fəaliyyətinə gəldikdə, Ermənistana onun yardımı son illər azalan xətti təşkil edir. Artıq Amerikadakı diaspor qurumları demək olar ki, çox az miqdarda yardım edə bilir. Rusiyadakı diasporun isə şərtləri var. ABŞ hökumətinin yardımı da azalaraq 2019-cu il üçün cəmi 6 milyon dollar təşkil edir.

Ermənistanın üzvü olduğu Avrasiya İttifaqına daxil olan dövlətlər Azərbaycan, Gürcüstan və Ukraynaya daha çox sərmayə yatırıblar, nəinki Ermənistana. Deməli, İrəvanı üzv olduğu təşkilatda belə cəlbedici saymırlar. Təhsilin səviyyəsinə görə Ermənistan dünya reytinq cədvəllərində Azərbaycan və Gürcüstandan xeyli geridə göstərilir. Məsələn, Bakı Dövlət Universiteti reytinqdə 801-ci, Tbilisi Dövlət Universiteti 1001-ci yerdədirlərsə, İrəvan Universiteti 2746-cı yerdədir (bax: əvvəlki mənbəyə). Bütün bunların başlıca səbəbi ekspertlərin vurğuladığı sistemli böhran ilə əlaqəlidir.

Beləliklə, "məxməri inqilab"ın birinci mərhələsi Ermənistanı dövlət olaraq dalana dirəyib. Buradan xilas yolunu hazırkı Ermənistan rəhbərliyinin bildiyinə inanmaq çətindir. Yuxarıda göstərilən faktlar da bunu təsdiq edir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO