M.F.AXUNDOVUN BÜSTÜ TBİLİSİDƏ ONUN ADINI DAŞIYAN MƏKTƏBİN BİNASI QARŞISINDA QOYULMUŞDUR
Azərbaycanın Gürcüstandakı səfirliyi, Tbilisidəki M.F.Axundov adına 73 saylı Azərbaycan orta məktəbinin rəhbərliyi, ölkənin azərbaycanlı icmasının nümayəndələri büstün tapılıb Tbilisidə M.F.Axundovun adını daşıyan məktəbin önündə qoyulması xahişi ilə 15 il ərzində müvafiq təşkilatlara dəfələrlə müraciət etsələr də, bir nəticə hasil olunmamışdı.
Nəhayət, Azərbaycanın Gürcüstana yeni təyin olunmuş səfiri Namiq Əliyev bu günlərdə Prezident Mixail Saakaşviliyə etimadnaməsini təqdim edərkən bir sıra məsələlərlə yanaşı, bu problemin də həllinin vacibliyini vurğulamışdır.
Prezident əlaqədar strukturlara tapşırıq vermiş və büst Tbilisidəki 73 saylı Azərbaycan orta məktəbinin binası önündə özünə layiqli yer tapmışdır. Məktəbin direktoru Salman Pirməmmədov səfirliyimizə, digər təşkilatlara minnətdarlıq etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]
Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”
- 12.10.2026 [15:40]