Mikrobiologiya İnstitutunda cari ildə nəzərdə tutulan tədqiqat işləri tam həcmdə yerinə yetirilib
Bakı, 16 dekabr, AZƏRTAC
Mikrobiologiya İnstitutunda cari ildə 2 problem 7 mövzunu əhatə edən 7 işin 19 mərhələsi tamamlanıb və nəzərdə tutulan iş həcmi tam yerinə yetirilib. Aparılan işlərin ümumi məqsədi Azərbaycanın müxtəlif bölgələrində su, torpaq və meşə ekosistemlərinin müasir vəziyyətinin mikrobioloji və mikoloji aspektlərdə qiymətləndirilməsinə həsr edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəaliyyət Planı” çərçivəsində akademiyaya tapşırılan işlərin icrasında Mikrobiologiya İnstitutu fəal iştirak edib. Müəssisə əməkdaşlarının fəaliyyəti koronavirus pandemiyasına baxmayaraq, nəzərdə tutulan plana uyğun yerinə yetirilib, bir neçə təsərrüfat hesablı müqavilə üzrə tədqiqatlar da aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]