Milli Aviasiya Akademiyasının tələbələri ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirilmişlər
Bakı, 22 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ali təhsil müəssisələrində maarifləndirici seminarları davam etdirir.
Nazirliyin mütəxəssisləri tərəfindən tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə müxtəlif mövzularda mühazirələr oxunur.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, növbəti seminar Milli Aviasiya Akademiyasında (MAA) keçirilmişdir.
Seminarda akademiyanın 100-dən artıq tələbəsi iştirak etmişdir.
Tədbir iştirakçılarına su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, işğal edilmiş ərazilərimizdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda ətraflı məlumat verilmiş, həmçinin tələbələrin sualları cavablandırılmışdır.
Maarifləndirici seminar ETSN ilə MAA arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış ekoklubun təşkilatçılığı ilə keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]