Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”nin təqdimatı olub

Bakı, 24 fevral, P.İmanova, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” kitabının yeni nəşrinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, görkəmli bəstəkar, şərqşünas-alim, musiqişünas, ictimai xadim, Xalq Artisti Əfrasiyab Bədəlbəylinin kitabının təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, görkəmli elm və mədəniyyət xadimləri, musiqisevərlər iştirak ediblər.

Tədbirdə kitabın elmi redaktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yenidən nəşr olunan kitabın unudulmaz sənətkarın 110 və Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə işıq üzü gördüyünü söyləyib. Görkəmli bəstəkarın həyat yoluna və yaradıcılığına nəzər salan akademik onun Azərbaycan mədəniyyəti tarixindəki müstəsna yeri və xidmətlərindən söz açıb. Bildirilib ki, Azərbaycan musiqisi, incəsənəti tarixinə adı böyük hərflərlə yazılan bənzərsiz simalar sırasında Bədəlbəylilər nəslinin özünəməxsus yeri və xidmətləri var. Onların yaratdığı bənzərsiz sənət inciləri və əsərlər musiqi xəzinəmizi zənginləşdirməklə yanaşı, bu gün öz aktuallığı və orijinallığı ilə diqqəti cəlb edir. “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti”nin 49 ildən sonra yenidən nəşr olunması bunun əyani təsdiqi sayıla bilər.

Diqqətə çatdırılıb ki, ilk dəfə 1969-cu ildə çap edilən lüğətin 472 səhifəlik yeni nəşrində dövrlə bağlı ictimai və elmi fikirdə baş verən dəyişikliklər nəzərə alınaraq bir sıra redaktə işləri aparılıb. Azərbaycan musiqi elminin qiymətli abidələri sırasına daxil olan bu kitab janrı və yazılış üslubu etibarı ilə bənzəri olmayan ciddi tədqiqat əsəridir.

Akademik bildirib ki, kitabın yenidən nəşr olunması böyük sənətkarın 110 illik yubileyinə, Azərbaycan musiqi mədəniyyətinin inkişafına və ümumilikdə musiqisevərlər üçün böyük töhfədir. Ə.Bədəlbəylini bəstəkar, dirijor, şərqşünas-alim, musiqişünas və ictimai xadim kimi xarakterizə edən R.Hüseynov onun ilk Azərbaycan baleti “Qız qalası”nın yaradıcısı, əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən sənətkar olduğunu söyləyib. Qeyd edilib ki, Ə.Bədəlbəyli şərqşünas olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dilinin ustası idi. Milli ruh onun mahiyyətində, cövhərində idi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan musiqi mədəniyyətinin, onun müxtəlif sahələrinin inkişafında, təbliğində və tədqiqində görkəmli sənətkarın müstəsna xidmətləri olduğunu söyləyib. Qeyd edilib ki, əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən Əfrasiyab Bədəlbəylinin irsi musiqişünaslığımızda, muğamşünaslığımızda ayrıca bir mərhələdir.

Ulu öndər Heydər Əliyevin hələ keçmiş sovet dövründə Azərbaycan musiqi mədəniyyətinin inkişafında, onun dünya miqyasında təbliğ olunmasındakı xidmətlərini xüsusi qeyd edən Ə.Qarayev bu siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu gün də dövlətimiz tərəfindən böyük ədiblərin, sənətkarların, musiqiçilərin, alimlərin yubileyləri yüksək səviyyədə qeyd olunur.

Ə.Bədəlbəylinin 110 və BMA-nın 100 illik yubileylərinin keçirilməsinin eyni vaxta təsadüf etdiyinin sevindirici hal olduğunu söyləyən Ə.Qarayev “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” kitabının böyük sənətkarın yaradıcılığını dolğun şəkildə əks etdirdiyini bildirib.

Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə Ə.Bədəlbəylinin elmi yaradıcılığının Azərbaycan musiqişünaslığında xüsusi rolu və yeri olduğunu söyləyib, onun irsinin öyrənilməsinin və gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, akademik Vasim Məmmədəliyev, Xalq Artisti Tofiq Bakıxanov, professorlar Telman Ağdamski-Bədəlbəyli və Tariyel Məmmədov və digər çıxış edənlər Ə.Bədəlbəylinin Azərbaycan mədəniyyəti tarixindəki müstəsna yeri və xidmətlərindən söz açıb, görkəmli sənətkarla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, fars və ərəb dillərinin mahir bilicisi olmuş Ə.Bədəlbəyli həm böyük musiqiçi, həm də böyük alim idi. “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” janrı və yazılış tərzi etibarilə ciddi tədqiqat əsəridir.

Tədbirdə Ə.Bədəlbəylinin ömür və sənət yolunu əks etdirən kinokadrlar nümayiş etdirilib, görkəmli sənətkarın vaxtilə Azərbaycan televiziyası və radiosunda apardığı, böyük maarifçi mənası olan “Mədəniyyət universiteti” silsiləsindən verilişlərindən parçalar səsləndirilib.

Musiqili-bədii gecədə Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyovanın ifasında Ə.Bədəlbəylinin “Qız qalası” əsərindən parçalar təqdim olunub. Xalq Artisti Nəzakət Teymurova və Əməkdar Artist Firuz Səxavət böyük sənətkarın müxtəlif dram əsərlərinə bəstələdiyi nəğmələrini ifa ediblər. Əməkdar artistlər Nərgiz Kərimova və İlham Nəzərov görkəmli sənətkara həsr olunan mahnını ilk dəfə səsləndiriblər.

Oxucularla görüşə gələn qiymətli nəşrin ideya müəllifi, “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədovdur.

“Şərq-Qərb” mətbəəsində nəfis şəkildə çap olunmuş “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” kitabının redaksiya heyətinə Xalq Artisti Fərhad Bədəlbəyli, akademik Rafael Hüseynov, Nərminə Quliyeva, Gülnaz Abdullazadə, Arif Məlikov, Ülviyə İmanova, Şəhla Həsənova, Gülzar Mahmudova və Leyla Məmmədova daxildirlər. Nəşrin rəyçiləri Aida Tağızadə və Tofiq Bakıxanovdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

2027-ci ildə dövlət büdcəsinin kəsiri ilə bağlı proqnoz bəlli olub

Lənkəranda ağır qəzada 2 nəfər həyatını itirib - YENİLƏNİB

Gələn il Azərbaycanda təhsil və səhiyyə sektoru üçün nəzərdə tutulan xərclərin miqdarı açıqlanıb

Livanın Baş naziri: Beyrut danışıqlardan istənilən nəticəni hələ əldə etməyib

Almaniya sənayedə süni intellekt həllərini strateji imkan kimi nəzərdən keçirir

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Gələn il əhalinin nominal gəlirləri 107,5 milyard manat proqnozlaşdırılır

Vüqar Camalzadə: Azərbaycan musiqisinin zəngin və çoxəsrlik ənənələri bu gün də yaşadılır

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Azərbaycanda zəlzələ baş verib

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində nadir miniatür Quran nümayiş olunur

İran Hörmüz boğazı yaxınlığında amerikalı heyəti daşıyan gəmini vurub

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

“Reuters” süni intellekt dövründə müxbir korpusuna investisiyaları artırır

Manatın məzənnəsi gələn il də sabit qalacaq

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb

Hər 100 tələbədən 6-sı ADPU-da təhsil alır

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

Şahbuzda aqrar sahənin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı fikir mübadiləsi aparılıb

“PAŞA Holdinq” Gürcüstan iqtisadiyyatına təxminən 60 milyon ABŞ dolları həcmində sərmayə yatırıb

COP31 sədri: Qlobal temperatur artımını 1,5 dərəcədən aşağı saxlamaq əsas hədəfimizdir

Bu saata olan əsas xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib

Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib

Xankəndidə İncəsənət Məktəbi fəaliyyətə başlayacaq

ICESCO-nun Baş direktoru: Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir

Soltan Məmmədov: Diplomatik korpusun Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh gündəliyinə ziddir

Xurşidbanu Natəvan şeirləri: Sevgi, həsrət və kədər...

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq

“ƏSA” Teatrı yeni mövsümdə Hüseyn Cavidin “İblis” faciəsini musiqili janrda təqdim edəcək

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub VİDEO

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb

Deputat: İkili standartlar işğalın uzadılmasına xidmət edirdi

Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb

“Neftçi” yubiley oyununa doğru - Bu komandaya flaqman adını elə-belə verməmişdilər

Azərbaycan ilə Afrika ölkələri arasında əlaqələr son illərdə dinamik şəkildə inkişaf edir

Şəhərətrafı qatar reyslərinin sayı artırılır

Keniya Senatının sədri Azərbaycan parlamenti ilə əməkdaşlığın inkişaf tempindən razılığını ifadə edib

Çin eksperti: Zəngəzur dəhlizi Azərbaycanın regional logistika və ticarət qovşağı kimi rolunu gücləndirə bilər

Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb

Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır

Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib

“Sumqayıt”ın əsas kapitanı bəlli olub

Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

“Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan startap ilk məhsulunu bazara çıxarıb

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Politoloq: Azərbaycan Ermənistanın illərdir apardığı siyasətin üzərindən xətt çəkməyi bacarıb VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar VİDEO

“Qusar Aqropark” qeydiyyata alınıb, rezidentinə qeydiyyat şəhadətnaməsi təqdim edilib

Şərqşünaslıq İnstitutunda “Quran və ya Məhəmmədin qanunu” kitabının təqdimatı olub

Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər müzakirə olunub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib

Oksford Universitetinin tədqiqatçısı BDU-da mühazirə oxuyub

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Təhlükəli arıqlama məhsulları aşkarlanıb VİDEO

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 510 dəfə artıb – QRAFİK

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Jurnalistlər Qaradağ rayonundakı yeni kağız və gigiyenik məhsulların istehsalı müəssisəsində olublar VİDEO

Orta əsr Azərbaycan keramikalarındakı simvollar və kitabələr araşdırılıb

AQTA: Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək

İlqar Vəlizadə: Azərbaycan regionun xəritəsində müstəsna əhəmiyyətli mövqeyə malikdir RƏY

Milli yaddaşın işığında sülhə doğru - ŞƏRH

Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında iqtisadi inteqrasiyanı daha da sürətləndirəcək - ŞƏRH

Ermənistan ictimaiyyətinə sual: “Qərbi azərbaycanlılar niyə öz yurdlarında deyillər?” – Müsahibə

Binalarda Enerji Effektivliyi Altsisteminin ilkin versiyası layihəçilərlə müzakirə edilib

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Quba-Tüləkəran avtomobil yolu nə vaxt bərpa olunacaq? - FOTO VİDEO

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olunub

Badamdarda yaşayış binasında partlayış olub, 1 nəfər xəsarət alıb

Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb

Pan-Afrika Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ermənistan sülh gündəliyinə xələl gətirə biləcək addımlardan uzaq durmalıdır ŞƏRH

Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib

SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10 faizlik iştirak payının əldə olunması prosesi başa çatıb

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş Plenar iclasa tövsiyə edilib

AzMİU-nun proqramları QS 2027 reytinqlərində yüksək nəticələr göstərib

Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub

BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib

Bakı regionun infrastruktur, enerji və logistika baxımından qarşılıqlı bağlantısını formalaşdırır ŞƏRH

“Azərkosmos” Niderlandda beynəlxalq sərgidə peykəsaslı həllərini nümayiş etdirib

Dəmir yolunun Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar VİDEO

“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq

FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edib

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-Prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?

Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb

Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib