Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Azərbaycan qadın geyiminin qədim atributu - kəlağayı

Bakı, 3 mart, T.Abdullayeva, F.Şükürova, AZƏRTAC

Nə yaşından xəbərimiz var, nə də rənglərinin sehrindən, cazibəsindən. Yüz illərdi bizimlə yol gəlir. Ən xoş, şən günümüzdə qiymətli sərvətimiz kimi üstümüzdə gəzdirmişik. Gah başımıza bağlamışıq, gah da boynumuzdan asmışıq. Nədənsə, heç vaxt onun harada yarandığını, niyə məhz kəlağayı adlandırıldığını və bizə bu qədər xoş, məhrəm gəldiyini düşünməmişik. Amma, sən demə, milli qadın geyiminin qədim atributu olan kəlağayı özündə ümumbəşəri mənalar daşıyan bir-biri ilə bağlı anlayışlar aləmini əks etdirir, əsrlər boyunca təkmilləşdirilmiş estetik qanunlara tabedir. Kəlağayı - hər qadın üçün xüsusi olaraq hazırlanan, tayı-bərabəri olmayan, valehedici örpəkdir. Kəlağayı şərdən və mənfi təsirlərdən qoruyan əsl talismandır, onu yüksək dəyərləndirərək yalnız sevdiyin insanlara bağışlamaq olar. Araşdırdıqca görürsən ki, zərif, zərifliyi qədər də incə olan bu gözəlliyin özündə, mahiyyətində, fəlsəfəsində çox sirlər gizlənib. Bakı Dövlət Universitetinin kafedra müdiri, “İnkişaf” Elmi Mərkəzinin üzvü Rəna İbrahimbəyova ilə söhbətdən sonra isə tam əmin olduq ki, adidən-adi baxdığımız kəlağayı rəngi, hazırlanma texnologiyası, daşıdığı məna və məzmununa görə düşündüyümüz qədər də adi bir sənət nümunəsi deyilmiş.

Rəna İbrahimbəyovanın sözlərinə görə, kəlağayı əsrlərboyu Azərbaycanda geniş yayılmış qadın geyiminin ayrılmaz hissəsi olan baş örtüyünün adıdır ki, bu da ən müxtəlif şəraitlərdə - xeyirdə, şərdə, təntənəli və adi günlərdə istifadə edilib. Bu, xalqın məişətinin xüsusiyyətlərini, dünyaya baxışını, mənəvi və estetik dəyərlərini özündə cəm eləmiş və beləliklə də mədəniyyətimizin müstəqil qatı olan Azərbaycan qadınının milli geyiminin bir hissəsinə çevrilmişdir. Kəlağayıdan bineyi-qədimdən istifadə edilib. Hər bir hadisə üçün bu və ya digər situasiyanın xüsusiyyətinə və əhəmiyyətinə uyğun olaraq, kəlağayının örtülməsinə dair konkret göstərişlər mövcud olub. Eyni zamanda, kəlağayı sosial fərqləri aradan qaldırıb, belə ki, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından heç nə ilə seçilməyib.

Tədqiqatçılığı ruhunda yaşadan alim

Kəlağayı sənətinin tədqiqi ideyası Rəna İbrahimbəyovanın BMT-nin “Gender inkişafı” layihəsində iştirakından sonra yaranıb. O, xatırlayır: “Gender layihəsi çərçivəsində xaricə gedib-gəlir və əcnəbilərə kəlağayı bağışlayanda onların buna böyük maraqla yanaşdığını görürdüm. Hətta, BMT-nin 37-ci sessiyasında moderator çəhrayı rəngdə kəlağayını çiyninə atıb iclası aparırdı. Layihənin davamlılığını təmin etmək üçün həm qadınların, həm də kişilərin bərabər fayda götürə biləcəkləri sahə tapılmalı idi. Xarici məsləhətçilərin də iştirakı ilə bu sahəni tapdıq. Bu, kəlağayı sənəti idi. Bundan sonra bu zərif ipək məmulatını daha dərindən tədqiq etmək qərarına gəldik. Araşdırmalarım seçimimizin düzgün olduğunu təsdiqlədi”.

Bütün bu çətin və maraqlı işlərdə Rəna xanıma ömür-gün yoldaşı, inşaatçı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarıverdiyev hər zaman dəstək olur. Biz yeri gəldikcə, C. Tarıverdiyevin də fikirlərini oxucularımızla bölüşəcəyik.

Kəlağayı - sülh və əmin-amanlıq rəmzi

Bu baş örtüyü mütləq ipəkdən, kvadrat formasında olmalı, hazırlandıqdan sonra rənglənməli və naxışlanmalıdır. Kəlağayı məxsusi ipəkdən hazırlanır. Bu ipəyin sapları çox incə, eyni zamanda çox davamlı, yüngül və uzunömürlüdür.

Kəlağayının kənarları (yeləni) və ya mərkəzi (xonça), adətən nabati, geometrik ornamentlərlə bəzədilir və hər biri təkrarolunmazdır.

Tarixən sosial, ictimai həyatımızın, münasibətlərimizin bir hissəsinin kəlağayı ilə tənzimləndiyini qeyd edən R.İbrahimbəyova deyir: “Ənənəyə görə uşaq dünyaya gələndə onu anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərdilər. Sonradan isə həmin kəlağayını zahı qadın 40 gün belinə bağlayardı ki, təzədən öz formasına qayıtsın. İnsan dünyanı tərk edəndə isə mafənin üstünə kəlağayı atırlar. Kəlağayı qadınlarımızın isməti, sülhün, əmin-amanlığın rəmzidir. Müharibənin, qan tökülməsinin qabağını almaq istəyən analarımız, nənələrimiz döyüşən tərəflərin arasına kəlağayı atanda onlar dayanırdı. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılıqlarını ona kəlağayısını verməklə bildirərdilər. Vaxtilə qadınlar bölmə kəlağayı (kəlağayının dörddə bir hissəsi) ilə başlarına “dingə” bağlayır, sonra iri kəlağayını örtərdilər”.

Kəlağayını kişilər hazırlayır

Xanımlar bilməlidirlər ki, kəlağayını kişilər hazırlayır. Hər kəlağayıda rənglərin, naxışların dili ilə kişilərin qadınlara münasibəti, hissləri, duyğuları əks olunur.

Cəlil Tarıverdiyev deyir ki, boyaqçılıq möcüzəli işdir. Burada rənglərlə elə işləməlisən ki, onlar qarışmasın. Boyaqçı bu sirləri bilir. Deyilənə görə, boyaqçı Allaha daha yaxın insandır. “Boyaqçıya nəzir düşür” atalar sözü bəlkə də buradan qaynaqlanır.

Bu ipək baş örtüyü basmanaxış üsulu ilə bəzədilir və həyatda baş verən hadisələrin ruhuna uyğun şəkildə rənglənir. Məmulatın rənglənmə ardıcıllığı var. Boyaqçının işi isə xüsusidir, belə ki, küpxananın açarı ancaq onun özündə olur və sirrin açılmaması üçün iş vaxtı heç kəsi içəri buraxmır. Beləliklə də kəlağayı göz oxşayan, solmayan, müxtəlif rənglərlə boyanılır. Azərbaycan əhalisi bir yerdən digər yerə köçəndə də kişilər yeni məkanda birinci olaraq kəlağayı hazırlayıblar. Çəkisi cəmi 130 qram olan kəlağayı üzükdən rahatlıqla keçir. Naxışlarına, rənglərinə görə fərqlənən kəlağayıların zirvəsi isə “Yeddirəng kəlağayı”dır. Onu doqquz dəfə qaynadır, rəngləyir, qurudurlar.

Onun sözlərinə görə, kəlağayı hazırlanması mürəkkəb, çox zəhmət tələb edən və olduqca spesifik bir prosesdir. Bu proses dörd tamamilə fərqli fəaliyyət növlərindən ibarətdir. Birincisi, ipək parçanın hazırlanması, toxunmasıdır. İkincisi, ştamplar-qəliblərin hazırlanmasıdır. Üçüncüsü, parçanın səthinə naxışların vurulması-basma və nəhayət dördüncüsü boyamadır.

Neftə qədər Azərbaycanı dünyada məşhurlaşdıran ipək olub

Kəlağayının tarixi, Böyük İpək Yolunda şimalla cənub, qərblə şərq arasında əlaqələndirici hissə olan və əsrlərboyu ipəkçilik ölkəsi kimi məşhur olan Azərbaycanda ipəkçiliyin inkişaf tarixi ilə sıx bağlıdır. Tarixi faktlar təsdiqləyir ki, Azərbaycanda baramaçılıqla təxminən iki min ildən artıqdır məşğul olunur, çox qədim zamanlardan bəri burada barama yetişdirilmiş, onlardan olduqca nazik ipək saplar əyrilmiş ki, bunlardan da gözəl parçalar toxunulmuş və əsrarəngiz gözəlliyə malik nəfis məmulatlar istehsal edilmişdir.

Bu barədə antik məxəzlərdə deyilirdi. Azərbaycana gəlmiş Əl-İstəxri, Əl-Müqəddəsi (X) və Marko Polo (XIII) kimi orta əsr səyyahlarının yol qeydlərində ipək və ondan hazırlanan məhsullar barədə yazılara rast gəlinir.

İpəkçilik Azərbaycanda tarixən nüfuzlu, gəlirli sahə hesab olunub. Nahaq yerə demirlər ki, harada ipək var, orada zənginlik var.

1873-cü ildə çar II Nikolay Şəkiyə baramadan sap almaq və toxumaq üçün 32 avadanlıq göndərib. Bu avadanlıqlarla işləməyi öyrətmək üçün İtaliyadan bura 12 ailə köçürülüb. Hər baramadan 500-600 metr sap almaq olar. Lakin elə baramalar var ki, 1200-1400 metr sap verir. Ən yaxşı baramalar Ordubadda, ən gözəl ipəkdən toxunan xalçalar isə Şuşada idi. Kəlağayıları Gəncədə, Bərdədə hazırlasalar da ən gözəli Basqala məxsusdur. Basqal kəlağayının vətənidir.

Cəlil Tarıverdiyev deyir ki, bu gün “Basqal” İpək Mərkəzində interaktiv muzey fəaliyyət göstərir ki, ziyarətçi orada həm kəlağayının hazırlanması prosesi ilə tanış olur, həm də onun tarixinə dair biliklər alır. Ən maraqlısı isə odur ki, bu muzeydə ziyarətçiyə kəlağayının hazırlanmasında şəxsən iştirak etmək imkanı yaradılır.

Artıq kəlağayının konsepsiyasının yaradıldığını qeyd edən R.İbrahimbəyova isə deyir: “Kəlağayı sırf azərbaycanlılara məxsusdur. Biz tarixi kəlağayını bərpa etmişik. Çox istərdim ki, bu baş örtüyündən gənc qızlar da istifadə etsinlər. Bu məqsədlə bölmə kəlağayılar, şərflər da hazırlanır. Çalışırıq ki, kəlağayını müasir şəraitə uyğunlaşdıraq”.

Azərbaycanın hər bir bölgəsində kəlağayı hazırlanıb. Harada bu işlə məşğul olurdular, o yerin xüsusiyyətləri də o kəlağayıya nüfuz edirdi. Məsələn, Gəncədə hazırlanan kəlağayının bir, Qarabağda hazırlanan ayrı, Ordubadda olanın başqa bir xüsusiyyəti var. Ordubad kəlağayıları beynəlxalq sərgilərdə həm ipək baxımından, həm də naxışlar baxımından birinci yerə çıxırdı. Hələ XVIII-XIX əsrdə Ordubad kəlağayıları 13 mükafat almışdı.

Rənglər necə seçilir

Məlum olduğu kimi, naxış mədəni markerdir (əlamətdir), yəni naxışa baxıb onun hansı mədəniyyətə məxsus olduğunu, nəyə həsr olunduğunu və nə vaxt hazırlandığını kifayət qədər inamla müəyyən etmək olar. Kəlağayının rəngləri və naxışları ünsiyyət zamanı müəyyən əhvali-ruhiyyənin yaranmasına kömək edir. Misal üçün, qəribə arabesk şəkilli haşiyə ilə qırmızı kəlağayı, qayınana və qayınata tərəfindən gəlinə bağışlanan vacib hədiyyələrdən idi və məhz həmin kəlağayını gəlin toyda örtməli idi, qonaqlar isə bəyin çiyninə müxtəlif rəngli kəlağayılar salardılar. Adi günlərdə evdən eşiyə çıxarkən və ya qonaq qəbul edərkən qadınlar başlarına mülayim, sakit rəngli, “soğanı”, “soldurma”, “qəhvəyi” və s. rəngli kəlağayılar örtərdilər. Astetik haşiyəli qara kəlağayı qəmgin hadisənin əhvali-ruhiyyəsini ifadə edir, parlaq rənglərlə bolluca naxışlanmış kəlağayı isə sevinc və şadlıq hissləri doğururdu.

Kəlağayının rəngi və ya rəng ahəngi, naxışın növü, şəklin quruluşu, bağlama üslubu, kəlağayı sahibənin yaşı nəzərə alınardı.

Rəna İbrahimbəyova deyir: “Kəlağayının 6 xüsusiyyəti var ki, heç bir örpəkdə bu bir yerdə olmur. Deyirlər ki, Basqal kəlağayısında olan sistem kainatın mənzərəsidir. İnsanın həyatı çox mürəkkəbdir. Onu ən yaxşı qoruyan dağlardır. Kəlağayının kənarlarındakı naxışlar dağ kimi qəbul olunur. Dağların arxasında insanlar sakit yaşaya bilərlər. Buta naxışları insanları təmsil edir. Medanxil ilə qeyd olunan hissə isə insan həyatının qurtaracağını təsvir edir. Ondan sonra insanın daha zəngin və əlvan ruhi həyatı başlanır. Bu həyat mərkəzə doğru olan hissədir. Kainatın mərkəzinə getdikcə naxışlar sıxlaşır. Çünki kainatın mərkəzi enerji baxımından ən sıx yerdir”.

Həmsöhbətimiz qeyd edir, kəlağayının xüsusi bükmə qaydası var. Onu iki yerə bölüb bükürlər. Ona görə ki, dünyada hər şey ikidir: həyat-ölüm, gecə-gündüz. Sonra yenə iki yerə bükürlər. Hər bir insanın özü üçün seçdiyi yola uyğun: xeyir və ya şəri, məhəbbət və ya nifrəti üstün götürür. Sonda kitab formasında bükülür. Kəlağayıda hər bir işin, hər bir nöqtənin adı var”.

Kəlağayı-UNESCO-nun reprezentativ siyahısında

Ölkəmizin mədəniyyət siyasəti, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Azərbaycan mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri, kəlağayını əsl mənada yox olmaqdan qorudu və onun gələcəyinə inam doğurdu. Nəticədə minilliklərboyu tarixin sınaqlarından alnıaçıq çıxan xalqımız daha bir uğura imza atdı. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Beləliklə, bu sənət Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminin ən mühüm mədəniyyət nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiq olundu.

Kəlağayıya aid ilk sərgi ölkəmizdə 2005-ci ildə keçirilib. Sonralar Azərbaycan kəlağayısı Türkiyə, Gürcüstan, Macarıstan, Avstriya, İtaliya, ABŞ, Belçika, Malayziya və digər ölkələrdə müxtəlif sərgilərdə nümayiş olunub.

Yuxarıda söylənilənləri ümumiləşdirərək, belə bir nəticəyə gəlmək olar ki, kəlağayı Azərbaycan mədəniyyətinin səciyyəvi etnik xüsusiyyətlərinə malik bir məfhumdur, xalq tətbiqi sənətinin nümunəsi, Azərbaycan cəmiyyətində sosial münasibətlərinin əhəmiyyətli tənzimləyicisidir.

Kəlağayı, dəqiq müəyyən edilmiş xüsusiyyətlərin məcmusu ilə, yalnız baş yaylığının özünə xas xüsusiyyətlərini səciyyələndirən və həm Azərbaycanda, həm də bütün dünyada onu istənilən digər yaylıqlardan fərqləndirən cəhətlərlə birlikdə təyin edilir.

Rəna İbrahimbəyovanı və onun ömür-gün yoldaşını dinlədikcə, təkcə onların kəlağayıya və bu sənətə sonsuz sevgisini görmürsən, həm də bu zərif ipək parçasında nə qədər sirlərin yaşadığını dərk edirsən. Bir daha anlayırsan ki, demək doğrudan da, heç nə səbəbsiz yerə yaradılmayıb və hələ öyrəniləsi, araşdırılası çox şeylər var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib