Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib VİDEO

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq konfransın “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsini önəmli hadisə kimi dəyərləndirib. AMEA rəhbəri konfransın müasir mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərin müəyyənləşdirilməsi, folklorşünaslıq elminin inkişaf etdirilməsi və gələcək nəsillərin suverenlik ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

“Milli dövlətçiliyə folklor anlayışı müstəvisindən baxarkən Azərbaycanda konstitusiya və suverenliyin qədim tarixə malik olduğunu, zəngin folklor ənənələrinin formalaşdığını görmək mümkündür”, - deyən akademik İsa Həbibbəyli Azərbaycanın ilkin dövlətçilik modelinə tarixi folklor nümunələrində rast gəlindiyini söyləyib. Qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanında Oğuz dövlətçilik ənənələrinin nümayişi, xalq qayda-qanunlarının nişanələri, Oğuz elinin gələcək taleyi, qəhrəmanların igidlik və şücaəti kimi məsələlər milli dövlətçilik ideyalarının tarixən folklorun müxtəlif obraz, süjet və motivlərində yaşadıldığını bir daha sübut edir.

Çıxışının sonunda akademik İsa Həbibbəyli müasir dövrdə rəqəmsal transformasiyalar şəraitində milli dövlətçilik və folklor mövzusunun xüsusi məna kəsb etdiyini deyib, konfransda “milli dövlətçilik və folklor” probleminin nəzəri-metodoloji və tətbiqi baxımdan analiz olunacağını qeyd edib.

Sonra AMEA-nın Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev rəhbəri olduğu elmi müəssisədə aparılan tədqiqatların mahiyyətcə dövlətçilik, müstəqillik və suverenlik anlayışlarının əsas sütunlarını təşkil edən dəyərlər sisteminin – milli kimlik, milli ideologiya, ənənəvi düşüncəni əhatə etdiyini bildirib. Vurğulayıb ki, milli folklorşünaslığımızın prioritetlərindən biri diaxron və sinxron planda dövlətçilik düşüncəsinin, dövlət idarəetməsinin, bütövlükdə, dövlət və cəmiyyət münasibətlərinin formalaşması və inkişafında ənənəvi bilik institutlarının rolunun araşdırılması ilə bağlıdır.

Dosent Hikmət Quliyev qeyd edib ki, folklor etnosun dünyagörüşünün, stereotip düşüncəsinin və dəyərlər sisteminin güzgüsü olduğu üçün onun tarix səhnəsində yaratdığı etnik-siyasi təsisat kimi dövlət də bu kontekstlə birbaşa bağlıdır. Dilin, mədəniyyətin, milli kimliyin üzərində qurulan dövlət həmin dəyərlərin vahid məkan və zaman çərçivəsində inkişafının təminatçısıdır.

“Hazırkı çağda sosial proseslər virtual mühitdə cərəyan etdiyindən milli identikliyin əsas daşıyıcısı olan folklor da internetə - açıq informasiya mühitinə transformasiya olunub”, - deyən institut direktoru folklorun belə bir şəraitdə geniş imkanlar yaratmaqla yanaşı, çoxsaylı təhdid və riskləri də özündə daşıdığını bildirib.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzəsini təqdim edib. Alim məruzəsində dövlət və folklor arasındakı münasibətlərdə postmodernist mərhələni ayıraraq problemə nəzəri-metodoloji rakursdan – diskurs anlayışının işığında yanaşıb. Məruzəçi “postmodernizm”, “diskurs”, “qrand-narrativ” və s. anlayışların diskursiv baxımdan semantik özəlliklərindən danışıb. Alim dövlət və folklor münasibətlərinə diaxron planda yanaşaraq, onu klassik, modernist, postmodernist və meta-modernist mərhələlər üzrə şərh edib. Qeyd edib ki, klassik mərhələ folklorun təbii qrand-narrativ olduğu, modernist mərhələ folklorun digər qrand-narrativlərə tabe etdirildiyi, postmodernist mərhələ folklorun bütün narrativlərə müxalif olduğu mərhələdir.

Sərxan Xavəri postmodernist mərhələdə dövlət və folklor münasibətlərində digər alternativ təsisatların – media, bazar, təhsil, texnologiya və s. amillərin də öz diskurslarını yaratdığını, əvvəlki dövrlərdən fərqli olaraq, folklorun virtual məkanda ortaya çıxdığını vurğulayıb. Bildirib ki, bu mərhələdə ortaya çıxan internet folkloru postmodern folklorun ən tipik nümunələri kimi tez yayılır, dəyişkəndir və çoxsəslidir: “İnternet folkloru postmodern dövrün ən çevik və demokratik mədəniyyət formasıdır. Bu, postmodern dövrün ən tipik dövlət-folklor münasibətidir”.

“Folklor kimliyi və milli dövlətçilik düşüncəsi” mövzusunda məruzə ilə çıxış edən Folklor İnstitutunun şöbə müdiri professor Əfzələddin Əsgər vurğulayıb ki, folklor haqqında elm humanitar elmlər sırasında gəncdir və XVIII əsrdən başlayan maarifçilik ideyaları və uyğun olaraq demokratik dövlət düşüncəsinin ortaya çıxması ilə yaranmağa başlayıb. Bu düşüncə tipinin mərkəzində xalq dayanıb.

Məruzəçi bildirib ki, sovet dövründə folklorun sözsüz qismi folklor sferasından çıxarılaraq ədəbiyyatlaşdırılıb, etnik folklor xalq folkloru kimi təqdim olunaraq sosialistləşdirilib. Onun sözlərinə görə, Azərbaycan folklorunun ən böyük uğurları müstəqillik illərinə təsadüf edir. Görülən çoxsaylı işlərlə bərabər, bu dövrdə folklor milli məzmun qazanmaqdadır.

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Tahirə Məmmədin “Folklor ənənələri bədii mətnin əsas milli kimlik göstəricilərindən biri kimi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, hər bir yazıçının, sənətkarın milli mənsubiyyəti olduğu kimi, yaradılan ədəbiyyatın da milli mənsubiyyəti və kimliyi var. Ana dilində yazılmayan əsərlər, multikultural mühitdə yaranan yazılı ədəbiyyat göstərir ki, milli kimlik müəyyənliyində folklor heç də dildən az əhəmiyyət kəsb etmir. Dil ilk görünəndir, folklor isə daha dərin qatda olan qoruyucu sistemdir, bu mənada, milli kimliyin müəyyənləşdirilməsinin ən başlıca faktorudur.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

“Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində