Milli Elmlər Akademiyasında laboratoriya dərsləri tədris ilinin sonunda keçiləcək
Bakı, 22 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən akademiyada tədris onlayn şəkildə təşkil olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədrisin yüksək səviyyədə təşkil olunmasına baxmayaraq bir sıra dərslərin distant yolla keçirilməsi o qədər də əlverişli deyil. Laboratoriya dərslərinin yüksək səviyyədə tədrisi magistrantlar üçün xüsusi önəm daşıyır. Tədris planında nəzərdə tutulan laboratoriya dərslərinin həyata keçirilməsi üçün müvafiq laboratoriya şəraitinin olması vacibdir. Bunu nəzərə alaraq, laboratoriya dərsləri tədris ilinin sonunda keçiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]
Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb
- 11.06.2026 [16:23]
Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları
- 11.06.2026 [15:51]
BMU-da Milli Qurtuluş Günü qeyd olunub
- 11.06.2026 [15:37]