İDMAN
Milli Gimnastika Arenasında idman federasiyalarının nümayəndələri ilə görüş olub





Bakı, 31 yanvar, AZƏRTAC
Milli Gimnastika Arenasında idman federasiyalarının nümayəndələri ilə 18-ci görüş keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə nazir Fərid Qayıbov son vaxtlar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb.
Tədbirdə bu il müxtəlif ölkələrdə keçiriləcək Beynəlxalq Gimnaziyada İdman Oyunları, Tələbələrin Ümumdünya Yay Universiadası və Gənclərin Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verilib.
Sonda isə federasiyaların sosial media hesabatı dinlənilib və digər məsələlər müzakirə olunub.