Milli Kitabxanada Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə sərgi açılıb
Bakı, 21 noyabr, AZƏRTAC
Milli Kitabxanada milli musiqimizdə mahnı janrının inkişafında dərin iz qoymuş görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Cavanşir Quliyev – 75” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkar Cavanşir Quliyevin musiqi əsərləri, tərtibçi və redaktor olduğu, rəy verdiyi musiqi və incəsənət məktəbləri üçün dərsliklər, monoqrafiyalar, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar, əsərlərinin əsasında aparılmış elmi tədqiqatlar və s. dövri mətbuat materialları nümayiş olunur.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. O, Azərbaycanın müstəqilliyini, azadlıq və hərbi ruhunu ifadə edən sözlərə zövqlü musiqilər bəstələyib.
Bəstəkar Cavanşir Quliyev iki operettanın, dörd simfoniyanın, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin müəllifidir. 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə musiqilər yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]