MİLLİ MƏCLİS “BİOMETRİK İNFORMASİYA HAQQINDA” QANUNU QƏBUL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclis “Biometrik informasiya haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul etmişdir.
Qanun biometrik informasiya ehtiyatlarının formalaşdırılmasını və onlara dair tələbləri, biometrik identifikasiya sisteminin fəaliyyətinin təşkili və təyinatını, biometrik texnologiyaların tətbiq sahələrini müəyyənləşdirəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir. Hazırda biometrik informasiyadan dünyanın bir sıra ölkələrinin hüquq mühafizə sistemində geniş istifadə olunur.
Müzakirələr zamanı bu məsələnin hazırda bütün dünyada aktual olduğu qeyd edilmiş, ölkəmizdə belə bir qanunun qəbul olunmasının vacibliyi vurğulanmışdır.