Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, spiker bu iclasın ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün ərəfəsində keçirildiyini söyləyib. Bildirib ki, oktyabrın 18-də biz Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd edəcəyik.

Sahibə Qafarova deyib ki, ötən əsrin əvvəllərində qurduğu müstəqil dövlətini cəmi 23 ay yaşada bilən Azərbaycan xalqına bu imkan bir də əsrin sonlarında nəsib olub. 1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti tərəfindən “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunub. Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq lazım idi. O vaxt ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri yeni yaranan dövlət quruluşunun siyasi, sosial və iqtisadi təməlini qurmaqdan, dəyişən şəraitə uyğun idarəçilik mexanizmləri hazırlamaqdan ibarət idi.

Qeyd olunub ki, yeni dövrün tələbləri ilə ayaqlaşa bilən siyasi rəhbərliyin olmadığı şəraitdə hər hansı düşünülmüş dövlət quruculuğundan söhbət gedə bilməzdi. Nəticədə ölkəmiz son dərəcə mürəkkəb problemlərlə qarşılaşaraq çox çətin vəziyyətə düşmüşdü. Hərc-mərclik, hakimiyyət davası ölkəni idarəedilməz vəziyyətə gətirmiş, cəmiyyətdə və dövlətdə dağılma meyilləri qarşısıalınmaz xarakter almış, qanunsuz silahlı dəstələrin özbaşınalığı real vətəndaş müharibəsi təhlükəsi törətmişdi. Fürsətdən istifadə edən Ermənistan silahlı qüvvələri torpaqlarımızın işğalını gündən-günə genişləndirirdilər.

Sahibə Qafarova, həmçinin bildirib ki, bütün bu proseslərin məntiqi nəticəsi kimi dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında qalmışdı. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq təhlükəsi qarşısında idi.

Parlamentin sədri vurğulayıb: “Görünür, bu da taleyin bir qisməti idi ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasət dahisi Azərbaycanın idarəçilik sükanı arxasında olmalı idi. 1993-cü ilin iyununda böyük siyasi və dövlət xadiminin hakimiyyətə qayıtması Azərbaycanın sivil dünyanın bir parçası olmaq imkanının reallaşmasına şərait yaratdı. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ümummilli lider Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, müstəqil Azərbaycan dövlətinin varlığına son qoyula bilərdi”.

Milli Məclisin sədri qeyd edib ki, Ulu Öndərin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanıb. Diqqətə çatdırılıb ki, Ümummilli Liderimiz Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik edib. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanıb. Ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi bütün digər məsələlərlə yanaşı, ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırıb və bu qurumun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verib.

Sahibə Qafarova bildirib ki, Ulu Öndərin başladığı strateji inkişaf xəttini yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycan xalqına və dövlətinə heyrətamiz uğurlar gətirib. Onun rəhbərliyi ilə dövlətimizin ən böyük problemi həll edilib, torpaqlarımızın 30 illik işğalına son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycana qarşı ərazi iddiasına düşənlərin layiqli cavabı verilib. Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, geniş bir bölgədə söz sahibi olan qüdrətli bir dövlətdir. İnamla söyləmək olar ki, möhtərəm Prezidentimizin uzaqgörən siyasəti sayəsində Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında yerini qoruyub saxlayacaq və daha da möhkəmlənəcəkdir.

Parlamentin sədri vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı, bizim hər birimiz üçün ən böyük sərvətdir. Əminəm ki, bu sərvəti qoruyub saxlamaq, daha da zənginləşdirmək üçün hər kəs öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

Sonra iclasda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü münasibətilə deputatları ürəkdən təbrik edən Sahibə Qafarova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanmasını, onlara Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində yeni uğurlar arzulamağı təklif edib.

Çıxışını davam etdirən Sahibə Qafarova Üçüncü Avrasiya Qadın Forumunda iştirakla bağlı parlament nümayəndə heyətinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri barədə də məlumat verib. Qeyd edib ki, 2015-ci ildən keçirilən bu forum müasir dünyada qadınların rolunun müzakirə edilməsi və qlobal problemlərin həllinə ümumi yanaşmaların müəyyənləşdirilməsi üçün böyük beynəlxalq platformaya çevrilib. Tədbirin təşkilatçıları Rusiya Federal Məclisinin Federasiya Şurası və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasıdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, budəfəki forumun əsas mövzusu sabit və təhlükəsiz gələcək qurulmasında qadınların roluna həsr edilib, tədbirdə bir sıra digər mövzular üzrə də müzakirələr aparılıb.

Sahibə Qafarova forumun plenar iclasında çıxış edərkən ölkəmizdə qadınlarla əlaqədar həyata keçirilən dövlət siyasətinin tarixi və uğurları barədə məlumat verib. Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlər bu siyasətin bütün istiqamətlərdə əhəmiyyətli irəliləyişinə səbəb olub. Ölkəmizdə aparılan sistemli islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəlmiş geniş dövlət proqramları qadınların həyatına müsbət təsir göstərir.

S.Qafarova tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qadın hüquqlarının müdafiəsi, dövlət və cəmiyyət həyatında qadınların rolunun gücləndirilməsi ilə bağlı fəaliyyətinin uğurlara dəyərli töhfələr verdiyini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycanın birinci xanımı özünün çoxşaxəli fəaliyyəti ilə qadınlarımızı öz potensialını daha böyük əzm və cəsarətlə reallaşdırmağa ruhlandırır.

Parlamentin sədri nitqində artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin son 30 ildə qadınlar da daxil olmaqla bir çox Azərbaycan vətəndaşının həyatına son qoyduğunu xatırladıb və bu münaqişənin törətdiyi problemlərin, o cümlədən qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklərin qadınların da çiyinlərinə düşdüyünü qeyd edib.

Bildirilib ki, ötən ilin noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat keçmiş Qarabağ münaqişəsinə son nöqtəni qoyub və 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədən sonra Cənubi Qafqaz regionunda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün perspektivlər yaradan yeni reallıqlar ortaya çıxıb.

S.Qafarova bildirib ki, nümayəndə heyətimizin üzvləri Hicran Hüseynova, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım forumda çox fəal iştirak edib, müxtəlif mövzular ətrafında müzakirələrdə çıxış edərək münasibətlərini bildiriblər.

Sahibə Qafarova forumun davam etdiyi günlərdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko ilə, BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru xanım Aliya əl-Yassir ilə görüşlərinin keçirildiyini də diqqətə çatdırıb. Aparılan söhbətlər zamanı digər məsələlərlə yanaşı, baş vermiş Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə də məlumat verdiyini deyib. Milli Məclisin sədri həmsöhbətlərinə bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub. Vurğulayıb ki, ötən ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatla keçmiş Qarabağ münaqişəsi tarixə qovuşub. Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb, Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.

Qeyd edilib ki, Ermənistan işğal altında saxladığı şəhər və kəndlərimizi tamamilə dağıdıb, müharibədən sonra isə regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olmaq üçün təxribatlar törədir, xüsusən, minalanmış ərazilərin xəritələrini verməkdən də imtina edir.

Parlamentin sədri görüşlərdə onu da qeyd edib ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bildirib ki, nəqliyyat əlaqələrinin bərpa edilməsi, Zəngəzur dəhlizinin işə salınması bölgənin inkişafına, sülhün və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq.

Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri barədə məlumatı yekunlaşdıran Milli Məclisin sədri Sahibə Qafarova səfərin uğurla keçdiyini bildirib və bununla əlaqədar nümayəndə heyətinin üzvlərinə minnətdarlığını ifadə edib.

Sonra plenar iclasda 10 məsələdən ibarət gündəlik təsdiqlənib.

Cari məsələlərin müzakirəsində deputatlar Zahid Oruc, Sahib Alıyev, Fazil Mustafa, Nizami Səfərov, İqbal Məmmədov, Kamilə Əliyeva, Etibar Əliyev, Cavid Osmanov, Soltan Məmmədov, Ziyafət Əsgərov, Bəhruz Məhərrəmov bir sıra ciddi məsələlərə toxunublar. Çıxışlarda 18 il əvvəl oktyabrın 15-də Azərbaycan Prezidenti seçilən İlham Əliyevin dövlətçiliyin möhkəmlənməsi istiqamətində nəhəng fəaliyyəti qeyd olunub, bu illər ərzində Azərbaycanı dünyanın ən qüdrətli ölkələrindən birinə çevirməsi, Vətən torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etməsi xüsusi vurğulanıb. Deputatlar bir sıra beynəlxalq əhəmiyyətli və daxili məsələlərlə bağlı düşüncələrini də parlamentin diqqətinə çatdırıblar.

Milli Məclis gündəlikdəki məsələlərin müzakirəsinə “Müstəqillik Günü haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılması ilə başlayıb. Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənilib. Çıxışını yekunlaşdıran Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, birinci və ikinci oxunuşlar zamanı parlamentdə aparılan müzakirələrdə, həmçinin mediada çıxış edən deputatlar Prezidentin təqdim etdiyi qanun layihəsinin mahiyyətini və məzmununu cəmiyyətə çox dəqiq çatdırıblar. Qeyd edib ki, bu qanunun qəbulu müstəqilliyimizin bərpasının 30 illiyi ərəfəsində cəmiyyətimizə, xalqımıza verdiyimiz ən böyük töhfələrdən biridir. Bu dəfə biz bu bayramı ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə, qalib xalq formasında qeyd edəcəyik.

Sonra iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda səsə qoyulub və qəbul edilib.

“Taxıl haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələni parlamentə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edib. Bildirilib ki, Qanunun 8-ci maddəsinə edilən və dəqiqləşdirmə xarakteri daşıyan bu dəyişiklik “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli Prezident Fərmanına əsasən Dövlət Taxıl Fondunun Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilməsi ilə əlaqədardır.

Müzakirədə deputat Əli Məsimlinin fikirləri və təklifi dinlənilib. Səsvermə zamanı deputatlar “Taxıl haqqında” Qanunda dəyişiklik edilməsinə razılıq veriblər.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 4 məsələ ikinci oxunuşda parlamentə təqdim olunmuş qanun layihələridir. İclasda həmin qanun layihələri bu oxunuşun prosedur qaydalarına uyğun olaraq müzakirə edilib.

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini ikinci oxunuşda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentə təqdim edib. Bildirib ki, bu qanun layihəsi malların Azərbaycan Respublikası gömrük ərazisinə daxildə emal xüsusi proseduru altında gətirildiyi zaman tələb olunan maliyyə təminatının məcburi deyil, fakültativ hal kimi müəyyən olunmasını nəzərdə tutur. Bu dəyişiklik sahibkarlığın inkişafı, daxili istehsalın genişlənməsi və sahibkarlığın bu sahədə olan hər hansı çətinliyinin qarşısının alınması məqsədini daşıyır.

Səsvermə zamanı Gömrük Məcəlləsində dəyişikliyi nəzərdə tutan qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İclasda “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuşda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirilib ki, layihə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanunundan irəli gələn məsələlərin tənzimlənməsi ilə əlaqədardır. Təklif olunan qanun layihəsi maliyyə bazarı institutlarında mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının tərtibi, tətbiqi və dərci ilə bağlı məsələləri özündə ehtiva edir.

Məlumat dinlənildikdən sonra qanun layihəsi səsə qoyulub və ikinci oxunuşda qəbul olunub.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Müzakirələrdə deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Rüfət Quliyev, Musa Quliyev, Rəşad Mahmudov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev səhiyyə sahəsi ilə bağlı bir sıra fikirlərini bölüşüblər. Komitə sədri sualları cavablandırıb, səslənən fikirlərə münasibət bildirib.

Qanun layihəsi səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Gündəlikdəki növbəti məsələni də Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Bildirilib ki, ikinci oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin 6 komitəsində müzakirədən keçib. Adıçəkilən qanunlara təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır.

İclasda bu qanun layihəsi də ikinci oxunuşda dəstəklənib.

Sonra Milli Məclis birinci oxunuşda müzakirəyə çıxarılmış 4 qanun layihəsinə baxıb.

Parlamentdə “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə birinci oxunuşda qanun layihəsini ətraflı şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili vurğulayıb ki, 1996-cı ildə qəbul olunmuş “Torpaq islahatı haqqında” Qanuna görə Azərbaycanda 2032 kolxoz və sovxoz ləğv olunmuş, bunun əvəzində minlərlə ailəyə torpaq payı verilmişdi. Bu, o zaman ulu öndər Heydər Əliyev tərəfindən MDB-də keçirilmiş ilk torpaq islahatı olmuşdu. Azərbaycanda sahibkarlığın inkişafına, qida təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunmasına çox böyük təkan vermişdi. Aparılan təhlillər ötən 25 il ərzində islahatların icrası zamanı bir sıra nöqsanlara yol verildiyini aşkara çıxarıb.

Layihəyə görə, “Dövlət rüsumu haqqında” Qanunda edilən dəyişiklik torpaq islahatı dövründə pay torpağı almış, lakin müvafiq hüquqi sənədlərlə təmin edilməmiş torpaq sahiblərinin torpaq üzərində hüquqlarının təsdiqi zamanı dövlət rüsumundan azad edilməsini nəzərdə tutur. Bu, həm mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (30 manat miqdarında dövlət rüsumu), həm də texniki sənədlərin verilməsinə (50 manat miqdarında dövlət rüsumu) şamil ediləcək, yəni vətəndaş 80 manatı ödəməkdən azad olunacaq və həmin məbləğ dövlət büdcəsindən ödəniləcək.

Müzakirədən sonra komitə sədri Tahir Mirkişili deputatlar Musa Quliyev və Razi Nurullayevi maraqlandıran suallara cavab verib. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda dəstəklənib.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Bildirilib ki, bu layihə qanunsuz sahibkarlıqla məşğul olma istiqamətində inzibati araşdırma tədbirlərinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Dəyişikliyə görə, qanunsuz sahibkarlıqla məşğul olma xətası törədildikdə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azadetmə üçün daha uzun müddət nəzərdə tutulması, habelə bu xətanın da aşkar edildikdən sonra inzibati araşdırma aparılan inzibati xətalar dairəsinə aid edilməsi təklif olunur.

Deputatlar səsvermə zamanı bu qanun layihəsinə birinci oxunuşda razılıq veriblər.

Gündəlikdəki növbəti iki məsələni Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib. Bir-biri ilə bağlı olan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda şərh edən komitə sədri qeyd edib ki, hər iki sənəddə dəqiqləşdirmə ilə yanaşı, mütərəqqi olan bəzi məsələlər də öz həllini tapır. Belə ki, Azərbaycan Respublikasının təhsil üzrə milli kvalifikasiyalar çərçivəsinə görə, yüksək texniki peşə təhsili və orta ixtisas təhsili kvalifikasiyalar çərçivəsinin beşinci səviyyəsinə uyğundur. Azərbaycanın milli təhsil standartına görə isə milli kvalifikasiyalar çərçivəsinin beşinci səviyyəsi ali təhsilin qısa dövrü kimi müəyyən edilib. Beləliklə, istər texniki peşə təhsili, istərsə də orta ixtisas təhsili subbakalavr kimi qanunda təsbit edilib və bunların hüquqları bərabərləşdirilib.

Parlamentə daxil olmuş layihələrə görə, “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması məqsədi daşıyır. “Peşə təhsili haqqında” Qanunda edilən dəyişiklik isə peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınmasını, yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədinin ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaratmasını və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılmasını nəzərdə tutur.

Qanun layihələrinin müzakirəsində deputatlar Fazil Mustafa, Razi Nurullayev, Etibar Əliyev, Sahib Alıyev, Könül Nurullayeva, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Elşad Mirbəşir oğlu, Emin Hacıyev rəy və təkliflərini bildiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyulub və hər ikisi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB