Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSDƏ NAZİRLƏR KABİNETİNİN HESABATI DİNLƏNİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, martın 14-də Milli Məclisin növbəti iclasında Nazirlər Kabinetinin 2005-ci ildəki fəaliyyəti haqqında hesabatı dinlənilmişdir. Hökumətin hesabatı kitabça halında çap olunaraq deputatlara paylanılmışdı.

Milli Məclisin sədri OQTAY ƏSƏDOV iclası açaraq dedi:

- Hörmətli cənab Baş nazir və hökumət üzvləri!

Hörmətli deputatlar!

Xanımlar və cənablar!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası ötən il dövlətimizə və xalqımıza yeni böyük uğurlar gətirmişdir. On il bundan əvvəl ulu öndərimiz Heydər Əliyevin səyləri ilə yaradılmış inkişaf dinamikası nəinki qorunub saxlanılmış, həm də misilsiz vüsət almışdır.

Ölkə iqtisadiyyatının inkişafını səciyyələndirən əsas göstərici – ümumi daxili məhsul ötən il 26,4 faiz artmışdır. İqtisadi artım sürətinə görə Azərbaycan dünyanın bütün ölkələrini geridə qoymuşdur.

Hər bir ölkənin iqtisadi və siyasi qüdrəti onun dövlət büdcəsi ilə müəyyən olunur. Məlum olduğu kimi, 2005-ci ilin dövlət büdcəsi əvvəlki ilə nisbətən 40 faiz artmışdı. Bu ilin büdcə gəlirləri isə təqribən 2 dəfə artmış və 3,4 milyard yeni Azərbaycan manatına, yaxud 3,7 milyard ABŞ dollarına çatmışdır. Dövlət büdcəsinin xərcləri 4 milyard ABŞ dollarına yaxınlaşmışdır. Əminəm ki, gələn ilin dövlət büdcəsinin artım sürəti də bundan az olmayacaqdır.

Ölkəmizdə genişmiqyaslı islahatların davam etdirilməsi sayəsində çoxlu yeni müəssisə fəaliyyətə başlamış, iş yerləri açılmışdır. Ümumiyyətlə, son iki il yarım ərzində 346 mindən çox yeni iş yeri yaradılmışdır. Bunların 173 mini daimi iş yeridir.

İqtisadiyyatda baş verən köklü dəyişikliklər əhalinin maddi rifahına da müsbət təsir göstərmişdir. Adambaşına düşən pul gəlirləri 25 faizdən çox artaraq, ayda orta hesabla 392 min manata çatmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi beynəlxalq mövqelərini daha da möhkəmləndirmişdir. Ölkəmizin iştirak etdiyi nəhəng iqtisadi layihələr reallığa çevrilmişdir.

Hörmətli deputatlar!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Nazirlər Kabineti mühüm rol oynayır. Son dövrdə Nazirlər Kabinetinin fəaliyyətində səmərəlilik, çeviklik artmış, icra intizamı möhkəmlənmiş, idarəetmə mexanizmi təkmilləşmişdir. Cənab Prezidentin sərəncamları əsasında kadr və struktur dəyişiklikləri aparılmış, bəzi nazirliklər ləğv edilmiş, yeniləri yaradılmışdır. Dövlət rəhbərliyi tərəfindən qəbul olunan sosial-iqtisadi qərarların yerinə yetirilməsi sahəsində Nazirlər Kabinetinin funksiyaları genişləndirilmişdir.

Bildiyiniz kimi, Konstitusiyaya uyğun olaraq, hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikasının Nazirlər Kabineti öz fəaliyyəti haqqında parlamentə hesabat verir. Bu gün Nazirlər Kabineti üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə ilk hesabatını təqdim edir.

Yəqin ki, cənab Baş nazirin məruzəsində, digər çıxışlarda Nazirlər Kabinetinin ötən bir ildəki fəaliyyətinə dair konkret faktlar və rəqəmlər əsasında millət vəkillərinə ətraflı məlumat veriləcəkdir. Ona görə də mən sosial-iqtisadi inkişaf göstəriciləri barədə təfsilata varmadan yalnız mühüm saydığım bəzi məqamları vurğulamaq istəyirəm.

Hər şeydən əvvəl bir məsələ haqqında fikirlərimi sizə çatdıracağam. Hər il bu vaxt Nazirlər Kabinetinin hesabatı Milli Məclisin deputatlarına paylanır. Təyin edilən gün hökumətin üzvləri Milli Məclisə dəvət olunurlar. Nazirlər Kabinetinin fəaliyyəti haqqında məruzə dinlənilir. Sonra çıxışlar başlanır. Təkliflər irəli sürülür, tövsiyələr səslənir. Kimsə Nazirlər Kabinetinin fəaliyyətini tərifləyir, kimsə qazanılan nailiyyətləri görmək istəmir, öz çıxışını yalnız qərəzli tənqid üzərində qurur. Nazirlər deputatların suallarını dinləyib cavab verirlər. Bununla da müzakirə bitir. Səslənən fikirlər elə bu salonda da qalır. Məlum olmur ki, təklif və tövsiyələr üzərində hansı iş aparılır, bunlar Nazirlər Kabinetinin fəaliyyətində necə nəzərə alınır, ümumiyyətlə, nəzərə alınırmı?

Uzağa getməyək, elə keçən il burada Nazirlər Kabinetinin hesabatı müzakirə olunarkən onun işini təkmilləşdirmək barədə xeyli təklif və tövsiyə irəli sürülmüşdü. Lakin indi bizə təqdim edilmiş hesabatdan görünmür ki, həmin təklif və tövsiyələrin Nazirlər Kabinetinin fəaliyyətinə hansı təsiri olub, bunlara necə reaksiya verilibdir.

Mənim fikrimcə, Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verməsi prosedurunda müəyyən dəyişikliklər edilməsi zəruridir. Əvvəla, hesabatda bəzi yanaşmalara yenidən baxılmalıdır. Məsələn, elə bu hesabatda Nazirlər Kabinetinin fəaliyyətində qarşıya çıxan problemlərdən bir kəlmə də bəhs edilmir. İşin gələcək istiqamətləri barəsində təkliflər yoxdur və sair.

Hesabatın parlamentdə müzakirəsi də formal xarakter daşımamalı və konstruktiv təməl üzərində qurulmalıdır. Hər şeydən əvvəl, çıxışlar biryönlü olmamalıdır. Yəni biz Nazirlər Kabinetinin fəaliyyətində müsbət keyfiyyətləri də, çatışmayan cəhətləri görüb üzə çıxarmağı bacarmalıyıq. Hər hansı bir problemi qaldırırıqsa, onun həlli yollarını göstərməyə də çalışmalıyıq.

Millət vəkilləri arasında savadlı və təcrübəli iqtisadçılar, hüquqşünaslar, təsərrüfatçılar, idarəetmə sahəsində mütəxəssislər vardır. Deputatların burada söylədikləri təkliflər ümumiləşdirilməli, sistemləşdirilməli və Nazirlər Kabinetinin fəaliyyətinin təşkili zamanı nəzərə alınmalıdır. Müzakirələr zamanı söylənilən mülahizələrdən işi təkmilləşdirmək üçün istifadə edilməli və növbəti hesabatda Milli Məclisə bu barədə məlumat verilməlidir. Fikrimcə, gələcəkdə Nazirlər Kabinetinin hesabatının bir bölməsi parlamentdə əvvəlki müzakirələrin yekunlarına həsr olunmalıdır.

Hamımızın məqsədi Azərbaycanı inkişaf etdirməkdir. Nazirlər Kabinetinin hesabatının parlamentdə müzakirəsi nəticə etibarilə onun fəaliyyətinin daha səmərəli qurulmasına xidmət etməlidir. Bu müzakirələrdə biz Nazirlər Kabinetinin qarşısına çıxan maneələrin aradan qaldırılması üçün Milli Məclisin qanunvericilik sahəsində həyata keçirməli olduğu tədbirlər barədə təklifləri də dinləmək istərdik. Qanunvericilik bazasında mövcud olan boşluqlar və bunların aradan qaldırılması haqqında Nazirlər Kabinetinin mülahizələri parlamentin fəaliyyətinə kömək edərdi. Nazirlər Kabineti ilə Milli Məclis arasında bu cür işbirliyi hakimiyyətin müxtəlif qolları arasında qarşılıqlı məsuliyyəti gücləndirərdi.

Hörmətli deputatlar!

Ümidvaram ki, Milli Məclisdə bu gün aparacağımız müzakirələr səmərəli olacaq və Nazirlər Kabinetinin işinin daha da təkmilləşməsinə yardım edəcəkdir. Mən deputatları Nazirlər Kabinetinin hesabatının müzakirəsində fəal iştirak etməyə çağırıram. Əlbəttə, bayaq söylədiyim kimi, burada lüzumsuz tərifə də ehtiyac yoxdur, çünki görülmüş işlər, qazanılmış nailiyyətlər göz qabağındadır. Şübhəsiz, tənqid də səslənməlidir, amma bu tənqid qərəzçilikdən uzaq olmalıdır. Çıxışlarda yalnız konstruktiv təklif və tövsiyələrin irəli sürülməsi ümumi işin xeyrinə olardı.

Hesabatın təqdim olunması üçün söz Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə verilir.

AZƏRBAYCANIN BAŞ NAZİRİ ARTUR RASİZADƏNİN

ÇIXIŞI

- Hörmətli Sədr!

Hörmətli deputatlar!

Çıxışımın əvvəlində, icazə verin, sizi üçüncü çağırış Milli Məclisin deputatı seçilməyinizlə əlaqədar təbrik edim, qanunvericilik fəaliyyətinizdə böyük uğurlar arzulayım.

Respublikamızın iqtisadi və sosial inkişafında son onillikdə əldə olunmuş nailiyyətlər müəllifi ümummilli liderimiz Heydər Əliyev olan iqtisadi siyasətin düzgünlüyünə əyani sübutdur.

Bu dövr ərzində dərin siyasi, iqtisadi və sosial böhrandan çıxmaq mümkün olmuş, ictimai-siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın və əhalinin həyat səviyyəsinin dinamik yüksəlişi, köklü institusional islahatların aparılması və dünya iqtisadi sisteminə inteqrasiya təmin olunmuşdur.

Bir çox beynəlxalq maliyyə və bank təşkilatlarının etirafına görə, hazırda keçid iqtisadiyyatı dövrünü yaşayan ölkələr arasında Azərbaycan ən dinamik inkişaf edənlərin sırasındadır.

Heydər Əliyevin strateji siyasətinin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi və sosial inkişafı keyfiyyətcə yeni səviyyədə müvəffəqiyyətlə davam etdirilir.

Müasir mərhələdə ölkənin gələcək inkişafı konkret strateji məqsədlərlə xarakterizə olunur.

Yaxın illər üçün qarşıya qoyulmuş taleyüklü vəzifələr ölkənin sürətli sosial-iqtisadi inkişafını, qeyri-neft sektorunun, regionların, sosial sahənin, infrastrukturun inkişafını, habelə enerji təhlükəsizliyini, müdafiə qabiliyyətini, yoxsulluğun səviyyəsinin azadılmasını, işsizlik probleminin həllini və dünya iqtisadiyyatında layiqli yerin tutulmasını təmin etməkdir.

Bu vəzifələrin ardıcıllıqla və sistemli şəkildə həyata keçirilməsini təmin etmək üçün məqsədli proqramlar, qanunlar və digər normativ hüquqi sənədlər qəbul edilmişdir və həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadi islahatların uğurla davam etdirilməsi nəticəsində ötən ildə də ölkənin sosial-iqtisadi həyatının bütün istiqamətlərində böyük nailiyyətlər əldə edilmişdir.

Ölkə başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin müntəzəm iclaslarında xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunması qarşıda duran mühüm vəzifələrin uğurla həllində önəmli rol oynamışdır.

Bütövlükdə iqtisadiyyatın vəziyyətini xarakterizə edən ümumi daxili məhsulun real artımı 2004-cü ilə nisbətən 26,4 faiz olmuş və 59,4 trilyon manata çatmışdır. Bu artım dünya ölkələri arasında ən yüksək göstəricilərdən biridir. Son illərin yüksək artım sürətini nəzərə alsaq, axırıncı beş ildə ümumi daxili məhsulun həcmi təqribən 2 dəfə artmışdır.

Adambaşına 7,2 milyon manatlıq və ya 1518 ABŞ dolları, yaxud 2004-cü ildəkindən 25,1 faiz çox əlavə dəyər yaradılmışdır. Bu göstəriciyə görə, Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında 2004-cü ildəki 8-ci yerdən, 2005-ci ildə 4-cü yerə qalxmışdır.

2005-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 100,5 faiz icra olunmuş və 2004-cü ilə nisbətən 38,8 faiz artmışdır.

Büdcə gəlirlərinin 69,5 faizini Vergilər Nazirliyinin, 18,3 faizini Dövlət Gömrük Komitəsinin, 7,3 faizini Dövlət Neft Fondunun transferti təşkil etmişdir.

Dövlət büdcəsinin xərcləri 42,6 faiz artaraq, 10,7 trilyon manat olmuşdur.

Sosialyönümlü xərclərin maliyyələşdirilməsinə 5 trilyon 670 milyard manat vəsait yönəldilmişdir ki, bu da 2004-cü illə müqayisədə 34 faiz çoxdur.

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, həmişə olduğu kimi, ötən ildə də xüsusi diqqət yetirilmişdir. Dövlət büdcəsindən bu sahəyə 1 trilyon 440 milyard manat və ya 2004-cü ilə nisbətən 65,4 faiz çox vəsait yönəldilmiş və ordunun maddi-texniki təchizatını yaxşılaşdırmaq məqsədi ilə zəruri olan bütün resurslar ayrılmışdır. Dövlət sərhədlərinin möhkəmləndirilməsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür.

Hesabat dövrünün sonunda bank sisteminin kredit qoyuluşlarının ümumi daxili məhsula nisbəti ilin əvvəli ilə müqayisədə 8,3 faizdən 12,1 faizə yüksəlmişdir.

2006-cı il yanvarın 1-nə maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə 7,2 trilyon manat məbləğində kredit verilmişdir ki, bu da 2005-ci ilin əvvəlinə olan göstəricidən 45,6 faiz çox olmuş, o cümlədən uzunmüddətli kreditlər 83 faiz artmışdır.

Valyuta ehtiyatlarının həcmi 9,7 faiz artaraq, 1 milyard dollara yaxınlaşmış və 2005-ci il yanvarın 1-nə olan səviyyədən 125 milyon dollar çox olmuşdur.

Ötən il Dövlət Neft Fondunun vəsaitinin ümumi miqdarı 44,8 faiz artaraq 1 milyard 400 milyon dollar təşkil etmişdir.

Ümumilikdə isə respublikanın valyuta ehtiyatları il ərzində 29,8 faiz artaraq, 2006-cı il yanvarın 1-nə 2 milyard 394 milyon dollara çatmışdır.

Cari ilin əvvəlində xarici borcun həcmi 1 milyard 650 milyon dollar olmuşdur ki, bu da ümumi daxili məhsulun həcminin 12,8 faizinə bərabərdir. 2004-cü ildə bu göstərici 18,6 faiz olmuşdur.

Göründüyü kimi, ölkənin valyuta ehtiyatlarının həcmi xarici borcu 744 milyon dollar və ya 45 faizi üstələyir ki, bu da Azərbaycanın ödəmə qabiliyyətinin ilbəil artmasına əyani sübutdur.

Ötən il dövlət idarəetmə sistemində islahatların daha da dərinləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, bir neçə yeni nazirlik, dövlət komitəsi və təşkilatlar yaradılmışdır.

İl ərzində bir çox olduqca vacib məsələlər də gündəlikdə olmuşdur. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədi ilə “Aqrolizinq” Səhmdar Cəmiyyəti, əhalinin mənzil problemlərinin həllinə yönəldilmiş İpoteka Fondu, istilik təchizatı sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması üçün “Azəristiliktəchizat” Səhmdar Cəmiyyəti təşkil edilmişdir.

Ölkənin bölgələrini elektrik enerjisi ilə tam təmin etmək məqsədi ilə modul tipli elektrik stansiyalarının tikintisinə başlanılmış, müasir magistral və şəhərlərarası avtomobil yollarının tikintisi davam etdirilmiş, Naxçıvan Muxtar Respublikasının qaz təchizatı sistemi bərpa olunmuşdur.

Milli valyutanın denominasiyasının uğurla keçirilməsini təmin etmək məqsədi ilə zəruri olan hüquqi və texniki hazırlıq işləri görülmüşdür.

2005-ci ildə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsaitin həcmi iki dəfə artırılaraq, 200 milyard manat təşkil etmiş, 2200-dən artıq sahibkarlıq subyektinə güzəştli kredit kimi verilmişdir.

Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı çərçivəsində 2463 müəssisə və obyekt özəlləşdirilmiş, 10-u səhmdar cəmiyyətinə çevrilmişdir.

Respublika iqtisadiyyatının istehsal və xidmət sahələrində də dinamik inkişaf müşahidə olunmuşdur.

Sənayedə məhsul istehsalı 2004-cü illə müqayisədə 33,5 faiz artmışdır. İstehsalın həcmi neft hasilatında 42,9 faiz, neft emalında 14,2, elektroenergetikada 5,3, metallurgiyada 52,6, yüngül sənayedə 61, tikinti materialları istehsalında 18,8 faiz artmışdır.

22,2 milyon ton neft və 5,7 milyard kubmetr qaz hasil edilmişdir ki, bu da 2004-cü ildəkindən müvafiq surətdə 42,9 və 14,7 faiz çoxdur.

Kənd təsərrüfatında 2 milyon 127 min ton taxıl, 1 milyon 83 min ton kartof, 1 milyon 490 min ton tərəvəz və bostan məhsulları, 626 min ton meyvə, 197 min ton pambıq, 263 min ton ət, 1 milyon 252 min ton süd istehsal olunmuşdur.

Ümumilikdə, kənd təsərrüfatı məhsullarının istehsalı 7,5 faiz artmışdır.

Ötən il bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 13,5 faiz artaraq, 27,3 trilyon manat və ya 5 milyard 800 milyon dollar təşkil etmişdir.

İstifadə olunmuş kapital qoyuluşunun ümumi həcmində daxili mənbələr hesabına ayrılmış vəsaitlər 41,6 faiz artaraq, 9,1 trilyon manat olmuşdur.

Son beş ildə 81 mindən çox şagird yeri olan ümumtəhsil məktəbləri istifadəyə verilmişdir. Təkcə 2005-ci ildə 37 mindən artıq yerlik 164 yeni məktəb binası tikilmiş, 396 məktəb əsaslı, 1430 məktəb isə cari təmir edilmişdir. Yeni məktəblərin tikintisi 2004-cü illə müqayisədə 1,8 dəfə artmışdır.

2001-2005-ci illərdə 5,3 milyon kvadratmetr, o cümlədən 2005-ci ildə 1,4 milyon kvadratmetr yaşayış evləri tikilmişdir. Bu, 2001-ci illə müqayisədə 2,5 dəfə, 2004-cü illə müqayisədə isə 12,8 faiz çoxdur. Bunlarla yanaşı, xeyli istehsal və sosial təyinatlı obyektlər də tikilib istifadəyə verilmişdir.

2005-ci ildə nəqliyyatın bütün növləri ilə 128 milyon ton yük və 1 milyard nəfər sərnişin daşınmış, yük daşınması 9,2 faiz, sərnişin daşınması isə 4,8 faiz çox olmuşdur.

Rabitə xidmətlərinin həcmi 36 faiz artaraq, 2,2 trilyon manat təşkil etmişdir.

2005-ci ildə əhaliyə 27,9 trilyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Əmtəə dövriyyəsi 13,2 faiz, pullu xidmətlərin həcmi isə 26,1 faiz artmışdır.

Ötən il orta hesabla ölkənin hər bir sakini 2,8 milyon manatlıq və ya 2004-cü illə müqayisədə 22,6 faiz çox müxtəlif istehlak malları almışdır.

Azərbaycan dünyanın 135 ölkəsi ilə ticarət əlaqələri yaratmışdır. Xarici ticarət dövriyyəsi 8,5 milyard dollar məbləğinə çataraq, 19,9 faiz artmışdır. Xarici ticarət dövriyyəsinin müsbət saldosu 147 milyon dollar təşkil etmişdir.

İstehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ilin əvvəlindən tədricən artmağa başlamış və ilin ortalarına inflyasiyanın səviyyəsi 14 faizə qədər yüksəlmişdi. Bu prosesin qarşısını almaq məqsədi ilə ölkə başçısı cənab İlham Əliyevin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı verdiyi Fərmanda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi nəticəsində orta illik inflyasiyanın səviyyəsini 9,6 faizə qədər endirmək mümkün olmuşdur.

Əhalinin həyat səviyyəsinin yüksəlməsini xarakterizə edən göstəricilərdən biri olan nominal pul gəlirlərinin adambaşına düşən məbləği 2004-cü illə müqayisədə 25,7 faiz artaraq, orta hesabla ayda 392 min manat olmusdur. Beləliklə, əhalinin pul gəlirlərinin artım sürəti inflyasiyanın səviyyəsini 2,6 dəfə üstələmişdir.

Ölkə üzrə orta aylıq əmək haqqı 21,9 faiz artaraq 590 min manata çatmış, dekabr ayında isə 633 min manat təşkil etmiş, minimum əmək haqqının məbləği isə 150 min manata çatdırılmışdır.

Əhalinin banklardakı əmanətləri 22,7 faiz artaraq, 2,5 trilyon manata çatmışdır. Qeyd etmək lazımdır ki, milli valyuta ilə əmanətlərin xüsusi çəkisi 2004-cü ildəki 7,5 faizdən 11 faizə qədər artmışdır.

2003-cü ilin oktyabr ayından bu günədək ölkədə, əsas etibarilə regionlarda 346 min, o cümlədən 173 min daimi iş yerləri açılmışdır. Təkcə 2005-ci ildə yeni açılmış iş yerlərinin sayı 169 min, o cümlədən daimi iş yerləri 79 mindən çox olmuşdur.

Hesabat ilində orta aylıq pensiyanın məbləği 150 min manata çatdırılmışdır ki, bu da 2004-cü ilin səviyyəsindən 20,2 faiz çoxdur.

Aparılan tədqiqatlar göstərir ki, 2005-ci ildə həyata keçirilmiş yuxarıda göstərilən və digər tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 29 faizədək azalmışdır.

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli 2005-ci ildə hökumətin fəaliyyətində prioritet yer tutmuşdur.

Belə ki, onların yaşayış şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılmasına ümumilikdə 706 milyard manat vəsait yönəldilmiş, o cümlədən dövlət büdcəsindən 377 milyard manat və ya 2004-cü illə müqayisədə 30,5 faiz çox vəsait ayrılmışdır.

Məcburi köçkünlərin çadır düşərgələrindən tikilib istifadəyə verilmiş yeni, müasir tipli qəsəbələrə köçürülməsi işləri davam etdirilmişdir.

Qeyd etdiyim uğurlarla yanaşı, həllini tam tapmamış problemlər də mövcuddur. Biz onların həlli yolları ilə bağlı qarşıda duran vəzifələri bilirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Nazirlər Kabineti bu vəzifələri həll etmək əzmindədir.

Diqqətinizə görə sağ olun!

X X X

Sonra müzakirələr başlandı. Çıxış edən deputatlar hökumətin səlahiyyətlərinə daxil olan bütün məsələlərə toxunaraq vurğuladılar ki, hesabat dövründə qazanılmış nailiyyətlər ümummilli lider Heydər Əliyevin iqtisadi siyasət xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Deputatlar ölkədə təhsilin, sahibkarlığın inkişafına diqqətin artırılmasının, elektrik enerjisi, qaz təchizatı və digər sahələrdə yaranmış problemlərin aradan qaldırılmasının vacibliyini vurğuladılar.

Milli Məclisin axşam iclasında hökumətin hesabatı ilə bağlı müzakirələr davam etdirildi. Deputatlar 2005-ci ildə respublikamızın sosial-iqtisadi inkişafında əhəmiyyətli nəticələr əldə olunduğunu, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirildiyini, əhalinin rifahının yüksəldiyini, sosial-iqtisadi sahələrin inkişafı ilə bağlı xalqda nikbin əhval-ruhiyyə və fikir formalaşdığını vurğuladılar.

Çıxış edənlər bildirdilər ki, hesabatda ölkə həyatının bütün sahələri əhatə edilmiş, əsas göstəricilər qeyd olunmuşdur. Xüsusilə sərmayə qoyuluşunun yüksək səviyyədə olması, yerli iş adamlarının getdikcə daha çox sərmayə qoyması müsbət hal kimi qiymətləndirildi.

Eyni zamanda, istifadə olunmamış imkanlardan, ehtiyat mənbələrindən də danışıldı, xüsusilə əhalinin elektrik enerjisi və qazla təminatına dair iradlar bildirildi. Bundan əlavə, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, daxili miqrasiyanın qarşısının alınması üçün tədbirlər görülməsi, Azərbaycanın sənaye strategiyasının hazırlanması, ipoteka şərtlərinin yüngülləşdirilməsi, qeyri-neft bölməsinin inkişafı, dövlət büdcəsinə ictimai nəzarətin təmin edilməsi, minimum əmək haqqının orta aylıq əmək haqqına çatdırılması və sair barədə təkliflər səsləndi.

İqtisadi inkişaf naziri Heydər Babayev, maliyyə naziri Əvəz Ələkbərov, təhsil naziri Misir Mərdanov, Milli Bankın İdarə heyətinin sədri Elman Rüstəmov hökumətin fəaliyyəti ilə bağlı deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdilər, səslənən iradlara öz münasibətlərini bildirdilər. Onlar vurğuladılar ki, deputatların konstruktiv təklifləri, haqlı iradları Azərbaycan hökumətinin gələcək fəaliyyətində nəzərə alınacaqdır.

Müzakirələr başa çatdıqdan sonra Milli Məclis səsvermə yolu ilə Azərbaycan hökumətinin hesabat dövründəki fəaliyyətinin nəzərə alınması barədə qərar qəbul etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib