Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə ombudsmanın illik məruzəsi dinlənilib

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 5-də Milli Məclisin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi elan edib.

Əvvəlcə Oqtay Əsədov cəbhə xəttindəki mövcud vəziyyətlə bağlı fikirlərini bildirib. Qeyd edib ki, Azərbaycan hər zaman atəşkəsə sadiq olub. Hər dəfə Azərbaycan hər hansı yüksək nailiyyət əldə edəndə Ermənistan tərəfindən təxribatlarla üzləşirik. Azərbaycanın mülki əhalisi iriçaplı silahlardan atəşə məruz qalır. Biz həmişə cavab atəşi ilə düşməni susdururuq. Son günlər isə erməni silahlı qüvvələri mülki vətəndaşlarımıza mərmilərlə atəş açmağa başladılar. Artıq Azərbaycan ordusunun hövsələsi qalmadı. Azərbaycan Silahlı Qüvvələri ermənilərin təxribatına cavab verərək əməliyyat apardı və Ermənistana, erməni qoşunlarına öz yerini bir daha göstərdi.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin müavini Bahar Muradova Füzuli rayonunda sakinlərlə keçirdiyi görüşlərdən danışıb. O, mövcud vəziyyətin 1990-cı illərlə müqayisəyə gəlməyəcək dərəcədə fərqli olduğunu söyləyib. Bildirib ki, qaçqınlığın, köçkünlüyün ağrısını, əzabını, çətinliyini görmüş Azərbaycan insanı, təmas xəttində yaşayan mülki əhali tamamilə başqa əhvali-ruhiyyədədir. Bu, döyüşlərdə əldə olunan qələbələrin doğurduğu qürur, sevinc əhvali-ruhiyyəsidir. Təmas xəttində yaşayan mülki əhali hazırkı vəziyyətdə özünü səngərdə hiss edir. Təmas xəttinə ən yaxın ərazilərdə yaşayan insanlar öz yerlərindən tərpənməyiblər. Hər kəs öz işinə, gündəlik həyatına davam edir.

Bahar Muradova ATƏT-in Parlament Assambleyasına məktubla müraciət etdiyini diqqətə çatdırıb.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov cəbhə xəttindəki vəziyyətlə bağlı çıxışında bildirib ki, 1994-cü ildən indiyədək bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib. Bu müddət ərzində hər gün cəbhədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi halları olub. Neçə illərdir ki, Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Bu illər ərzində ermənilər danışıqlar xatirinə danışıqlar aparıblar. Bununla da mövcud vəziyyəti uzatmağa cəhd ediblər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər hədlərini aşıblar. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdilər. ATƏT-in Minsk qrupu nə qədər bəyanat versə də, əməldə heç bir iş yox idi. Həmsədrlərin missiyası sülh yaratmaq olsa da, biz bunu görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Belə olan halda isə Azərbaycan öz gücünü göstərdi. Biz bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin.

Cəbhədəki vəziyyətlə bağlı deputatlar da öz fikirlərini bildiriblər.

İclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənilib.

Ombudsman Elmira Süleymanova bildirib ki, illik məruzədə müvəkkilin mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirləri, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda, insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Ombudsman qeyd edib ki, ölkəmizdə davamlı iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, habelə sosial infrastruktur layihələrinin icrasının davam etdirilməsi məqsədilə ardıcıl işlər görülüb, dövlət idarəçiliyi sistemində bürokratik əngəllərin, korrupsiya hallarının və rüşvətxorluğun qarşısının alınması, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsi üzrə tədbirlər davam etdirilib. Dövlət tərəfindən ayrılan güzəştli kreditlər nəticəsində yeni istehsal və xidmət müəssisələri təşkil olunub. Sosial infrastrukturun yaradılması, yenidən qurulması və bərpası davam etdirilib.

Qeyd edilənlərlə yanaşı, sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi, azad sahibkarlığın inkişafına real təminatlar verilməsi, habelə münbit biznes mühitinin yaradılması məqsədilə orta və kiçik sahibkarlıq subyektlərinə gömrük və vergi güzəştlərinin tətbiqi, bu sahədə şəffaflığın artırılması, inhisarçılığa və haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi, bu tələbləri pozan şəxslərə qarşı tədbirlər görülməsi kimi məsələlər diqqətdə saxlanılıb.

2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər respublikamızın hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, idarəetmənin cəmiyyətimizin daha da demokratikləşməsi, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyib. Seçkilər bütövlükdə demokratik, şəffaf, ədalətli şəraitdə keçirilib.

İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapıb, pozulmuş hüquqlar bərpa olunub. Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 130 min 10, 2015-ci ildə isə 15 min 320 müraciət daxil olub. Müraciətlərin 72,6 faizi şikayətlərdən, 27,4 faizi isə ərizələrdən ibarət olub. Bu müraciətlər sırasında mənzil problemləri, sosial təminat hüququ, əmək hüququ, məhkəmə qərarlarının icrası və müraciət etmək hüququ ilə bağlı məsələlər çoxluq təşkil edib. Aparatda və regional mərkəzlərdə ümumilikdə 2 min 966 şəxs qəbul edilib.

Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 46,3 faizinin baxılmasından imtina edib.

Şikayətlərin 53,7 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların da 64,5 faizi təmin olunub. Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb, ərizəçilərdən daxil olmuş bütün müraciətlər cavablandırılıb.

Qeyd edilib ki, müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının müdafiəsi də diqqətdə saxlanılıb. Müvəqqəti saxlama yerlərinin və istintaq təcridxanalarının standartlara uyğun əsaslı təmir olunması və ya yeni istifadəyə verilmiş binalara köçürülməsi, habelə müasir avadanlıqlarla təchiz olunması saxlanma şəraitinin daha da yaxşılaşmasına və saxlanılan şəxslərlə rəftarın təkmilləşdirilməsinə şərait yaradıb.

Səhiyyə xidmətinin yaxşılaşdırılması üçün tədbirlər görülüb, əhalinin yaşayış səviyyəsi və həyat tərzinin tələblərinə uyğun olaraq müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilib, bütövlükdə səhiyyə sahəsinin maddi-texniki bazası möhkəmləndirilib. Sağlamlığın qorunması hüququ ilə bağlı 445 müraciət daxil olub. Bu müraciətlərdə əsasən, müalicə və müayinənin dövlət hesabına həyata keçirilməsi, dərman preparatlarının verilməsində kömək göstərilməsi kimi məsələlərlə yanaşı, sağlamlıq hüququnun qorunmasının digər aspektləri ilə bağlı problemlər öz əksini tapıb. Daun sindromu səbəbindən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi də diqqətdə saxlanılıb.

Vurğulanıb ki, ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində bütün regionlarda təhsilin infrastrukturu yenilənib. Dövlətimiz, habelə Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, təhsili, onların intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Çoxsaylı yeni məktəb binaları tikilib, uşaq evləri və internatlar əsaslı təmir olunub, müasir avadanlıqla təchiz edilib. Təhsil hüququ ilə bağlı daxil olmuş 140 müraciət üzrə araşdırmalar aparılıb, hüquq pozuntusu müəyyən edildiyi halda onların bərpası üzrə tədbirlər görülüb. Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması məqsədilə ardıcıl tədbirlər görülür.

Ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrin döyüş qabiliyyətini artırmaq, hərbi qulluğun nüfuzunu qaldırmaq baxımından hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, o cümlədən sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin və tibbi-sanatoriya xidmətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir.

Sonra məruzə ətrafında çıxışlar olub. Müzakirələrin sonunda hesabat nəzərə alınıb.

Daha sonra “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, dəyişikliyə əsasən sənədin 10-cu maddəsinin 1-ci bəndi yeni redaksiyada veriləcək. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın 5.2-ci bəndinin icrasının təmin edilməsi üçün istehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədilə antikartel fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar hazırlanıb.

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın 5.2-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə də müvafiq dəyişikliklər ediləcək.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə əsasən sənədin “Bu məcəllənin pozulmasına görə məsuliyyət” adlı 110-cu maddəsi yeni redaksiyada veriləcək. Edilən dəyişikliyə əsasən bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 23 noyabr tarixli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar olaraq hazırlanıb.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə əsasən sənədin 107-5.1-ci maddəsinin ikinci cümləsində “qərarlar” sözündən sonra “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla,” sözləri əlavə ediləcək. 938-1.0.3-cü maddədə “əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz olunacaq. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi Mülki Məcəllənin “Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası” adlanan 40-1-ci maddəsinin müddəalarına uyğunlaşdırılma məqsədilə hazırlanıb.

“Banklar haqqında” Qanunda edilən dəyişikliklər Mülki Məcəllənin “Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası” adlanan 40-1-ci maddəsinin müddəalarına uyğunlaşdırılma və sözügedən Qanuna aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın İdarə Heyətinin və Müşahidə Şurasının birgə qərarı olmadığı halda, bankların aidiyyəti şəxslərə kreditlərin verilməməsi ilə əlaqədar yeni maddənin əlavə edilməsi məqsədilə hazırlanıb.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası” adlanan 40-1-ci maddəsinin müddəalarına uyğunlaşdırılma məqsədilə “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında da dəyişikliklər edilməsi nəzərdə tutulur.

“İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin 42.1.4-cü maddəsində “müəssisənin aksiyaları və ya nizamnamə kapitalına sahib” sözləri “hüquqi şəxsə aidiyyəti olan şəxs” sözləri ilə əvəz ediləcək. Nəzərdə tutulan dəyişiklik “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli Qanununun tətbiqi ilə əlaqədardır.

Notariat orqanlarının işinin səmərəliliyini artırmaq və hüquqi şəxslərin təsisçilərinin vərəsələrinin qanuni maraqlarını qorumaq məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi nəzərdə tutulur.

İclasda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrinə də baxılıb.

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin 6.2-ci maddəsində “məcburi” sözü “icbari” sözü ilə əvəz ediləcək.

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Qanuna təklif olunan dəyişikliklər vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-ftiziatrların, digər mütəxəssislərin və işçilərin öz peşə funksiyalarını yerinə yetirərkən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının təkmilləşdirilməsini nəzərdə tutur. Həmin şəxslər bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirərsə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna uyğun olaraq icbari qaydada sığorta olunacaqlar.

“Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 6.2-ci maddəsində “məcburi” sözü “icbari” sözü ilə əvəz ediləcək.

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Qanunda ediləcək dəyişikliyə əsasən sənədin 26.3-cü maddəsi yeni redaksiyada veriləcək. Belə ki, “Əmək funksiyalarının icrası ilə əlaqədar tibb işçiləri, habelə virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması ilə məşğul olan işçilər İİV-ə yoluxma riskinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta ediləcəklər.

İclasda, həmçinin “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında qanun layihəsinə də baxılıb.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb