Milli Məclisin deputatı Avstraliyada bir sıra görüşlər keçirib
Bakı, 14 sentyabr, AZƏRTAC
Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Avstraliyada səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 14-də deputat Kanberra şəhərində Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşüb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsi, ticari-iqtisadi əməkdaşlıq, sosial və humanitar sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olunub. Deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal edilməsi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, problemin nizamlanması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Görüşdə Milli Məclisin sədri Oqtay Əsədovun Avstraliya Senatının prezidenti Stiven Perriyə ünvanlanmış Azərbaycana rəsmi dəvət məktubu çatdırılıb. Dəvət məmnuniyyətlə qəbul edilib.
Həmin gün Xanlar Fətiyev Avstraliya parlamentinin iqtisadi komitəsinin sədri Con Aleksandr, sənaye və kənd təsərrüfatı komitəsinin sədri Rouen Ramzeylə görüşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:32]
YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib
- 02.10.2026 [11:17]