MİLLİ MƏCLİSİN DEPUTATI NATO PARLAMENT ASSAMBLEYASI KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA İŞTİRAK EDƏCƏKDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, deputat Rəfael Qafarov NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Məsələləri, Siyasi İşlər, Elm və Texnologiya komitələrinin birgə iclasında iştirak etmək üçün iyulun 16-da Moskvaya yola düşəcəkdir.
Tədbirdə Qafqazda təhlükəsizlik, terrorizmlə mübarizə, NATO-Rusiya münasibətləri, vətəndaş cəmiyyəti və mətbuat, Avropada silahlara nəzarət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır. Səfər iyulun 19-da başa çatacaqdır.