MİLLİ MƏCLİSİN DEPUTATI ÖZBƏKİSTANDA SƏFƏRDƏ OLMUŞDUR
Sabir Rüstəmxanlının Özbəkistan Ali Məclisinin sədri Erkin Xəlilovla görüşündə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması imkanları müzakirə edilmişdir.
Milli Məclisin deputatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ölkəmiz üçün ağır nəticələrindən də danışmış, bu məsələyə münasibətdə ikili standartların olduğunu bildirmişdir.
S.Rüstəmxanlı Milli Məclisin sədri Murtuz Ələsgərovun Azərbaycana səfərə dəvət barədə məktubunu Erkin Xəlilova təqdim etmişdir.
Erkin Xəlilov Özbəkistan parlamentində aparılacaq islahatlar haqqında qonağa məlumat vermişdir.
X X X
Sabir Rüstəmxanlının Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Siracəddin Səidovla görüşündə ədəbiyyat, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmiş, qarşılıqlı səfərlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyov iştirak etmişdir.