Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSİN DEPUTATI, PROFESSOR BƏXTİYAR ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Bu gün burada xoşməramlı bir tədbirə - Müstəqil Azərbaycan dövlətinin memarı və banisi, Azərbaycanın Yeni və Ən Yeni tarixinin yaradıcısı, görkəmli, müdrik siyasətçi, ümummilli liderimiz möhtərəm Heydər Əliyevə həsr edilmiş “Dünyanı heyran qoyan insan” kitabının təqdimatına toplaşmışıq. Bu münasibətlə hamını təbrik edir və xüsusən, tədbirin təşkilatçılarına dərin minnətdarlığımı bildirirəm.

XX əsrin sonunda taleyin xalqımıza verdiyi tarixi bir fürsət yarandı – müstəqil dövlət kimi yaşamaq və yaratmaq fürsəti. Lakin tarixi zamanın tələblərini anlamayan, siyasətçi qiyafəsinə girərək, millətə atalıq iddiasında olan bəzi insanlar ölkəni də, xalqı da fəlakətlərə sürükləyirdilər. Faciə, qorxu dolu bir ömür, zaman, zülmət qaranlığın ümidsizliyi yaşanırdı. Belə bir məqamda möhtərəm Heydər Əliyev heç nədən çəkinmədən, həyatını təhlükədə qoyaraq, xalqına dayaq oldu. Onu ümidli etdi, ona arxa durdu, nicat yolunu göstərdi. Tarixin çətin sınaq anında xalqla bir yerdə olmağı üstün tutdu. Bu, yalnız belə də olmalı idi. Çünki adamlar fəlakətə düçar olanda, o, kənarda qala bilməzdi. Çünki xalqın dərdini yaşamaq, əvəzində ona sevinc bəxş etmək həyatının mənası idi. Təəssüf ki, həmin dövrdə xalqın əsl məhəbbətini qazanmış görkəmli siyasətçiyə qarşı həm Moskva, həm də onun respublikada olan əlaltıları iyrənc üsullarla mübarizə apararaq, Azərbaycanı uçuruma yuvarlayırdılar.

1991-ci ilin fevralında dahi Heydər Əliyevin Ali Sovetin iclasında ölkənin düşdüyü ağır vəziyyət, Qarabağı gözləyən təhlükə və onun qarşısının alınması istiqamətləri haqqındakı tarixi çıxışı yaddaşlara birdəfəlik həkk olundu. Düşünmək olardı ki, artıq deyilənlərdən nəticə çıxarmaq, müdrikcəsinə göstərilən yolla bütün bəlalardan xilas olmağın məqamıdır. Amma ürəkağrısı ilə deməliyik ki, bunun əvəzinə, təqiblər daha da gücləndi. Kimə qarşı, nəyə qarşı?!

Həmin anları yada saldıqca dəhşətli, qorxulu yuxudan ayılmağa sanki can atırsan, amma ayıla bilmirsən. Bütün ölkə, xalq belə bir vəziyyətdə idi. Ölkəni və xalqı bu vəziyyətdən xilas edəcək yeganə qüvvə Heydər Əliyev dühası idi. Bəli, təqdim edilən kitabda da qeyd edildiyi kimi, “həmin illərə ötəri nəzər salanda, hətta onun kimi nəhəng, müdrik, qətiyyətli, polad iradəli insanın da bu qədər işin öhdəsindən necə gələ bildiyinə heyrətlənməmək mümkün deyildir. Amma bu, həqiqətdir. O da həqiqətdir ki, buna yalnız Heydər Əliyev nail ola bilərdi”.

Fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev oxucularla bu kitabda bölüşdüyü düşüncələrində nə qədər haqlıdır: “Heydər Əliyev fenomeninə maraq illər ötdükcə azalmır, əksinə, getdikcə daha da artır. Ölkəmizdə və xaricdə çap edilən bir çox yazılarda, tədqiqatçıların əsərlərində biz Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasətinin və mahir idarəçilik bacarığının yeni-yeni cəhətlərini görürük”. Bu fikrin bir hissəsi bu gün təqdimatına yığışdığımız, gözəl zövqlə, obyektiv faktlar əsasında çox nəfis tərtib edilmiş “Dünyanı heyran qoyan insan” kitabında öz əksini tapmışdır.

Doğrudan da, o, dünyanı heyrətə gətirməyə bilməzdi. İstər professor Ramiz Mehdiyevin məqaləsindəki tarixi faktlar, istərsə də kitabda dünyanın tanınmış insanlarının dahi Heydər Əliyev haqqında heyrətlə dedikləri bunu bir daha təsdiq edir. Şübhəsiz ki, möhtərəm Heydər Əliyev haqqında deyilmiş fikirlərin hamısını bir kitabda cəmləşdirmək mümkün deyildir. Onun haqqında çox fikirlər deyilib, amma zaman keçdikcə daha çox deyiləcəkdir.

Heydər Əliyev fenomenini dərk etmək üçün hələ çox böyük bir zaman lazımdır. Çünki belə şəxsiyyətlər bir zaman çərçivəsinə sığmırlar. Bəlkə elə ona görədir ki, Heydər Əliyev təkcə iki yüzilliyi deyil, iki minilliyi birləşdirən bir şəxsiyyətdir. Bu ritorik sual heyrət doğuracaq bir həqiqətdir. Deməli, hələ yüz illər lazımdır ki, bu düha öyrənilsin, dərk edilsin.

Kitabda dərin fəlsəfi-siyasi məna daşıyan və dəqiq ifadə edilmiş bir fikrə diqqəti yönəltmək istərdim. Orada deyilir: “Heydər Əliyev tədricən, qətiyyətlə, amma təzyiqsiz məcbur edə bildi ki, onun özünə və respublikaya hörmət etsinlər”. Bəli, bu fikri həyəcansız oxumaq və qəbul etməmək mümkün deyildir. Çünki bu, xalqın dirçəlişi, özünə qayıdışı, öz milli mənini dərki idi. Heydər Əliyev qayıdışı möhtəşəm idi, bu, soykökümüzə qayıdış idi. Xalqı və dövləti məhv olmaqdan qurtarmaq, müstəqil dövləti qurmaq və möhkəmləndirmək, onu dünyaya tanıtdırıb qəbul etdirmək, Azərbaycanı dünyanın yeni düzümündə söz sahibinə çevirmək missiyasını uğurla həyata keçirmiş dahi Heydər Əliyev ümummilli lider kimi qəlblərdə əbədiyyət qazandı.

1993-cü ilin iyun ayında “ölüm ya qalım” dilemması ilə üz-üzə qalmış Azərbaycan Respublikasına rəhbərliyə cənab Heydər Əliyev xalqın təkidi ilə gəlməsəydi, görəsən, müstəqil dövlətimizin aqibəti necə olardı? Doğrudanmı, Heydər Əliyevsiz qüdrətli, bütöv və müasir Azərbaycan dövləti qurula bilərdi? Tarixi həqiqət bundan ibarətdir ki, Heydər Əliyev xalqını və dövlətini tarixdən silinərək, onun yaddaşına çevrilməkdən xilas etdi.

Həmin dövrdə bütün dövlət strukturlarının fəaliyyəti iflic vəziyyətinə salınmış, cəmiyyət dərin depressiyaya qapanmışdı. Hər gün cəbhədə onlarla gənc şəhid olurdu. Azərbaycan od-alov, qan içində boğulurdu. Hamı bir ümidsizliyə qapılmışdı, əhalidə ruh düşkünlüyü, əsəbi-psixi gərginlik yaranmış, ölkədə anarxiya hökm sürürdü. Belə həlledici məqamda dövləti və xalqı düşdüyü vəziyyətdən yalnız möcüzə xilas edə bilərdi. Xalq bunu gözləyirdi və bu gözləmənin tələblərinə uyğun ümummilli lider obrazı yaranmışdı. Həmin obrazın tələblərinə cavab verə biləcək şəxsiyyətin – siyasi liderin axtarışı artıq tənqidi qrup düşüncəsini səfərbər etmişdi. Kəskin və ziddiyyətli tarix burulğanında çapalayan xalq da, xalqı hakimiyyətdən tam təcrid etmiş o vaxtkı iqtidar nümayəndələri də belə bir lideri – yeganə nicat yolunu tam aydınlığı ilə dərk edir və görürdülər. Bu, Heydər Əliyev dühası idi.

1993-cü ilin iyununda Azərbaycanda növbəti hakimiyyət böhranı yarandı. Azərbaycan dövlətçiliyinin parçalanma, müstəqilliyinin itirilməsi, vətəndaş müharibəsi təhlükəsi meydana çıxdı. Tarixi şəxsiyyət olan Heydər Əliyev belə bir çətin məqamda xalqın təkidi ilə Naxçıvandan Bakıya gələrək, yenidən xilaskar missiyasını yerinə yetirdi. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə dövlətlə xalqın birliyi təmin edildi. Ölkənin daxili və xarici siyasəti, dövlət və ordu quruculuğu konsepsiyası müəyyənləşdirildi, iqtisadi tənəzzülün qarşısı alındı.

Respublikada yaranmış sabitlik və beynəlxalq aləmdə onun imicinin tanınması xalqın başlıca sərvəti olan neft amilindən əhalinin rifahının yaxşılaşdırılması üçün istifadə etməyə, dünyanın iri neft şirkətləri ilə müqavilələr imzalamağa imkan yaratdı. Lakin 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırdığımız ilk neft müqaviləsinin imzalanması da daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə qarşılandı. Həmin dövrdəki sui-qəsd və dövlət çevrilişi cəhdlərini yada salmaq kifayətdir. Ancaq bütün bu müqavimətlər Heydər Əliyevin şəxsiyyəti və əzmi qarşısında duruş gətirə bilmədi. Çünki azərbaycançılıq ideyasına söykənib xalqı birləşdirən və ondan güc alan ümummilli lider dövlətçiliyi və milli maraqları qoruyur və möhkəmləndirirdi.

Bu gün biz əminik ki, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı Azərbaycan Respublikasının müstəqil dövlətçilik siyasəti zamanın sınağından çıxmış yeganə düzgün siyasətdir. O, Azərbaycan xalqının xoşbəxt gələcəyinə və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Fikrimizcə, cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu siyasi xətt gələcəkdə də davam etdirilməlidir.

Fikrimi cənab İlham Əliyevin 2004-cü il mayın 12-də Naxçıvan beynəlxalq hava limanının açılış mərasimindəki nitqindəki sözlərlə bitirmək istərdim: “Bu gün çox gözəl gündür, amma həm də çox kədərli bir gündür. Çünki Azərbaycan Heydər Əliyevsiz yaşayır ... Amma bizə təskinlik verən odur ki, Heydər Əliyevin ideyaları yaşayır. Heydər Əliyevin fəlsəfəsi, siyasəti yaşayır. Onun qurduğu, yaratdığı Azərbaycan yaşayır, güclənir və bundan sonra da yaşayacaqdır. Hamımız bu siyasətə sadiqik. Biz hamımız bu siyasəti davam etdirməliyik. Azərbaycanı gücləndirməliyik, Heydər Əliyevin yolu ilə irəliyə aparmalıyıq. Mən əminəm ki, biz buna nail olacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2 VİDEO

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2 VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır