Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbəti plenar iclası keçirilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

İclasda "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında", “Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında sazişlərin təsdiq edilməsi barədə qanun layihələri qəbul edilib. Həmçinin "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, Qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur. Qeyd edək ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclis "Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Qanunda, İnzibati Xətalar, Cəzaların İcrası, Cinayət, Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrini də təsdiqləyib. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilərək qəbul olunub. Bildirilib ki, dəyişikliklərə əsasən Ombudsman Aparatında Milli Preventiv Qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qanunsuz miqrantların saxlanılması mərkəzlərinə daxil ola biləcək, miqrantlarla görüş keçirəcək, onların saxlanma şəraiti ilə tanış olacaq, həyata keçirdiyi tədbirlərin gedişi və nəticələrini protokollaşdıracaq.

Deputatlar, həmçinin "Dini etiqad azadlığı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirə ediblər. Qanunun 29-cu maddəsində aşağıdakı dəyişikliklər edilib. Yeddinci abzasa "məlumatlar" sözündən sonra ", o cümlədən dini fəaliyyətə dair və maliyyə hesabatları" sözləri əlavə olunub. On birinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və maddəyə aşağıdakı məzmunda on ikinci və on üçüncü abzaslar əlavə edilib: “nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır; din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görür, ixtisasartırma kurslarını təşkil edir".

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Sonra iclasda “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Bildirilib ki, Qanunun 14-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib: “Dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi sənədlərə əlavə olunur”. Dəyişiklik dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmasını nəzərdə tutur.

Layihə səsə qoyularaq qəbul edilib.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılan zaman bildirilib ki, qanunun 5.4.8-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və aşağıdakı məzmunda 5.4.9-cu maddə əlavə olunub: "5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi".

Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

İclasda, həmçinin "Müflisləşmə və iflas haqqında", “İnvestisiya fondları haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında" Qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb. Qanunlara edilən dəyişikliklə müddət konkretləşməsi aparılıb.

“Müflisləşmə və iflas haqqında” qanun layihəsinə edilən dəyişikliklə səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunun tələbləri nəzərə alınaraq müflis elan ediləcək. Bu qanunun bütün kommersiya təşkilatlarına (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilməsi nəzərdə tutulur. Eyni zamanda, qanunda bu qanunun Mərkəzi Banka şamil edilməməsi maddəsi saxlanılıb.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

İclasda “Təhsil haqqında” Qanuna magistratura ilə bağlı dəyişiklik də edilib. Qüvvədə olan qanuna əsasən, indiyə qədər magistratura pilləsi elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılıb. Dəyişikliyə əsasən isə bundan sonra magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələri ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradıla bilər. Dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanı təmin etmək məqsədilə edilib.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

"Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb və müzakirələrdən sonra səsə qoyularaq təsdiqlənib.

"Azərbaycan Respublikasının "Tərəqqi" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə edilib. Bildirilib ki, Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsi”nin 1-ci maddəsində “xalq təhsili” sözləri “hüquq, təhsil” sözləri ilə əvəz edilib. Təklif olunan dəyişikliyin məqsədi qanunvericiliyin təkmilləşdirilməsidir.

Layihə səsə qoyularaq qəbul edilib.

"Yol hərəkəti haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılan zaman qeyd edilib ki, dəyişikliklər “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1215-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar edilib.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib.

"Polis haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Qanunun 14-cü maddəsinə aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilib: "7-1) kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək;". Bildirilib ki, dəyişikliklər “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1271-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Daha sonra "Özəl tibb fəaliyyəti haqqında" Qanunda dəyişikliklərə baxılıb. Qeyd edilib ki, Qanunun 4-cü maddəsinə edilən əlavəyə görə, “tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir”. Qanunun 16-cı maddəsinə əlavə edilən bəndə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Bundan başqa, iclasda "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Milli arxiv fondu haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Mədəniyyət haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də baxılıb və səsə qoyularaq qəbul edilib.

Bununla da plenar iclas başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb