Milli Məclisin növbəti plenar iclasında altı məsələyə baxılacaq
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gündəliyə əsasən iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanunda dəyişikliklər olunması, “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.
İclasda, həmçinin Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə məsələ də diqqət mərkəzində olacaq.
Deputatlar Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi barədə məsələni və “Elm haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2026 [13:21]
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?
- 30.06.2026 [14:00]
Milli Məclisin iclasında 14 məsələ üzrə qərarlar qəbul edilib YENİLƏNİB
- 16.06.2026 [17:26]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 12.06.2026 [12:06]
Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib
- 11.06.2026 [17:07]
Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi
- 09.06.2026 [15:55]