SİYASƏT
Milli Məclisin nümayəndə heyəti Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
Bakı, 8 oktyabr, AZƏRTAC
Milli Məclisin deputatı Rüfət Quliyev və parlament sədrinin köməkçisi – MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov oktyabrın 9-da Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcəklər.
Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Nümayəndə heyətimiz Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Milli Məclisin təmsilçiləri Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının missiyası tərkibində prosesə qatılacaqlar. Müşahidəçilər müxtəlif məntəqələrdə səsvermənin gedişatını izləyəcək, yerlərdə seçicilər üçün yaradılmış şəraitlə tanış olacaqlar.
Səfər oktyabrın 13-də başa çatacaq.