Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 13 məsələ müzakirə edilib

Milli Məclisin plenar iclasında 13 məsələ müzakirə edilib

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri olduğunu deyib. Qeyd edilib ki, bu, Partiyanın ali rəhbər orqanının Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra ilk belə toplantısı olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Qurultayda proqram xarakterli nitq söyləyib. Dərinməzmunlu bu nitqdə Azərbaycanın orta güc dövlətinə çevrilmək üçün keçdiyi inkişaf yoluna hərtərəfli nəzər salınıb, tarixi qələbələrimizi şərtləndirən amillər göstərilib. YAP-ın ictimai-siyasi proseslərdə rolu qeyd edilib.

Milli Məclisin sədri, həmçinin Azərbaycan parlament nümayəndə heyətinin Parlamentlərarası İttifaqın 153-cü Assambleyasında iştirak məqsədilə Tanzaniyaya işgüzar səfəri barədə məlumat verib.

Sonra parlamentin sədri iclasda 13 məsələnin müzakirə ediləcəyini söyləyib. O, ilk 5 məsələnin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və bu növ qanun layihələrinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edildiyini bildirib.

İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Komitə sədri Anlaşma Memorandumunun təsdiqinin Azərbaycanın beynəlxalq öhdəliklərinin hüquqi çərçivəsinin möhkəmləndirilməsinə, iqlim sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri gündəliyin növbəti 3 məsələsinin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. O qeyd edib ki, hər üç qanun layihəsi Azərbaycan ilə Qırğızıstan arasında dövlətlərarası və hökumətlərarası müqavilə və sazişlərin təsdiq edilməsi haqqındadır.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsindən bəhs edib.

Sonra Zaur Şükürov “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsindən danışıb. Qeyd edilib ki, sözügedən Saziş 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb. Saziş iki dövlət arasında investisiya əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi daşıyır.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib. O deyib ki, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış Sazişin məqsədi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin Azərbaycan Respublikasında öz funksiyalarını və vəzifələrini səmərəli yerinə yetirməsi üçün şərait yaradılması, onun hüquqi statusunun, imtiyaz və immunitetlərinin müəyyən edilməsi, habelə Azərbaycan Respublikası Hökuməti ilə Təşkilat arasında münasibətlərin tənzimlənməsidir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Məcəllədə, Gömrük Məcəlləsində, “Xidməti və mülki silah haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Ovçuluq haqqında”, “İxrac nəzarəti haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb. Layihədə təklif olunan dəyişikliklərin "Lisenziyalar və icazələr haqqında" Qanunun icrası ilə əlaqədar olduğu və uyğunlaşdırma xarakteri daşıdığı bildirilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (üçüncü oxunuş) danışıb. Layihənin məqsədi balıqçılıq sahəsində dövlət nəzarətinin operativliyinin və fasiləsizliyinin təmin edilməsi, habelə aqrar sektor üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyinin riskəsaslı yanaşmaya və konkret, ölçüləbilən kəmiyyət meyarlarına keçirilməsindən ibarətdir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti üç məsələsi birinci oxunuşda olan qanun layihələridir və deputatları çıxışlarında birinci oxunuşun tələblərini nəzərə almağa çağırıb.

Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov təqdim edib. Sənəd birinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsini – “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib. Qeyd olunub ki, qanuna əlavə edilən 15.5-ci maddəyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi nəzərdə tutulur.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

“İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, layihədə “İcra haqqında” Qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddənin əlavə edilməsi təklif olunub. Yeni maddə icra prosesi zamanı tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmini müəyyən edir. Bununla əlaqədar layihədə “Qiymətli kağızlar bazarı haqqında” Qanuna da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Layihə səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri bildirib ki, gündəliyin qalan üç məsələsi ikinci oxunuşda olan qanun layihələridir. O, 11-ci məsələni - “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim etmək üçün Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib. Komitə sədri layihənin birinci oxunuşunun müzakirələrində qaldırılan məsələlərdən danışıb və layihədə aparılan bəzi dəqiqləşdirmələri diqqətə çatdırıb.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra iclasda “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) müzakirə olunub.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihəni təqdim edərkən deyib ki, Azərbaycanda pensiya təminatı fərdi uçot və sığorta prinsipləri əsasında həyata keçirilir, yəni şəxsin pensiyasının məbləği topladığı pensiya kapitalına uyğun olaraq formalaşır. Bu baxımdan sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində davamlı islahatlar aparılır.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Britaniyanın ittifaqa qayıtması şərtlərində çeviklik göstərə bilər

Media: ABŞ qüvvələri İranın Qeşm adasına zərbə endirib

Vens: ABŞ İranla razılaşma üçün vaxt çərçivəsi müəyyən etməyib

ÜST: Efiopiyanın şimalında səhiyyə sistemi çökmək təhlükəsi ilə üzləşib

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək

Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik

Məşqçi: Cüdoçumuz 8 ildən sonra tarixi qələbəni təkrarladı

Qızıl medal qazanan cüdoçu: Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim

Azərbaycanın Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalçısı Vətənə qayıdıb

Vens ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib

Tramp: İranla müharibə ehtimalının azalması fonunda neftin qiyməti kəskin ucuzlaşır

Oman sahillərində mərmi zərbəsinə məruz qalan gəmi batıb

Tramp İranla bağlı hərbi əməliyyatların bərpasına qərar verməyə tələsmədiyini bildirib

Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq

Naxçıvan Dövlət Kukla Teatrı Salyan şəhərinə qastrol səfəri edib

Media: Qətərli vasitəçilər ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün İrana gediblər

Fransada məhbusların sayı rekord həddə çatıb

Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb

“Ədibin Evi” qəhrəmanlıq mövzusunda milli komiks müsabiqəsinin qaliblərini elan edib

Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub

Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb