Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib YENİLƏNİB

Milli Məclisin plenar iclasında 22 məsələ müzakirə edilib YENİLƏNİB

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin iyunun 30-da və iyulun 1-də Özbəkistan Respublikasında işgüzar səfəri barədə məlumat verib.

Sonra parlamentin sədri Sahibə Qafarova iclasın gündəliyinə 22 məsələnin daxil olunduğunu deyib.

Gündəliyin birinci məsələsi qərar layihəsi olub. Bildirilib ki, Prezidentin təqdimatına əsasən, Milli Məclis Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi məsələsinə baxmalıdır.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məsələ barədə məlumat verib. O, Azərbaycan Prezidentinin Otari Qvaladzenin, Fərhad Tutayukun, Rauf Quliyevin və Rəşid Rzayevin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi məsələsinə baxılması üçün Milli Məclisə müraciət etdiyini deyib. Deputat namizədlərin ikisinin icra hakimiyyətinin, digər iki nəfərin isə məhkəmə hakimiyyətinin təmsilçiləri olduğunu söyləyib, onların fəaliyyəti və iş təcrübəsi barədə məlumatı təqdim edib.

Sonra qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Yeni təyin edilmiş hakimlər iclasda and içiblər.

Növbəti məsələni - “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda çıxış edən maliyyə naziri Sahil Babayev ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı məhsuldar müzakirələrin keçirildiyini söyləyib. O, 2024-cü ilin Azərbaycan üçün uğurlu olduğunu, həm makroiqtisadi sabitliyin, həm makrofiskalsabitliyin qorunduğunu, önəmli dövlət proqramlarının, o cümlədən “Böyük Qayıdış” Proqramının uğurla icra edildiyini, ölkənin müdafiə qabiliyyətinin gücləndirildiyini, habelə sosial rifah məsələlərinin büdcədə geniş şəkildə əhatə edildiyini vurğulayıb. Nazir, ümumilikdə, 2024-cü ilin dövlət büdcəsinin həm gəlirlərinin, həm də xərclərinin icrasında müsbət dinamikanın müşahidə olunduğunu bildirib.

Növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və bir oxunuşda qəbul edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə qanun layihəsini təqdim edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov isə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiqlənməsi haqqında qanun layihəsini təqdim edib.

Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin növbəti 13 məsələsi ikinci oxunuşda qanun layihələri olub.

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsini, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsini, həmçinin “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə, "Müdafiə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Aqrar siyasət komitəsini sədri Tahir Rzayev, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov, “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim ediblər.

Komitə sədri Əli Hüseynli, həmçinin Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.

Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Gündəliyin son 5 məsələsi isə birinci oxunuşda qanun layihələri olub.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Komitə sədri bildirib ki, sənədə əsasən, "Media haqqında" Qanunda "Media subyekti" anlayışı Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib. Xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsi nəzərdə tutulur, ölkəmizdə fəaliyyət göstərəcək filial və nümayəndəliyin Dövlət Vergi Xidmətində (DVX) qeydiyyatdan keçdikdən sonra Media Reyestrinə daxil edilməsi üçün müraciət etməsi tələbi gətirilir. Bununla yanaşı, "xarici jurnalistlər" ifadəsi "xarici media nümayəndələri" ifadəsi ilə əvəzlənir.

Layihədə, həmçinin saxta məlumatların dərci və yayımını qadağan edən norma müəyyən edilir. İnformasiya agentliklərinə münasibətdə xarici ölkələrdə akkreditasiyadan keçmiş jurnalistlər və digər subyektlərlə informasiya əldə edilməsi (verilməsi) barədə müqavilələr üzrə minimum say müəyyənləşdirilir, həmçinin istehsal etdikləri informasiyanın minimum nisbətinə dair tələblər təsbit olunur.

Xarici media subyektlərinin filial və nümayəndəlikləri də daxil olmaqla, bütün media subyektlərinin onlayn resurslarına münasibətdə mediada dərci və yayımı qadağan olunan materiallar üzrə tədbirlərin görülməsinin Medianın İnkişafı Agentliyinin səlahiyyətlərinə aid edilməsinə dair dəyişiklik edilir.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda isə xarici media subyektinin filial və nümayəndəliyinin beynəlxalq müqavilədə nəzərdə tutulmadan və ya Media Reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması DVX tərəfindən onun ləğvi üçün əsas kimi müəyyənləşdirilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev qanun layihəsinin xarici media subyektlərinin filial və nümayəndəliklərinin Azərbaycanda fəaliyyət qaydasının beynəlxalq müqavilələrlə tənzimlənməsini nəzərdə tutduğunu qeyd edib və təmsil etdiyi komitənin məsələyə dair müsbət rəyini səsləndirib.

İclasda diqqətə çatdırılıb ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-biri ilə bağlıdır. Ona görə də layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb.

Gündəliyin 19-cu məsələsi olan "Xüsusi icra məmurları haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd icra sisteminin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb. Komitə sədri layihədə təklif olunan xüsusi icra institutunun yaradılmasının əsasları, yeni institutun funksiyaları, səlahiyyətləri, fəaliyyət istiqamətləri barədə məlumat verib.

Əli Hüseynli gündəliyin 20-ci məsələsi olan Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

Gündəliyin 21-ci məsələsi - "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı qeyd edilib ki, sənəddə şəxsiyyət vəsiqəsində olan məlumatların dairəsində dəyişiklik edilməsi təklif olunub. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir.

Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sistemi vasitəsilə saxlanılacaq. Bundan başqa, qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.

Gündəliyin sonuncu məsələsi olan Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Notariat haqqında", "İcra haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "İpoteka haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, layihə icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləməni nəzərdə tutur.

Qanun layihələri birinci oxunuşda qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Sabunçu rayonunda fərdi yaşayış evində yanğın baş verib

Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib

Sudanda mədənin çökməsi nəticəsində 11 nəfər ölüb

Almaniya: CDU ilk dəfə hər hansı əyalət parlamentində təmsilçilik hüququ qazana bilməyib

Husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda neft qiymətləri yüksəlib

Hind okeanında güclü zəlzələ baş verib

ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib

Kanada və Fransa kosmik infrastrukturu birgə inkişaf etdirəcək

“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY