Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin sədri İƏT Pİ Konfransının 17-ci sessiyasında çıxış edib

Bakı, 30 yanvar, AZƏRTAC

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasında işgüzar səfərdədir. Azərbaycan parlamentinin sədri səfər çərçivəsində İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının "İslam dünyası: modernləşmə və inkişaf çağırışları" mövzusunda keçirilən 17-ci sessiyasında çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sessiya iştirakçılarını salamlayan Milli Məclisin sədri dəvətə və göstərilən qonaqpərvərliyə görə Əlcəzair parlamentinə təşəkkür edib.

Milli Məclisin sədri İslam dünyasının zəngin tarixə və mədəni irsə, böyük resurslara malik olmasına baxmayaraq, bu gün hələ də həllini gözləyən böyük çətinliklərlə üzləşdiyini qeyd edib və bildirib ki, yoxsulluq, sosial və iqtisadi bərabərsizlik, silahlı qarşıdurmalar, humanitar böhranlar, terrorizm və ekstremizm modernləşmə və inkişaf səylərinə ciddi təsir göstərir və onlara mane olur. Eyni zamanda, Danimarkada, Türkiyənin İsveçdəki səfirliyi qarşısında “Qurani-Kərim”in yandırılması, Niderlandda baş verənlər də göstərir ki, islamofobiya, ksenofobiya, irqçilik hələ də bitməyib, əksinə demokratiya, insan hüquqları və söz azadlığı adı altında pərdələnərək fikir ayrılıqları və nifrət yaratmağa davam edir.

Sədr bildirib ki, bu çətinliklərin öhdəsindən gəlmək və öz potensialını tam reallaşdırmaq üçün İslam dünyasının sülh, tolerantlıq, harmoniya və ədalət kimi İslam dəyərlərinə uyğun birliyə və həmrəyliyə ehtiyacı var. Bu mənada, İslam Əməkdaşlıq Təşkilatı həmrəyliyimizin möhkəmləndirilməsi üçün vacib və səmərəli mexanizmdir və ümumi məsələlər üzrə əməkdaşlığımızın, birgə fəaliyyətimizin və davamlı mövqeyimizin inkişafı üçün mühüm zəmindir. Sahibə Qafarova bildirib ki, parlament diplomatiyasının beynəlxalq siyasətin mühüm alətinə çevrildiyi bugünkü şəraitdə bu Parlament İttifaqının həmrəylik, dialoq və əməkdaşlıq üçün səmərəli platforma kimi daha da inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur.

O qeyd edib ki, İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması və inkişafı həmişə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub. Vurğulanıb ki, bu, İƏT-ə üzv dövlətlərin nazirlərinin müxtəlif görüşlərinin və Fələstin üzrə konfransların təşkili, İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Birliyi kimi yeni təsisatların yaradılması təşəbbüsləri ilə təsdiqlənir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi, COVID-19 pandemiyası zamanı müsəlman ölkələrinə maliyyə və humanitar yardımın göstərilməsi də Azərbaycanın İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş səyləridir.

Milli Məclisin sədri deyib ki, islamofobiyaya qarşı açıq şəkildə çıxış edən Azərbaycan bir çox ölkələrdə sülh və mərhəmət dini olan İslamın həqiqi mahiyyətini nümayiş etdirən və İslam mədəniyyətini təbliğ edən konfrans və sərgilər təşkil edib. Həmçinin 2008-ci ildə İƏT-ə və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə başlayan "Bakı Prosesi" və sonradan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün əsas qlobal platforma kimi tanınıb.

Sədr vurğulayıb ki, İslam ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı və qarşılıqlı dəstəyi səsimizin beynəlxalq səviyyədə eşidilməsinə imkan yaradır. İslam ölkələrinin Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini dəstəklədiyini qeyd edən Sahibə Qafarova bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövrdə İslam dünyasının maraqlarına cavab verən bir sıra təkliflər irəli sürüb və onları reallaşdırıb ki, bunların sırasında terrorizmlə mübarizə üzrə beynəlxalq konfrans, BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi üzrə yüksək səviyyəli görüş kimi tədbirləri göstərmək olar.

Milli Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və İƏT-ə üzv dövlətlərin Parlament İttifaqının bu 17-ci konfrans çərçivəsində əməkdaşlığa dair memorandum imzalamaqla və qarşılıqlı şəkildə müşahidəçi statusu əldə etməklə, əməkdaşlıq qurmağa qərar verdiklərini, bu əməkdaşlığın ümumi məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.

Sahibə Qafarova qeyd edib ki, indi müşahidə etdiyimiz qlobal proseslər yürüdülən müəyyən siyasətlərin və davranışların hələ də dəyişmədiyini bizə öyrətdi. Bu isə bugünkü beynəlxalq sistemin zəif nöqtəsinə çevrilib. Belə ki, keçmiş və indiki təcrübələri müqayisə edərkən aydın olur ki, əslində, bu siyasətlərin mahiyyəti dəyişməyib, yalnız dövrün tələblərinə uyğun olaraq onların həyata keçirilməsi üsulları dəyişib.

Azərbaycan parlamentinin sədri bildirib ki, hamımız İslam dünyasının mühüm üzvlərindən biri olan, müstəqil və inkişaf edən Əlcəzairə bugünkü konfransın keçirilməsinə görə minnətdarıq, ancaq bilirik ki, bu nailiyyətlər, Fransanın Əlcəzair xalqına qarşı uzun illər ərzində törətdiyi ifrat şiddət, zorakılıq və müharibə cinayətlərindən sonra 1,5 milyondan çox şəhidin həyatı bahasına əldə edilib.

Sədr diqqətə çatdırıb ki, Əlcəzair müstəqillik qazandıqdan təxminən 30 il sonra, 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi qonşumuz Ermənistan tərəfindən işğal edilib və 30 il işğal altında qalıb. O bildirib ki, işğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi yerlə-yeksan edib, Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandalizmə məruz qoyub. Həmçinin Ermənistan bütün müsəlmanlara tam hörmətsizlik və nifrət hissi ilə bizim məscidlərimizi dağıdıb və təhqir edib, onlardan donuz və inək tövləsi kimi istifadə edib. Vurğulanıb ki, Ermənistanın etnik təmizləmə aparması nəticəsində bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən məcburi köçkün və Ermənistandan qaçqın vəziyyətinə düşüb.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsi, İƏT də daxil olmaqla digər müvafiq beynəlxalq təşkilatların qətnamələri və qərarları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında danışıqlarda vasitəçi olub. Lakin münaqişənin həllinə kömək etmək əvəzinə, bu qrupun, xüsusən də Fransanın nə müharibə, nə də sülh vəziyyətinin əbədi qalması üçün məsələni dondurmağa çalışdığı aşkar idi.

Milli Məclisin sədri bildirib ki, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, üç minə yaxın şəhidin həyatı bahasına BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirməklə ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığını, keçmiş məcburi köçkünlərimizin artıq doğma yurdlarına qayıtması prosesinin başladığını bildirən parlamentin sədri, indiki Ermənistan ərazisində əsrlər boyu yaşadıqları doğma torpaqlarından deportasiya edilmiş azərbaycanlıların da hüquqlarının bərpa olunacağına və onların öz yurdlarına geri qayıdacaqlarına olan inamını da tədbir iştirakçıları ilə bölüşüb. Bu insanlardan ibarət olan Qərbi Azərbaycan icması artıq beynəlxalq birliyə müraciət edib və bu prosesin praktiki cəhətdən həyata keçirilməsi üçün "Qayıdış Konsepsiyası" hazırlayıb.

Azərbaycan parlamentinin rəhbəri bildirib ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təşəbbüsü ilə çıxış edib. Lakin Ermənistan hələ də üzərinə götürdüyü öhdəliklərə əməl etmir və bu prosesdə destruktiv mövqe nümayiş etdirir, beynəlxalq ictimaiyyəti yalan məlumatlarla yanıltmağa çalışır. Təəccüblü deyil ki, bu manipulyasiyalar elə həmin Fransa tərəfindən dəstəklənir və hətta təhrik olunur.

Sahibə Qafarova vurğulayıb ki, bu yuxarıda deyilənlər bizi daha bir vacib məqama - beynəlxalq təşkilatlarda, xüsusən də BMT Təhlükəsizlik Şurasında ikili standartlara və ayrı-seçkiliyə gətirib çıxarır. Qeyd olunub ki, bu sahədə islahatlara ehtiyac olduğunu bir çox ölkələr bəyan ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yaxınlarda yerli KİV-ə müsahibəsində bu məsələyə bir daha toxunub.

Sədr bildirib ki, Təhlükəsizlik Şurasının formatına yenidən baxılmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan müsəlman ölkəsi üçün bir daimi yerin və Qoşulmama Hərəkatı üçün bir yerin ayrılmasını təklif edib. Parlamentin sədri bildirib ki, bu, müasir beynəlxalq siyasət baxımından daha ədalətli və balanslı bir təmsilçilik olacaqdır.

Sahibə Qafarova Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı yanvarın 27-də törədilən terror aktından danışaraq, bu xain terror hücumunu qətiyyətlə pisləyib və bunun ciddi beynəlxalq reaksiyaya səbəb olduğunu qeyd edib. Bu terror aktına görə bütün məsuliyyətin İran tərəfinin üzərinə düşdüyünü deyən sədr bildirib ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməli idi. Biz bu terror aktını törədənlərin, eləcə də bu qanlı aktın sifarişçilərinin ən qısa zamanda müəyyən edilməsini və ən obyektiv şəkildə cəzalandırılmasını tələb edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-şərq” festivalı təşkil olunub

Dünya Bankı: Trans-Xəzər dəhlizinə sərmayələr iqtisadi inkişafı dəstəkləyəcək və milyonlarla iş yer açacaq

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram