Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ OLİMPİYA KOMİTƏSİNİN VİTSE-PREZİDENTİ ÇİNGİZ HÜSEYNZADƏNİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli İcraiyyə Komitəsinin üzvləri!

Əziz idmançılar!

Əvvəlki illərdə olduğu kimi, 2005-ci il də Azərbaycan Milli Olimpiya Komitəsi üçün uğurlu olmuşdur. İl ərzində Milli Olimpiya Komitəsi Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafı və təbliği sahəsində fəaliyyətini davam etdirmiş, bir sıra nailiyyətlər əldə etmişdir.

Bildiyiniz kimi, 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti kimi keçirdiyi ilk iclasda cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin fəaliyyət istiqamətini, qarşıya qoyulan məqsəd və vəzifələri müəyyən etmişdir. Bu çoxşaxəli proqram Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını təmin etməklə yanaşı, ölkəmizdə yüksək səviyyəli beynəlxalq yarışların keçirilməsinə, idmançılarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, respublikamızda Olimpiya hərəkatının geniş təbliği ilə bərabər, Beynəlxalq Olimpiya hərəkatında Azərbaycanın nüfuzunun yüksəldilməsinə yönəldilmişdir. Bütün bu istiqamətlərdə cari ildə yüksək nəticələr əldə olunmuşdur.

Azərbaycan idmançıları istər ölkədə, istərsə də onun hüdudlarından kənarda keçirilmiş mötəbər yarışlarda uğurla çıxış etmişlər. İl ərzində 59 dünya çempionatı, kubok və birincilik yarışlarında 332 nəfər, 83 Avropa çempionatı, kubok və birincilik yarışlarında 788 nəfər, 96 beynəlxalq yarışda 934 idmançının iştirakı təmin edilmişdir.

Möhtərəm cənab Prezidentin söylədiyi kimi, 2005-ci ildə Azərbaycan idmançıları beynəlxalq rəsmi yarışlarda 211 medal qazanmışlar. Çox fərəhli haldır ki, bu medalların 121-i təkcə olimpiya idman növləri üzrədir. Olimpiya idman növləri üzrə 33 qızıl, 29 gümüş və 59 bürünc medal əldə edilmişdir. Biz əvvəllər medalların sayında qeyri-olimpiya idman növlərinin daha üstünlük təşkil etdiyini müşahidə edirdiksə, son ildə, 2005-ci ildə olimpiya idman növlərində medalların sayı daha çox olmuşdur və bu, Milli Olimpiya Komitəsi kimi bizi çox sevindirir. Bu nəticələr arasında Nizami Paşayevin ikinci dəfə dünya çempionu, Elçin İsmayılovun, Niyaməddin Paşayevin, Vitali Rəhimovun Avropa çempionu, Elçin Əlizadə, Ramal Amanovun dünyada ikinci olmaları xüsusi qeyd edilməlidir.

2005-ci ildə komanda idman oyunlarında da uğurlarımız az deyildir. Voleybolçu qızlarımız dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış, Avropa çempionatında dördüncü yeri tutmuş, Dünya “Qran-Pri” yarışlarının Avropa təsnifat turnirinin qalibi olmuşlar. Otüstü xokkeyçilərimiz Avropa milli komandalarının Bakıda keçirilmiş “Trofi” yarışında qələbə qazanaraq, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışlar.

MDB respublikalarında futbol üzrə çempion komandalar arasında Moskvada keçirilmiş “Birlik” kuboku yarışlarında “Neftçi” ikinci yeri tutmuşdur. Bildiyiniz kimi, bu yarışlarda futbolçularımız Ermənistan komandasına qalib gəlmişdilər.

Bu il bilavasitə Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilmiş idman tədbirlərində də Azərbaycan layiqincə təmsil olunmuşdur. Belə tədbirlərdən biri İtaliyanın Liqnano şəhərində keçirilmiş Avropa yeniyetmələrinin növbəti Olimpiya Festivalı olmuşdur. Azərbaycanın yeniyetmə idmançıları bu yarışlarda ilk dəfə 6 medal - 2 qızıl və 4 bürünc medal qazanaraq, Avropa ölkələri arasında 15-ci yeri tutmuşlar.

Digər tədbir isə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmiş I İslam Həmrəyliyi Oyunları olmuşdur. 54 ölkənin iştirak etdiyi bu oyunlarda idmançılarımız 15 medal (4 qızıl, 4 gümüş, 7 bürünc) qazanaraq, 8-ci yeri tutmuşlar. Mən bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanın yığma komandası bu oyunlara gedərkən xüsusi hazırlıq keçməmişdi və bir çox növlərdə biz hətta əsas heyəti apara bilmədik. İkinci heyətlə iştirak etməsinə baxmayaraq, bu oyunlarda Azərbaycan yığma komandası 15 medal qazandı və ümumi hesabda səkkizinci yerə çıxdı.

Cari ildə Azərbaycanda beynəlxalq idman yarışlarının təşkili və keçirilməsi sahəsində böyük nailiyyətlər qazanılmışdır. Ümumilikdə ölkədə 22 beynəlxalq yarış təşkil olunmuşdur.

Əlbəttə, cənab Prezident, Siz qeyd etdiyiniz kimi, bu yarışlar arasında ən böyüyü, mötəbəri Azərbaycanda bədii gimnastika üzrə XXVII dünya çempionatı olmuşdur. Bu dünya çempionatı bütün beynəlxalq Olimpiya hərəkatına bir daha sübut etmişdir ki, Azərbaycan ən yüksək səviyyəli turnirləri, yarışları təşkil etməyə qadirdir və onları ən yüksək səviyyədə keçirir. Eyni sözləri bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışına da aid edə bilərik. Bu yarış da çox yüksək səviyyədə keçirilmişdir. Bu il Azərbaycanda taekvondo üzrə gənclər arasında Avropa çempionatı, MDB-nin üzvü olan ölkələrin V Beynəlxalq İdman Oyunları, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq boks turniri çox yüksək səviyyədə keçirilmişdir. Eləcə də cənab Prezidentin qeyd etdiyi kimi, “Qran-pri” üzrə yarışlar əyalət şəhərində - Qubada yüksək müvəffəqiyyətlə keçirilmişdir.

Cari ildə Azərbaycan Milli Olimpiya Komitəsi müxtəlif ölkələrin olimpiya komitələri ilə münasibətlərini daha da möhkəmləndirmişdir. Belə ki, fevral ayında İtaliya Olimpiya Komitəsi, may ayında Çin Xalq Respublikasının Olimpiya Komitəsi, noyabrda isə Gürcüstan Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq müqavilələri bağlanmışdır.

İl ərzində Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti beynəlxalq idman qurumlarının rəhbərlərini, o cümlədən Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, briqada generalı Cianni Qolanı, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinettini, MDB-nin üzvü olan ölkələrin V Beynəlxalq İdman Oyunlarının baş hakimi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kosmonavt Aleksey Leonovu, Beynəlxalq Olimpiya hərəkatının tanınmış xadimi Vitali Smirnovu, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandini qəbul etmiş, onlarla görüşlər keçirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan idmançıları, onların məşqçiləri və milli idman federasiyaları rəhbərləri, idman mütəxəssisləri ilə də bir sıra görüşləri olmuşdur. Bu görüşlərdə idmançılar, habelə idman mütəxəssisləri mükafatlandırılmışdır.

Möhtərəm cənab Prezidentin qeyd etdiyi kimi, 2005-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi tikinti-quruculuq işlərini də davam etdirmişdir. Bu il Şamaxı Olimpiya İdman Kompleksi istifadəyə verilmiş və yeni olimpiya idman komplekslərinin təməli qoyulmuşdur. 1997-ci ildən başlayaraq, hər il həyata keçirdiyimiz tədbir bu il də davam etdirilmişdir. Bu da Azərbaycanın ən güclü idmançılarına, onların məşqçilərinə təqaüdlərin verilməsi olmuşdur. 2005-ci ildə Milli Olimpiya Komitəsi 48 idmançıya və onların məşqçilərinə, eləcə də 7 idman veteranına təqaüdlər vermişdir.

Milli Olimpiya Komitəsi idman və incəsənət sahəsində də bir sıra işlər görmüşdür. 2005-ci il iyulun 11-də Miniatür Kitab Muzeyində Milli Olimpiya Komitəsinin və Respublika “Kitab” Cəmiyyətinin nəşr etdirdiyi “Olimpiya Oyunları-2004” miniatür kitabının təqdimat mərasimi olmuşdur. Mərasimdə YUNESKO-nun xoşməramlı səfiri, Milli Mədəni Olimpiada Komitəsinin prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyeva iştirak etmiş və nitq söyləmişdir. Bu gün siz bu tədbirə gələndə foyedə yeni bir sərgi-müsabiqənin keçirildiyinin şahidi oldunuz. Bu tədbir Beynəlxalq Olimpiya Komitəsinin xətti ilə təşkil edilmişdir. “Olimpiya, incəsənət və idman-2005” adı altında təşkil olunmuş sərgi-müsabiqəyə iki gündən sonra yekun vurulacaq və qaliblər mükafatlandırılacaqlar.

Cənab İlham Əliyev təkcə Milli Olimpiya Komitəsinin prezidenti kimi deyil, habelə ölkə rəhbəri kimi də daim idmana böyük qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il 4 mart tarixli Fərmanı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adını təsis etmiş, “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Azərbaycan Prezidentinin 10 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı təsdiq edilmişdir. Sadaladığım bütün bu işlər bir ildə - 2005-ci ildə görülmüşdür.

Qarşıdan gələn 2006-cı ildə daha çox işlər görülməlidir. Fevral ayında Azərbaycan üçüncü dəfə Qış Olimpiya Oyunlarında iştirak edəcəkdir. Gələn il bəzi idman növləri üzrə Pekin Olimpiadasına təsnifat yarışları başlanacaqdır. Ümumiyyətlə, 2006-cı il Pekinə hazırlıq dövrünün ən məsul mərhələlərindən biri olacaqdır. Əminəm ki, Milli Olimpiya Komitəsi öz prezidenti və dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında Gənclər, İdman və Turizm Nazirliyi, milli federasiyalar, bütün idman təşkilatları ilə birlikdə qarşıya qoyduğu vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir. Mən hesab edirəm ki, 2005-ci il Azərbaycanda olimpiya hərəkatının inkişafının yeni mərhələsi olmuşdur və ölkəmizdə idmanın, Olimpiya hərəkatının yüksəlişi bundan sonra da davam edəcəkdir.

X X X

İLHAM ƏLİYEV: Gözəl ənənə olaraq, eyni zamanda, biz yüksək nəticələr göstərmiş idmançıları mükafatlandırırıq. Bu gün Milli Olimpiya Komitəsi tərəfindən onlara pul mükafatları veriləcəkdir. Eyni zamanda Azərbaycanda idmanın inkişafında böyük rolu olmuş idmançıların, məşqçilərin, idman mütəxəssislərinin xidmətini nəzərə alaraq, biz onları yeni mənzillərlə mükafatlandıracağıq. Bu da bir növ ənənədir, hər ilin sonunda biz görüşürük, həm ilin yekunları haqqında müzakirələr aparırıq, eyni zamanda idmançılarımızı, idman mütəxəssislərimizi mükafatlandırırıq. Mən bu gün də istəyirəm yeni mənzillərin orderlərini sizə təqdim edim.

X X X

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İLHAM ƏLİYEV boks üzrə dünya çempionatının gümüş mükafatçısı Elçin Əlizadəyə, boks üzrə dünya çempionatının gümüş mükafatçısı Ramal Amanova, cüdo üzrə yığma komandanın məşqçisi Əli Dərvişova, atletika üzrə Afina paralimpiya oyunlarının çempionu Oleq Panyutinə, şahmat üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Fikrət Sideyifzadəyə, voleybol üzrə yığma komandanın üzvləri Natalya Məmmədovaya, Yelena və Oksana Parxomenko bacılarına, Oksana Məmmədyarovaya, karate-do üzrə veteranlar arasında dünya çempionu Hidayət Şabanova, voleybol üzrə yığma komandanın məşqçisi Aleksandr Çervyakova, basketbol üzrə yığma komandanın üzvü Aleksandr Rındinə, yunan-Roma güləşi üzrə Avropa çempionu Vitali Rəhimova, veteran futbolçu Elbrus Abbasova, sambo üzrə yığma komandanın baş məşqçisi Mübariz İbrahimova, akrobatika üzrə yığma komandanın məşqçisi Aydın Abbasova, ağır atletika üzrə Azərbaycanın əməkdar məşqçisi Vahid Nəzərova, taekvondo üzrə dünya və Avropa çempionatının mükafatçısı Təvəkkül Bayramova, alpinizm üzrə məşqçi-müəllim Saridan Mursaqulova, cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı Rəsul Səlimova, kikboksinq üzrə veteranlar arasında dünya çempionu Azər Həsənsoya, yunan-Roma güləşi üzrə respublikanın əməkdar məşqçisi Hüseynağa Ələsgərova və boks üzrə Sidney və Afina Olimpiya oyunlarında 5-ci yeri tutan Ruslan Xairova yeni mənzillərin orderlərini təqdim etdi.

Dövlətimizin başçısı onlara bir daha müraciət edərək dedi:

- Əziz dostlar, sizin hamınızı bir daha ürəkdən təbrik edirəm. Qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

X X X

2005-ci ildə Olimpiya idman növləri üzrə dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında fərqlənən idmançılara, onların şəxsi məşqçilərinə və baş məşqçilərə pul mükafatları da təqdim olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB