MİLLİ PARKDA MÖCÜZƏLİ ATƏŞFƏŞANLIQ
AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 31-də Milli parkda bayram konserti və lazer şou ilə möcüzəli atəşfəşanlıq təşkil etmişdir.
Bir neçə saat davam edən konsertdə on minlərlə insan respublikamızın tanınmış incəsənət ustalarının ifasında şux mahnılar dinlədilər, gözəl rəqslərə tamaşa etdilər.