Milli Qurtuluş Günü Tbilisidə qeyd olunub
Tbilisi, 15 iyun, AZƏRTAC
Azərbaycanın Milli Qurtuluş Günü Gürcüstanın paytaxtında qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, iş adamları və digər şəxslər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Səfir və digər rəsmi şəxslər Tbilisidəki Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra mərasim iştirakçıları Rustavi şəhərində Ulu Öndərin adını daşıyan parkda Heydər Əliyev abidəsini də ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]