Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Qurtuluş Günü xalqımızın şərəf tarixində xüsusi önəm daşıyır

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ümummilli lider Heydər Əliyevin “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir. Azərbaycan dövlətinin rəhbəri kimi əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanın müstəqilliyini qorumaq və əbədi saxlamaq mənim öz canımdan qat-qat artıqdır” fikirlərini əks etdirən filmin nümayişi ilə başlayıb.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanı olduqca ağır bəlalardan xilas etdi: “Milli Qurtuluş Gününə gedən yol olduqca çətin və ağrılı bir dövrdən keçib. Bu tarix həmin dövr insanlarının yaxşı yadındadır. Azərbaycan hökumətinin başında siyasi idarəçilikdə səriştəsi olmayan yarıtmaz qüvvələr dururdu. Məhz bu baxımdan ölkədə siyasi vəziyyət gündən-günə pisləşirdi. İnsanlarımız əziyyət çəkir, ölkədə az qala vətəndaş müharibəsi vəziyyəti yaranırdı. İndi gözlərimiz qarşısına həmin günləri gətirəndə bir daha əmin oluruq ki, ümummilli lider Heydər Əliyev o gün üçün həll edilməsi mümkün olmayan bir problemi həll edə bilib, Azərbaycanı o ağır durumdan xilas etməyi bacarıb. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın varlığı, bir dövlət kimi öz müstəqilliyini əldə etməsi, qoruyub saxlaması, istər daxili, istərsə də xarici siyasətdəki uğurları Heydər Əliyev siyasətinin əsas meyarlarını özündə ehtiva edir. Əgər Ulu Öndər həmin vaxt vəziyyəti yerində öyrənib araşdırmasaydı, bu gün nəinki Azərbaycanın, ümumiyyətlə, bizlərin fərd kimi varlığından söhbət gedə bilməzdi. Ona görə də hər birimiz ulu öndər Heydər Əliyevin ruhu qarşısında ehtiramla baş əyməliyik ki, 15 İyun - Milli Qurtuluş Günü kimi möhtəşəm bir tarixi bizə bəxş edib”.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin çətinliklə əldə etdiyi, lakin o dövrdə göstərilən təzyiqə tab gətirməyərək saxlaya bilmədiyi müstəqilliyimizin arada uzun illər keçdikdən sonra yenidən, bu dəfə əbədi qazanılmasının tarixi əhəmiyyətindən danışaraq deyib: “Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşmuş Azərbaycanın müstəqillik taleyi o qədər də ürəkaçan olmadı. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varlığına bolşevik Rusiyasının işğalı son qoydu, 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş ölkəmizi isə təhlükəyə sürükləyən hakimiyyətdəki səriştəsiz insanlar oldu. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün “səriştəsi” sayəsində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda vəziyyət gündən-günə ağırlaşır, fərarilik halları getdikcə artırdı. Silahlı qüvvələr adlanan könüllü qruplaşmalar mərkəzi hakimiyyətə tabe olmur, özlərini sərbəst aparır, düşmənlə vuruşmaqdansa şəxsi maraqların və maddi mənafeyin girovuna çevrilirdilər. Təbii ki, bu cür hakimiyyət boşluğundan hər zaman yararlanmaq istəyənlər tapılır. Həmin vaxt hərəkətə keçən düşmənlərin əsas məqsədi isə Azərbaycanın müstəqilliyinə son qoymaq idi. Bu azmış kimi, ölkədə hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. Belə bir çıxılmaz vəziyyətə düşən Azərbaycanın bir xilas yolu vardı. Daha doğrusu, xalqın yeganə ümidi Naxçıvana, ulu öndər Heydər Əliyevə idi. Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi və qısa vaxt ərzində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu”.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın tarixində tutduğu önəmli mövqeyindən söz açaraq diqqətə çatdırıb ki, bu gün Azərbaycanın sürətli inkişafının əsasında birmənalı olaraq ulu öndər Heydər Əliyev siyasəti dayanır: “Hesab edirəm ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının şərəf tarixində xüsusi önəm daşıyır. Ona görə ki, həmin dövrdə Azərbaycan “ölüm və ya olum” dilemması ilə qarşı-qarşıya idi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütövlükdə Azərbaycanı qorudu, insanlarımızın Vətənlərinə və torpaqlarına olan inamını geri qaytardı. Məhz bundan sonra Azərbaycan müasir, güclü dövlət kimi formalaşmağa başladı. Bu vaxta qədər ölkədə siyasi sabitlik deyil, siyasi anarxiya, iqtisadi inkişaf deyil, iqtisadi tənəzzül dərinləşir, insanlarımız çörəklə sınağa çəkilirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanda Müstəqillik haqqında Konstitusiya Aktı qəbul olundu. Buna baxmayaraq, ölkədə müstəqilliyin atributlarından söhbət gedə bilməzdi. Təəssüflər olsun ki, o vaxt ölkənin başında duran rəhbərlər yalnız vəzifə uğrunda mübarizə aparır, ölkəni talan etmək, insanların hüquqlarını pozmaqla məşğul idilər. Beləliklə, Azərbaycan dövlətinin məhvi yaxınlaşırdı. Vətəndaşlar yaxşı bilirdilər ki, Azərbaycanı düşdüyü bu çətin, ağır vəziyyətdən yalnız bir insan xilas edə bilər. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycanda siyasi sabitlik bərqərar olundu. Heydər Əliyev qətiyyəti, iradəsi bütün çətinliklərə sinə gərdi və Azərbaycan dövlətini dirçəltdi. Məhz bundan sonra ölkənin qarşısında yeni imkanlar açıldı.

Xüsusilə qeyd etmək lazımdır ki, 1994-cü il sentyabrın 20-də məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi nəticəsində “Əsrin müqaviləsi” kimi ölkəmizin gələcəyini dəyişən mühüm tarixi sənəd imzalandı. Məhz bundan sonra Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Ümummilli Lider hər dəfə çıxışlarında qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olunması Azərbaycanı yeni inkişaf müstəvisinə çıxardı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılan dövlət siyasətinin əsasında məhz Heydər Əliyevin ölməz ideyaları dayanır. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün inkişafını özü təmin edən, güclü, müstəqil, müasir respublikadır. Heç şübhəsiz ki, Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri uğurlu daxili və xarici siyasət sayəsində getdikcə daha da möhkəmlənəcək, davamlı uğurlara imza atacaq”.

Həmkarlar İttifaqı Konfederasiyasının Təhsil İşçiləri Həmkarlar İttifaqının Xəzər rayon şöbəsinin sədri Həzərxan Əbilov Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışaraq bildirib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev öz xalqının ən çətin məqamında onun səsinə səs verərək, Azərbaycanın dövlət müstəqilliyinin dönməz və əbədi olmasını təmin etdi.

Tədbirin sonunda Xəzər rayonunun ictimai işlərində fəallıq nümayiş etdirən bir qrup gənc mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO