MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR EDİLMİŞ YIĞINCAQ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, yığıncaq başlamazdan əvvəl ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yığıncağı akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, 15 iyun – Milli Qurtuluş gününün suverenliyimizin, ərazi bütövlüyümüzün qorunmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, varlığımızın yaşamasında mühüm əhəmiyyət kəsb edərək tariximizə əbədi yazıldığını qeyd etdi. Natiq həmin çətin anlarda dahi şəxsiyyət Heydər Əliyevin xalqımıza, sözün həqiqi mənasında, qurtuluş, nicat gətirdiyini, onun respublika rəhbərliyinə yenidən qayıdışı ilə ölkəmizə uğurlar, fərəhli günlər gəldiyini bildirdi. Rektor, ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin xalqın rifahı naminə az vaxt ərzində gördüyü işlərdən danışdı.
Çıxış edənlər Milli Qurtuluş gününün əhəmiyyətindən, həmin vaxtdan keçən illər ərzində əldə olunan nailiyyətlərdən söz açdılar. Tədbirdə bayram münasibətilə ölkəmizin Prezidenti İlham Əliyevə ünvanlanmış təbrik məktubu oxundu.