Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli qurtuluş tarixi zərurət idi

Milli qurtuluş tarixi zərurət idi

Bakı, 13 iyun AZƏRTAC 

Zaman ötdükcə bir daha əmin oluruq ki, ulu öndər Heydər Əliyevin sovet dövründə də, müstəqillik zamanında da Azərbaycanda siyasi hakimiyyətə gəlməsi tarixi zərurət idi. Onun 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıtdığı günün Milli Qurtuluş Günü adlandırılması çox böyük tarixi həqiqətdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov bildirib. O qeyd edib ki, xalq sadəcə xaosdan, öz dövlətçiliyini itirmək qorxusundan qurtulmadı, insanlarda torpaqlarımızın düşməndən azad ediləcəyinə, sosial mühitin yaxşılaşacağına, elmin, mədəniyyətin sürətlə inkişaf edəcəyinə, Azərbaycanın dünya ölkələri arasında özünə layiqli yer tutacağına ümid yarandı.

“Yaxşı yadımdadır, sovet dövründə Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu zamanlarda Ulu Öndər respublikamızda elmin inkişafına əlindən gələn köməyi əsirgəmirdi. Hələ 1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK-nın və hökumətin Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi qərarı ilə müəssisənin bazası möhkəmləndirilərək maddi-texniki təchizatı yüksəldilmişdi. 1982-ci ildə müəssisə Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalardan birində yerləşdirildi. Ümummilli Lider alimlərlə görüşlərində dəfələrlə bildirib ki, həmin binada bir neçə müəssisə yerləşmək istəyirdi. Lakin o, milli mədəniyyətimizin öyrənilməsində əlyazma irsimizin əhəmiyyətini nəzərə alaraq binanı Əlyazmalar Fonduna vermək qərarına gəlib.

Ötən əsrin 80-ci illərində Respublika Əlyazmalar Fondu sözün həqiqi mənasında elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərirdi. Lakin Tiflis və İrəvandakı əlyazmaları tədqiq edən müəssisələrə institut statusu verən Moskva bu statusu Bakıdakı əlyazma mərkəzinə vermək istəmirdi. Alimlərimiz ən yüksək instansiyalara dəfələrlə müraciət etsələr də müsbət cavab ala bilmirdilər. Onlar yeganə çıxış yolunu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevə müraciət etməkdə gördülər. Heydər Əliyevin yaxından iştirakı və köməyi sayəsində SSRİ Nazirlər Sovetinin 28 oktyabr tarixli 2162R nömrəli sərəncamı, bir qədər sonra Azərbaycan SSRİ Nazirlər Sovetinin 1986-cı il 11 noyabr tarixli 398R nömrəli qərarı və Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin 1982-ci il 4 dekabr tarixli 223 nömrəli qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edildi. İndi bir neçə postsovet respublikasında əlyazmalar institutları yaradılıb. Hazırda bu, o qədər də çətin məsələ deyil. Müstəqil ölkələrdə, əlbəttə ki, əlyazmaları tədqiq edən elmi-tədqiqat müəssisəsinin, institutun təşkil edilməsində qeyri-adi bir şey yoxdur. Sovet dövründə isə Azərbaycanda Əlyazmalar İnstitutunun təsis edilməsi çox böyük hadisə, hünər idi və bu hünərin sahibi Ümummilli Liderimiz idi”, - deyə professor Paşa Kərimov vurğulayıb.

Müsahibimiz xatırladıb ki, o zaman Əlyazmalar İnstitutunun kimin adını daşıması da mübahisəli idi. Belə ki, bir sıra şəxslərin adları təklif edilir, hər kəs öz seçimində israr edirdi. Sonralar hamı görkəmli dövlət xadimi Heydər Əliyevin qərarının nə qədər məntiqi olduğunu dərk etdi. İndi hamı üçün aydındır ki, əgər Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin, Dilçilik İnstitutu İmadəddin Nəsiminin adını daşıyırsa, Əlyazmalar İnstitutu da Məhəmməd Füzulinin adını daşımalıdır. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə AMEA-nın Əlyazmalar İnstitutuna dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verildi. Ümummilli lider Heydər Əliyev işinin çoxluğundan asılı olmayaraq həmişə yazılı abidələrimizi, əlyazmalarımızı, çoxəsrlik elmi və ədəbi irsimizi düşünürdü.

Əlyazmalar İnstitutunun əməkdaşları, bütün ziyalılarımız Ulu Öndərin bu müəssisənin tarixindəki rolunu heç vaxt unutmur, həmişə onu Azərbaycan elminin və mədəniyyətinin böyük hamisi kimi yad edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin sülh missiyasının təntənəsidir RƏY

Dövlət Komitəsi “Roblox” platforması ilə bağlı valideynlərə tövsiyələrini açıqlayıb

Ötən gün 77 cinayətin açılması təmin edilib

İsrail alimləri malyariya parazitinin çoxalmasını dayandıra biləcək mexanizm tapıblar

Narkomanlığa qarşı növbəti maarifləndirici aksiya Astara rayonunda təşkil olunub

“Toyota”nın baş direktoru istefa verib

® Vergi işçilərinə komissiyasız kredit

“Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Sülh vərdişini itirmiş dünya - ŞƏRH

Sumqayıt Tibb Mərkəzində əhaliyə göstərilən xidmətlərin sayı artıb

Fövqəladə Hallar Nazirliyi şərti yanğın təlimi keçirib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Deputat: Azərbaycanın müəyyənləşdirdiyi sülh modeli regionun təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə əsaslı zəmin yaradır

Dünya birjalarında neft bahalaşıb

Özbəkistan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri güclənir

NBA: “San-Antonio Spörs”dən ardıcıl üçüncü qələbə

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

72 yaşlı kişi antibiotik iynəsinin təsirindən öldü

Bu gün İtaliyada Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Azərbaycan Prezidentinin qətiyyətli iradəsi sayəsində bərqərar olan sülh region üçün fundamental siyasi dəyərdir ŞƏRH

Azərbaycan nefti ucuzlaşıb

Dövlət Departamenti: ABŞ Cənubi Qafqazın zəngin iqtisadi potensialını açmaq üçün Azərbaycanla işləməyi səbirsizliklə gözləyir

Naxçıvan şəhərində su xəttində qəza baş verib

“Əsrin fəlakəti”: Türkiyədə 2023-cü il zəlzələlərinin 53 mindən çox qurbanı anılır

Xəzər dənizində qayıqda köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib

NDU ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Norveçdə “Epşteyn işi” ilə bağlı keçmiş Baş nazir barəsində istintaq başlanıb

ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçılarına məxsus gəmiyə zərbə endirib

Mikelancelonun nadir eskizi 27,2 milyon dollara satılıb

Britaniya minlərlə qanunsuz miqrantı üç Afrika ölkəsinə deportasiya edəcək

Yaponiyada yağan güclü qar nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

Ağ Ev: Kuba hakimiyyəti Trampla bağlı açıqlamalarında daha ehtiyatlı olmalıdır

Qəddafinin oğluna hücum zamanı 18 güllə dəyib

ABŞ-da avtomobil mağazaya çırpılıb: Üç nəfər ölüb, yeddi nəfər yaralanıb

Avropa Komissiyası sualtı internet kabellərinin təhlükəsizliyini gücləndirmək üçün 347 milyon avro ayırıb

Hindistanla KƏŞ ölkələri arasında azad ticarət sazişi üzrə danışıqlar planlaşdırılır

Qətərlə Malayziya arasında maye qazın nəqli ilə bağlı müqavilə imzalanıb

Parisdə “Salle Cortot”da beynəlxalq musiqi layihəsinə yekun vurulub

Media: Çin peykləri sıradan çıxarmaq üçün mikrodalğalı silah hazırlayıb

İsveçə narkotik axını tarixi maksimuma çatıb

Fransa XİN rəhbəri İraqın sabitliyinin qorunmasının vacibliyini vurğulayıb

Tramp: Nüvə mütəxəssislərimiz yeni, təkmilləşdirilmiş və modernləşdirilmiş müqavilə üzərində işləməlidirlər

Almaniyada buzlu yağış ciddi fəsadlara səbəb olub

"Fənərbağça" Türkiyə Kubokunda 2-ci qələbəsini qazanıb

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

Yaponiyanın Baş naziri martda Ağ Evə səfər edəcək

Tramp Macarıstandakı seçkilərdə Baş nazir Viktor Orbanın namizədliyini yenidən dəstəkləyib

Tramp və Starmer ABŞ-ın Dieqo Qarsiya adasındakı hərbi bazası ilə bağlı danışıb

Moskvada “Respublikalar – Cəbhə üçün. 1941–1945” toplular silsiləsi təqdim olunub

Aİ rəqabət qabiliyyətliliyin formulunu axtarır: Liderlər irəliləyiş barədə razılığa gələ biləcəklərmi?

Azərbaycan “Avroviziya-2026” üçün namizəd seçimi prosesində növbəti mərhələyə keçib

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

Azərbaycan Kubokunda 1/4 finalın ilk matçlarına yekun vurulub

Xaricdən gətirilən telefonlarla bağlı qaydalar dəyişib VİDEO

Xaricdən gətirilən telefonlarla bağlı qaydalar dəyişib VİDEO

Nizami Kino Mərkəzində "Canqurtaranlar" sənədli filminin təqdimatı olub VİDEO

Nizami Kino Mərkəzində "Canqurtaranlar" sənədli filminin təqdimatı olub VİDEO

Bakıda “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Bakıda “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb

Azərbaycanlı alimlər “Türk dünyasının fəxri alimi” beynəlxalq mükafatına layiq görülüblər

Qida obyektlərində dezinfeksiya tezliyinin müəyyənləşdirilməsi sahibkarların vəzifəsidir

Berlin 33-cü beynəlxalq meyvə-tərəvəz sərgisində ölkəmiz də təmsil olunur VİDEO

Berlin 33-cü beynəlxalq meyvə-tərəvəz sərgisində ölkəmiz də təmsil olunur VİDEO

BMT-də Azərbaycanın sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub

Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub VİDEO

Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub VİDEO

Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider VİDEO

Regional və qlobal sülhə, təhlükəsizliyə töhfə verən Lider VİDEO

“PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən “LEGIS Hüquq Forum”u başa çatıb

Kahramanmaraş sakinləri fəlakət zonasının bərpasına verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirlər

Ekspert: Gümüşün qiymətində kəskin artım spekulyativ xarakter daşıyıb

Zelenski: Ukrayna və Rusiya uzun müddət sonra ilk dəfə əsir mübadiləsi həyata keçirib

Ağdamda cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb

Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

AQTİS-də idxal və ixrac əməliyyatları ilə bağlı fasiləsiz elektron xidmət davam etdirilir

Məhkəmə qərarı: Cinayətkarlar layiqli cəzalarını aldılar VİDEO

Məhkəmə qərarı: Cinayətkarlar layiqli cəzalarını aldılar VİDEO

“Sabah” Qabon millisinin hücumçusunu transfer edib

"Süni intellekt və hüquq: Tənzimləmə, məsuliyyət və gələcəyin imkanları" adlı panel keçirilib

Rizvan Nəbiyev: “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin sülhsevər siyasətinin beynəlxalq təsdiqidir

Tokayev: Astana Qazaxıstan–Türkmənistan–Əfqanıstan–Pakistan dəhlizinin inkişafında iştirak etməyə hazırdır

Lavrov və Simonyan Rusiya–Ermənistan münasibətlərinin inkişafını müzakirə ediblər

Böyük Britaniya Azərbaycanda iqtisadi proseslərin dəstəklənməsində mühüm rol oynaya bilər - EKSPERT

Dünya mediası Azərbaycan Prezidentinin BƏƏ səfərindən yazmaqda davam edir

Azərbaycanda kosmik hava istiqamətində həyata keçirilmiş elmi-tədqiqat fəaliyyəti təqdim edilib

WUF13-ə hazırlıq çərçivəsində BMT-nin Məskunlaşma Proqramının texniki missiyası Bakıya səfər edib

Britaniyalı ekspert: Təhsil Bakı ilə London arasında uzunmüddətli tərəfdaşlığın əsas elementinə çevrilir

Samir Şərifov: Azərbaycan qlobal ticarət şəbəkəsinin strateji qovşağına çevrilir

Coğrafiya İnstitutunun rəsmisi: Turizm sektoru inkişaf dinamikasını yeni modellər əsasında qurmalıdır

Proqnozlar Bürosunun direktoru: Yaxın 3 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir

İrakli Kobaxidze: Bir zamanlar demokratiya və qanunun aliliyi ilə seçilən Avropada bu gün bütün istiqamətlərdə ciddi geriləmə var

Geosiyasi amillərin neft bazarına təsiri davam edir

Nitq inkişafında müasir təhlükə - ekran asılılığı və ailədə ünsiyyətin az olması

Prezidentin sosial media hesabında BƏƏ-yə işgüzar səfərlə bağlı videoçarx paylaşılıb VİDEO

Prezidentin sosial media hesabında BƏƏ-yə işgüzar səfərlə bağlı videoçarx paylaşılıb VİDEO

“Kapital Bank” və Təhsilin İnkişafı Fondu ilə Milli Aviasiya Akademiyasının əməkdaşlığı davam edəcək

DİM sədri: Elektron buraxılış imtahanlarına hazırlıq üçün VIII siniflər sınaqlara cəlb ediləcək VİDEO

DİM sədri: Elektron buraxılış imtahanlarına hazırlıq üçün VIII siniflər sınaqlara cəlb ediləcək VİDEO

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “Oreşnik” raketlərini buraxdığı poliqonu vurub

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir

Nəsimi rayonunda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub VİDEO

Nəsimi rayonunda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub VİDEO

Günay Əfəndiyeva: Bu gün Milli Xalça Muzeyi, əslində, bir ilkə imza atır

Azərbaycan və Qazaxıstan qoruqları arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Azərbaycan və Qazaxıstan qoruqları arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO

Rusiya klubu “Qarabağ”ın sabiq qapıçısı ilə müqaviləni yeniləmək istəyir

İsveç Ukraynaya enerji təchizatı üçün 1 milyard kron ayıracaq

Azərbaycan basketbol yığmalarının seçmə mərhələdəki rəqibləri müəyyənləşib