Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının onlayn təqdimatı olub

Bakı, 19 sentyabr, AZƏRTAC 

AMEA Humanitar Elmlər Bölməsinin və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin təşkilatçılığı ilə Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının onlayn təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın birinci vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin rəhbəri, akademik İsa Həbibbəyli açıb. Akademik diqqətə çatdırıb ki, ölkəmizin müstəqillik qazanması Azərbaycanın dövlət dil siyasətinin yeni əsaslar üzərində qurulmasına və dövlət quruculuğu işində dilin mühüm amil hesab edilməsinə geniş üfüqlər açıb. Dünyanın qədim dillərindən biri olan Azərbaycan dilində hələ XIII əsrdən etibarən yazılı ədəbiyyat nümunələri yaradılıb. Azərbaycan dili türk dilləri, ümumiyyətlə dünya dilləri sırasında özünün zənginliyinə və geniş potensialına görə xüsusi yer tutur. Təsadüfi deyil ki, Azərbaycan dili uzun illər Qafqazda ümumünsiyyət dili statusunda çıxış edib.

Akademik İsa Həbibbəyli keçmiş SSRİ dövründə rejimin sərt maneələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olduğunu xatırladıb. Vurğulayıb ki, Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycan dilinin, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin geniş spektrdə inkişafına mühüm töhfələr verib.

İsa Həbibbəyli diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.1.4-cü bəndi Milli transliterasiya standartlarının hazırlanması məsələlərini özündə ehtiva edir. Dövlət Proqramının digər bəndi - 6.3.9. Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanmasına həsr olunub.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə Milli Transliterasiya Sisteminin veb-saytını təqdim edib. O, institutun mütəxəssisləri tərəfindən hazırlanan saytın Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının İnternet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə uyğunlaşdırıldığını qeyd edib. S.Məmmədzadə onlayn mühitdə işləyəcək açıq transliterasiya sisteminin Azərbaycan, ingilis, rus, fransız, alman dilləri üçün nəzərdə tutulduğunu söyləyib. Həmçinin onun “Ana səhifə”, “Transliterasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarət olduğunu diqqətə çatdırıb. Layihənin icrası üçün İşçi qrupun təşkil olunduğunu bildirən məruzəçi beynəlxalq standartlar əsasında transliterasiya sisteminin yaradılması məqsədilə xarici təcrübənin araşdırıldığını, Azərbaycanda transliterasiya sahəsində mövcud vəziyyətin öyrənildiyini qeyd edib. Bildirib ki, transliterasiya cədvəlləri müvafiq sahələrin mütəxəssisləri ilə birlikdə tərtib edilib və bu konvertasiya cədvəlləri vasitəsilə mətnləri Azərbaycan dilindən ingilis, rus, fransız, alman, ispan, fars dillərinə və həmin dillərdən Azərbaycan dilinə transliterasiya etmək mümkündür.

O, veb-saytda mətnlərlə yanaşı, həmçinin qeyd olunan dillərdə fəaliyyət göstərən istənilən veb-saytın transliterasiyasının da mümkün olacağını vurğulayıb: “Bunun üçün istifadəçilər saytın transliterasiyası bölməsinə daxil olaraq transliterasiya etmək istədiyi veb-saytın fəaliyyət göstərdiyi dili, onun ünvanını və transliterasiya olunacaq dili seçməlidir”. Bildirib ki, istifadəçilər veb-saytın forum bölməsinə daxil olmaqla transliterasiya ilə bağlı rəy və təkliflərini təqdim edə biləсəklər.

Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İlham Tahirov qeyd edib ki, Milli Transliterasiya Sistemində Azərbaycan dilinə xas olan mətnlərin 8 xarici dilə transliterasiyası - konvertasiyası həyata keçirilib. Alim ana dilimizdə olan şəxs adlarının, coğrafi adların, toponimlərin əcnəbi dillərə konvertasiyası prosesində qarşıya çıxan çətinliklər, xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyasının spesifik xüsusiyyətləri barəsində ətraflı danışıb. O, həmçinin transliterasiya və transkripsiya məsələlərinin qarşılıqlı əlaqəsinə də toxunub.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu orta əsrlərdə ərəb və fars əlifbaları ilə yazılan Azərbaycan dilli əsərlərin, bədii ədəbiyyat nümunələrinin, həmçinin “Molla Nəsrəddin” jurnalının və “Əkinçi” qəzetinin Azərbaycan dilinə transliterasiyası məsələlərinə toxunub.

Akademik Milli Transliterasiya Sisteminin hazırlanmasında iştirak edən dilçi alimlərimizin Türkiyə və Gürcüstanın transliterasiya məsələlərinin həlli sahəsində qazandıqları təcrübəyə müraciət etdiklərini də diqqətə çatdırıb. Vurğulayıb ki, biz bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət dil siyasətinin təntənəsinin şahidiyik.

Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli vurğulayıb ki, Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının hazırlanması Nəsimi Dilçilik və İnformasiya Texnologiyaları institutları ilə yanaşı, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin, habelə Perunun ölkəmizdəki səfirliyinin ingilis, alman, fransız, italyan, ispan və fars dilləri üzrə mütəxəssisləri ilə birgə məhsuldar əməyin çox dəyərli bəhrəsidir.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət dil siyasəti sahəsində əldə edilən mühüm nailiyyətlər, bu sahədə müntəzəm olaraq qarşıya qoyulan tapşırıqlar və qəbul edilən sənədlər barəsində danışıb. Qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan dilinin informasiya cəmiyyətinin tələblərinə uyğunlaşdırılması, onun elmi-nəzəri əsaslarının araşdırılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilməkdədir. Akademik Azərbaycan dilinin elektron bazasının formalaşdırılması sahəsində əldə edilən nailiyyətlərdən söz açıb, İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik institutlarının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - azerbaycandili.az portalının, Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və terminologiya.az veb-portalının hazırlanıb istifadəyə verildiyini xatırladıb. Qeyd edib ki, Milli Transliterasiya Sistemi və “Transliterasiya” veb-portalı müstəsna əməkdaşlığının daha bir qiymətli bəhrəsidir. Alim milli onomastika sisteminin hazırlanması istiqamətində də işlərə start verildiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev vurğulayıb ki, virtual məkan öz növbəsində Azərbaycan dilinə klassik yanaşmadan daha fərqli yanaşmaları - təbii dilin kompüter emalı texnologiyalarının tətbiqi, maşın tərcüməsinin keyfiyyətinin artırılmasını zəruri edir. O, Azərbaycan dilində antiplagiat, antivirus proqramlarının, həmçinin axtarış sistemlərinin hazırlanması, kibercinayətkarlıqla mübarizə sahəsində dilin özünəməxsus mövqeyi, eləcə də adıçəkilən istiqamətlərdə aparılan tədqiqatların transliterasiya ilə sıx əlaqəsi məsələlərinə də toxunub. Azərbaycan dilinin digər dillərə statik transliterasiyası ilə yanaşı, intellektual transliterasiyasına da ehtiyac duyulduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan dilinin virtual məkanda üzləşdiyi çətinliklərin aradan qaldırılması, Text Mining (mətnlərin intellektual analizi) texnologiyalarının inkişaf etdirilməsi məqsədilə bu gün ölkəmizdə kompüter dilçiliyi sahəsində mütəxəssislərin hazırlanmasına böyük ehtiyac var. R.Əliquliyev .az domenində Azərbaycan dilinin orfoqrafiya qaydalarının üzləşdiyi problemlər - xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyası və bu kimi mühüm məsələlər barədə də danışıb.

Tədbirin sonunda qarşıda duran problemlər və vəzifələr haqqında müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb