Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Milli yaddaş və mətbuat: şifahi sözdən ictimai konseptə”- Folklor İnstitutunda elmi sessiya

Bakı, 17 iyul, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunda 22 İyul – Milli Mətbuat Günü və Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Milli yaddaş və mətbuat: şifahi sözdən ictimai konseptə” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamına əsasən keçirilən silsilə tədbirlər çərçivəsində baş tutub.

Elmi sessiyanı açan Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, görkəmli ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzeti ilə milli mətbuat ənənəsinin əsası qoyulub. Xalqın ana dilində nəşr edilən bu qəzet ictimai şüurun formalaşmasında mühüm rol oynayıb, maarifçi ideyaların yayılmasına, milli təfəkkürün oyanışına təsir göstərib.

Alim qeyd edib ki, mətbuat milli yaddaşın formalaşmasında əsas vasitələrdən biri kimi çıxış etmiş, şifahi biliklərin ictimai tribunalarda ifadəsinə, yazılı şəkildə sabitləşməsinə və konseptual düşüncə modelinə çevrilməsinə şərait yaratmışdır. Mətbuat folklorun və şifahi mədəni irsin cəmiyyətə təqdimində xüsusi rol oynamış, ictimai refleksiya və simvollaşdırma funksiyasını yerinə yetirmişdir.

O, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə kimi ziyalıların həm publisistik, həm də bədii fəaliyyəti ilə milli identikliyin formalaşmasına töhfə verdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları isə fərqli estetik-ideoloji mövqelərdən çıxış etsələr də, ortaq məqsəd olan milli düşüncənin təşkilində eyni dərəcədə əhəmiyyətli olub.

Alim, həmçinin hazırkı çağda rəqəmsal transformasiyalar və informasiya cəmiyyəti şəraitində medianın funksiyası barədə danışaraq qeyd edib ki, bu gün media yalnız məlumat ötürən vasitə deyil, eyni zamanda, aktiv yaddaş daşıyıcısı və sosial diskurs platformasıdır. Ənənəvi media ilə müqayisədə, rəqəmsal mühitdə informasiya interaktiv sosial platformalar üzərindən təqdim olunur. Bu, ictimai iştirakçılığı artırmaqla yanaşı, sosial qruplar arasında folklorik yaradıcılıq formalarının meydana çıxmasına şərait yaradır. Alim qeyd edib ki, bir zamanlar radio və televiziya vasitəsilə passiv auditoriyaya çatdırılan məzmun bu gün sosial media üzərindən bloger, influenser, fenomen kimi fərdi subyektlərin iştirakı ilə ictimai tribuna formasında təqdim olunur. Bu isə xalq biliyinin yeni şərait və formatlarda ifadəsini təmin edən müasir folklor mühitlərinin meydana gəlməsinə zəmin yaradır.

Çıxışının sonunda elmi sessiya çərçivəsində dinləniləcək məruzələrə nəzər yetirən H.Quliyev bildirib ki, bu məruzələrdə daha çox folklor kontekstinə yer verilib, folklorun milli mətbuatda öz əksini necə tapması, milli mətbuatın folklorun yaşadılması üçün hansı işləri görməsi məsələləri araşdırılıb.

Sonra institutun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova “Milli oyanış dövrü mətbuatında folklora baxış: “Əkinçi” qəzetinin mövqeyi” mövzusunda məruzə edib. Bildirib ki, folklor və mətbuat milli dəyərlərin qorunması, yaşadılması və nəsillər arasında ötürülməsi baxımından mühüm funksiyaya malikdir. Lakin bu iki sahənin tarixi və təbiəti fərqlidir: folklor xalqın mənəvi yaddaşıdır, onun tarixi qədər qədimdir, mətbuat isə nisbətən sonrakı dövrlərin məhsulu olub bu mənəvi yaddaşın müasir kommunikasiya vasitələri ilə qorunmasına və yayılmasına xidmət edən bir platforma rolunu oynayır. Bu baxımdan, mətbuatın funksiyalarından biri də folklorun “canlı saxlanması” və gələcək nəsillərə ötürülməsində vasitəçi olmasıdır.

Qeyd olunub ki, “Əkinçi” qəzetinin nəşri təkcə jurnalistika tarixinin deyil, həm də milli ideologiyanın, maarifçilik təfəkkürünün, dil və folklor yaddaşının inkişafında mühüm hadisə kimi qiymətləndirilməlidir. Maarifpərvər ziyalımız Həsən bəy Zərdabinin gərgin zəhməti və milli təəssübkeşliyi nəticəsində nəşr edilən bu qəzet dövrün imkanları daxilində xalqın mənəvi sərvətlərini, xüsusən də folklor irsini qorumağa və təbliğ etməyə çalışıb, təkcə informasiya daşıyıcısı olmayıb, həm də folklorun və dilin müdafiəçisi kimi çıxış edib.

Elmi sessiyada Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi dosent Tacir Səmiminin “Vedibasar” qəzetində Qərbi Azərbaycan folkloru” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, bu qəzetin hər bir illiyi bir kitab kimi çap olunub. İndiyə qədər 22 kitab işıq üzü görüb. Həmin kitablarda Qərbi Azərbaycan mövzusu əsas yer tutur. Tacir Səmimi bildirib ki, özünün Gümrü haqqında araşdırmaları, o cümlədən etnokulturoloji qeydləri, Qərbi Azərbaycan toponimləri ilə bağlı məqalələri, Aşıq İsgəndər, Aşıq Nəsib, Aşıq Heydər, Aşıq Qənbər, Aşıq Sirac kimi ustad aşıqların ədəbi irsinə işıq tutan yazıları sözügedən kitablarda öz əksini tapıb.

“Maarifçilik ideyalarının yayılmasında bölgə mətbuatının rolu” mövzusunda məruzə edən Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent Şakir Albalıyev bildirib ki, hələ sovet dövründə Bakıda və Bakıətrafı rayonlar istisna olmaqla digər rayonlarda icra hakimiyyətinin orqanı kimi ictimai-siyasi məzmunlu qəzetlər fəaliyyət göstərirdi. Həmin qəzetlər rayon əhalisi üçün əlçatan olduğuna, materiallar müxtəlif sahələri əhatə etdiyinə görə oxucularda onlara qarşı maraq çox güclü idi. İnsanlar bölgə qəzetinin səhifələrində ayrı-ayrı mövzularda yazılarla tanış olurdular. Belə ki, qəzetdə gedən yazılara oxucular münasibət bildirə bilir, yeri gəldikdə isə fəal müxbir yazıları yazmaqla publisistik ruhlu yaradıcılığa cəlb olunurdular. Eyni zamanda, ədəbi və bədii yaradıcılığı olanlar bu qəzetdə qələmlərini sınaqdan keçirir, püxtələşir və gələcəkdə hətta respublika və dünya miqyasına çıxa bilirdilər.

“Bölgə mətbuatı yerlərdə əhalinin maariflənməsi işinə müstəsna xidmətlər göstərən mətbu orqan kimi tanınır, sevilir, təqdir olunur. Mən çox fərəh hissi keçirirəm ki, 1932-ci ildən nəşr olunan “Xudafərin” qəzetinin fəaliyyətinin 25 ili mənim payıma düşür. Bundan sonra da ədəbi-bədii və publisistik fəaliyyətimlə 150 illik şərəfli tarixi ənənələri olan Azərbaycan mətbuatına öz töhfələrimi verəcəyəm”, – deyə alim çıxışını yekunlaşdırıb.

Daha sonra Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent Elçin Qaliboğlu “Mətbuatda folklor: təqdimatı, istifadə üsulları və funksiyaları” mövzusunda məruzəsində bildirib ki, dünyanın gedişatı nə qədər çevik görünsə də, yenə qəzet və kitaba, ümumiyyətlə, canlı ünsiyyətə hər zaman gərək olacaq. Həsən bəy Zərdabinin əsasını qoyduğu ənənənin daha da inkişaf etməsi gələcəyə yönəlik xəlqi, dövləti varlığımızın təsdiqində bənzərsiz rol oynayacaq. “Molla Nəsrəddin” jurnalının Mirzə Cəlilin həyata, dünyaya münasibətinin yetkin ifadəsi kimi meydana çıxdığını, ədəbiyyatın dilini xalq dilinə yaxınlaşdırdığını qeyd edən E.Qaliboğlu jurnalda atalar sözləri və məsəllərdən, ümumən folklorun bir çox janrlarından məharətlə istifadə edildiyini diqqətə çatdırıb. Bu baxımdan “Molla Nəsrəddin”dəki karikaturalarda folklor elementləri ayrıca olaraq özünü göstərir. Karikaturalar alt yazılarla verilir, oxucu sovet həyatında rast gəlinən çatışmazlıqları tənqid edən materialları folklor güzgüsündə daha aydın anlayır, reaksiya verirdi. Məruzəçi qeyd edib ki, “Azərbaycan”, “Ulduz”, “Qobustan” və başqa jurnallarda folklordan bəhrələnməyə kifayət qədər rast gəlinirdi. Azərbaycan radiosunda, televiziyada tənqidi verilişlərdə, ədəbi səhnəciklərdə, radio tamaşalarda, ayrıca olaraq “Mozalan” satirik kinojurnalında uyğun məqamlar folklorun mətbuatda ifadəsi imkanlarının yayğınlaşmasının nəticəsi kimi özünü göstərirdi.

Elmi sessiya mövzu ətrafında müzakirələr və çıxışlarla davam edib.

Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, həmçinin Folklor İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinin geniş ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında göstərdiyi peşəkar dəstəyə görə AZƏRTAC-ın Elm və təhsil xəbərləri redaksiyası, eləcə də Folklor İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinin geniş ictimaiyyətə təqdim olunmasında göstərdiyi dəstəyə görə Folklor studiyasının rəhbəri Mahir İbrahimov təşəkkürnamə ilə təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürdəmirdə toy məclisindən sonra bir neçə qonağın halı pisləşib

Fransa maliyyə bazarlarından rekord məbləğdə borc götürməyə hazırlaşır

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb