Azərbaycan Dövlət İnformasiya Agentliyi

Millilikdən bəşəriliyə gedən yol - Doğum günü bayrama çevrilən dahi

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasından 133 il ötür

Bakı, 17 sentyabr, AZƏRTAC

O, müxtəlif və mürəkkəb dövrlərin ənginliklərindən keçən həyat yolu və əbədiyaşar yaradıcılığı ilə adını mədəniyyət tariximizə möhürləyən sənətkardır. Üzeyir Hacıbəylidən danışarkən onu böyük musiqiçi alim kimi deyil, eyni zamanda, yüksək intellektə malik pedaqoq, ictimai-siyasi xadim, ən əsası ruhunda və qəlbində millətinin məhəbbətini daşıyan əsil vətəndaş kimi xarakterizə etmək olar. Bu gün dahi sənətkarın yaratdığı bənzərsiz sənət inciləri onu nəyinki doğma vətənində, həm də dünyanın hər yerində yaşadır. Hazırkı musiqi mədəniyyətimizin ekspozisiyasına nəzər saldıqda, Üzeyir Hacıbəyli məqamının əlamətlərini bütün təfsilatı ilə hiss edirik. Unudulmaz böyük bəstəkarın milli musiqimizdəki izi təkrarolunmazlıq mücəssəməsidir. Hər il 18 sentyabr - Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ölkəmiz onun adını daşıyan beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Festival çərçivəsində dünyanın hər bir yanından ən qabaqcıl və aparıcı orkestrlər tam heyəti ilə ölkəmizə gəlir, Üzeyir bəyin əsərlərini səsləndirir, həmçinin onun xatirəsinə ehtiramlarını bildirirlər. Ənənəvi olaraq bu il də ölkəmiz bu festivala hazırlaşır. Üzeyir Hacıbəyli yaradıcılığı və dövrü ilə tanış olmaq arzumuz festival öncəsi bizi onun adını daşıyan ev muzeyinə gətirdi.

Üzeyir Hacıbəylinin ev muzeyi: dil açan eksponatlar

Üzeyir Hacıbəylinin ev muzeyində olan hər bir azərbaycanlı burda özünü çox qurulu və rahat hiss edir. Hər iki hissin fövqündə fəxarət və milli mənsubiyyət amalı dayanır. Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova bizi Üzeyir Hacıbəyli dünyası ilə yaxından tanış edir. Muzeylə ilk tanışlığımız dahi bəstəkarın yaradıcılıq otağından başladı. Burada bəstəkarın istifadə etdiyi saatdan dirijorluq çubuğunadək olan bütün əşyalar bizi ruhən Üzeyir bəyin yaşadığı dövrə apardı. Onun yarımçıq qalmış “Azərbaycan” simfonik poemasının yerləşdiyi yaradıcılıq masasının səliqəsi heç də pozulmayıb. Bu, Üzeyir bəyin sonuncu işidir, cəmi üç səhifə nota alıb. Otağın divarından asılmış və əqrəbləri 14.00 göstərən saat sanki Üzeyir bəyin əbədiyyət yuxusundan oyanmasını gözləyir. Bəstəkar bu dünya ilə vidalaşdığı 1948-ci il oktyabrın 23-ü tarixindən bu günədək Üzeyir bəyin divar saatı zamanla vidalaşıb. Çünki o, eyni tarixdə və eyni saatda haqq dünyasına qovuşduğundan bacısı oğlu tərəfindən saat dayandırılır. Kim bilir, bəlkə də Üzeyir bəyin vəsiyyəti belə idi. Sənətkarın frakının-dirijorluq libasının bir qəribəliyi vardır. Ona diqqətlə baxanda Üzeyir bəyin təravətini hiss edirsən. Muzeydə bir daha şahid oluruq ki, dahi bəstəkar dövrünün ən yüksək mükafatları və fəxri adlarına layiq görülüb. G.Ələsgərova bizi digər otaqdakı masaüstü güzgü ilə tanış etdikdə məlum oldu ki, bu güzgü Xurşidbanu Natəvana məxsus güzgü imiş. X.Natəvanın nəticəsi Leyla Usmiyeva Üzeyir bəyin vəfatından sonra Natəvana aid güzgünü və çini qabdan olan aş sinisini muzeyə hədiyyə edib. Bundan başqa, muzeydə qapalı şüşə vitrində saxlanılan ovaxtkı SSR-i rəhbəri Josef Stalinin İkinci Dünya müharibəsindən sonra Üzeyir Hacıbəyliyə ünvanlandığı minnətdarlıq teleqramı diqqətimizi çəkdi. Muzeyin ekspansiya şöbəsinin rəhbəri deyir ki, 1944-cü ildə Üzeyir bəy cəbhəyə kömək məqsədilə öz şəxsi vəsaitindən 100 min rubl ayırır ki, ona bir tank alınsın. Ona görə də J.Stalin bəstəkarın bu addımını yüksək qiymətləndirir, ona şəxsən təşəkkür teleqramı göndərir. Bu gün muzey kimi yanaşdığımız bu tarixi ocaq vaxtilə qonaq-qaralı ev olub. Hər gün bu ocaqda tamamilə yad olan adamlar çörək kəsiblər. Hətta evdə qonaq olmayanda Üzeyir bəy həmin gün çox narahat olurmuş. Məcburi şəkildə evdəkilərə deyirmiş ki, gedin məhəllədən keçən üstü-başı nimdaş geyimli kimi görürsünüzsə gətirin evə. Üzeyir Hacıbəyli evinə təşrif buyuran yetimlərin, kasıb insanların qarnını doyurar, imkan dairəsində ciblərinə pul da qoyarmış. O, eyni zamanda, tələbələrinə də ata qayğısı göstərirmiş. Həqiqətən bu tarixi ocaq ensiklopedik olduğu qədər, həm də müqəddəs məkandır. Burda olan hər bir kəs dahi şəxsiyyətin sənət dünyasına, həyatına, keçdiyi ömür yoluna olduqca yaxınlaşır, sanki bu evdə vaxtilə yaşananların canlı şahidinə çevrilirsən.

Üzeyir bəyin əsərləri dörd qitənin ən məşhur sənət ocaqlarında

Sənətin müxtəlif janrlarında şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq yüz qat hünərdir. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrların ən yüksək mərtəbələrinə qalxıb, o həm də musiqiyə tamamilə yeni janrlar gətirib. Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”. Təsadüfi deyil ki, dahi bəstəkarın əsərləri Avstraliya qitəsi istisna olmaqla dünyanın dörd qitəsinin ölkələrinin ən məşhur sənət ocaqlarında səhnəyə qoyulub. Otaqların divarından asılan orijinal afişalar bura gələn bütün qonaqlara Üzeyir bəyin yaradıcılığını başa salır. Onun “Ər və Arvad”, “O olmasın bu olsun” və dünyanın 70 dilinə tərcümə edilən, 4 dəfə Azərbaycanda və 1 dəfə Amerikada ekranlaşdırılan “Arşın mal alan” operettasının orijinal tablosunun rəngi heç də solmayıb. “Leyli və Məcnun”, “Rüstəm və Zöhrab”, “Harun və Leyla”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Şeyx Sənan” və sonuncu “Koroğlu” operasının kiçik tablolarının səliqəsi yerindədir. Bəstəkarın əsərləri ilə maraqlandığımız zaman məlum oldu ki, 10 iri həcmli əsərindən cəmi birinin sözlərini Üzeyir bəy özü yazmayıb. Bu “Koroğlu” operasıdır ki, onun sözlərini dramaturq Heydər İsmayılov yazıb. Operadakı şeirlərin müəllifi isə Məmməd Səid Ordubadidir.

Üzeyir Hacıbəylinin cənazəsi Mircəfər Bağırovun çiyinlərində...

Muzeydə bəstəkarın ailə tərkibi ilə tanış olarkən çox maraqlı faktlarla qarşılaşırıq. Bəstəkarın anası Şirinbəyim xanım Əlverdibəyov mədrəsə təhsilli, atası Əbdülhüseyn Hacıbəyov isə öz dövrünün savadlı, ziyalı şəxslərindən olub. Üzeyir bəyin atası Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edib. Üzeyir bəyin iki qardaşı - Zülfüqar və Ceyhun, iki bacısı - Abuhəyat və Sayad olub. Bəstəkarın böyük qardaşı Zülfüqar Hacıbəyovun iki övladı - Maestro Niyazi və Çingiz Hacıbəyov dünyaya gəlir. Onların heç birinin övladı olmur və bunla da Hacıbəyovlar nəsli burada sonlanır. Bacıların hər ikisinin həyat yoldaşı vaxtsız vəfat edir. Sayad xanımın dörd övladı olduğundan Üzeyir bəy onları öz himayəsinə alır və təlim-tərbiyələri ilə məşğul olmağa başlayır. Bəstəkarın həyat yoldaşı Məleykə xanım Telequlova tatar qızı idi, O, ixtisasca rus dili müəllimi olub, bir neçə il məktəb direktoru vəzifəsində çalışır. Üzeyir bəyin vəfatından sonra 18 il yaşayan Məleykə xanım ona məxsus olan bütün əşyaları toplayaraq bir yerə yığır ki, gələcəkdə bu ocaq muzey olanda əşyalar qorunub saxlanılsın. Muzeydə tanış olduğumuz son şəkil dahi bəstəkarın vəfatı zamanı çəkilmiş fotolar idi. 1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanır. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılır və Fəxri xiyabanda dəfn olunur. Mircəfər Bağırov bəstəkarın dəfnində şəxsən iştirak edir, hətta o, cənazəni öndə götürənlərdən biri olur. Dahi bəstəkarın dəfnində yaşanan izdihamı və dövrün tanınmış dövlət adamlarının onun cənazəsinə qarşı ehtiramını gördükdə Üzeyir Hacıbəyli şəxsiyyətinin tarixdə əbədi qalacağını elə bu fotolardan rahatca başa düşürsən.

Yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan bəstəkar

Bu ocaqda olarkən adamda elə təəssürat oyanır ki, elə bil bu ailənin müasirisən. Üzeyir Hacıbəyli sözün həqiqi mənasında Azərbaycan musiqisinin baş tacıdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Dahi bəstəkar, böyük yazıçı-dramaturq, ustad publisist, ictimai-siyasi xadim - Üzeyir bəy Hacıbəyli. Yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan dahi. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

Böyük Qayıdış proqramı Azərbaycanın regional inkişaf siyasətində yeni mərhələ yaradıb – ŞƏRH

Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Naxçıvan Dövlət Kukla Teatrının kollektivi Türkiyəyə qastrol səfərinə yollanıb

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Jurnalist Çingiz Mustafayevin kadrlarındakı 9 yaşlı qız 34 ildən sonra Xocalıda VİDEO

Ekspert: Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının növbəti mərhələsinə keçidi təmin edəcək

Formula 1 Azərbaycan Qran-Prisində sərbəst yürüş başlayıb

Azərbaycanda sığorta şirkətləri 1,1 milyard manatdan çox sığorta haqqı toplayıb

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ermənistanın müharibə öncəsi planları, rəsmi İrəvanın işğalçılıq siyasətinin iflası – TƏHLİL

Tacikistanla oyunda zədələnən Mahir Emreli və Abdula Xaybulayevin durumuna aydınlıq gəlib

Fransada COVID-19-a yoluxanların sayı artır

Yepiskop Aleksiy: Azərbaycanın Qələbəsi xalqımızın birliyi və həmrəyliyinin nəticəsidir

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO

® Təhsil işçilərinə nağd pul kreditində 7 faizədək endirim

“Culfa” tankeri əsaslı təmir edilərək istismara qaytarılıb

Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir

Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Emil Ağazadə: Tikinti işlərinin layihələrə və tikinti normativlərinə uyğun aparılmasına texniki nəzarət həyata keçirilir

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə görüş olub

KTN-in nümayəndəsi: İstehsalçılar bazarın tələbinə uyğun toxum istehsal etsinlər

Media nümayəndələri Zəngilanın Cahangirbəyli kəndində bərpa-quruculuq işləri ilə tanış olublar

Bu saata olan əsas xəbərlər

FAO nümayəndəsi: Dünyada 75 faiz toxum növü yox olub

ATƏT-in Minsk qrupunun missiyasını başa vurması regionun siyasi tarixində ayrıca səhifədir - ŞƏRH

Nyu-Yorkda İranla Ukrayna arasında gərginliyin azaldılması məsələləri müzakirə edilib

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Nazirlik rəsmisi: Qeydiyyatdan keçmiş toxumçuların şəhadətnaməsi onların müddəti bitənədək qüvvədədir

Allahşükür Paşazadə: Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyinin bəhrəsidir

Xəzərdə zəlzələ olub

Azərbaycanda pensiya, müavinət və yardımlar üzrə ödənişlər 10 faiz artıb

Agentlik rəsmisi: Toxumun keyfiyyətinin təminatı və izlənməsi asanlaşıb

Beynəlxalq jurnalda Xaqani Şirvaniyə həsr olunmuş məqalə dərc edilib

Bu gün Ümumdünya Dəniz Günüdür

İngiltərəli jurnalist: Azərbaycan Qran-Prisi artıq Formula 1 təqviminin əsas yarışlarından birinə çevrilib

Roma Papası XIV Leonun Fransaya səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Məcnun Məmmədov: Fermerlərə əkinlə bağlı mərhələli şəkildə tövsiyələrin verilməsi mexanizmi üzərində çalışırıq VİDEO

Dövlət Proqramının əsas mahiyyəti regionlarda yeni sənaye mərkəzləri yaratmaqdır- ŞƏRH

Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Nazir: Yerli toxumçuluğun inkişaf etdirilməsi və özünütəminat səviyyəsinin yüksəldilməsi əhəmiyyət daşıyır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Çempionlar Liqası: “Sabah”ın 4 ev oyunu üçün 100 mindən çox bilet satılıb

Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

Ötən gün 48 cinayətin açılması təmin olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Rosen Plevneliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çoxsaylı böhranlarla bağlı həll yolları ortaya qoyur VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Tahir Rzayev: Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial var VİDEO

Bakıda Formula 2 üzrə ilk sərbəst yürüşün qalibi bəlli olub - YENİLƏNİB

Viorel Gutu: Azərbaycanda yerli toxumçuların və istehsalçıların inkişafına verilən töhfə təqdirəlayiqdir

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Karantin tətbiq edilən zərərli orqanizmlərlə yoluxmuş 200 tondan artıq toxumluq məhsulla bağlı fitosanitar tədbirlər görülüb

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Naxçıvanda I Beynəlxalq Tibb Günləri keçirilir

Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub

DİM: 668 namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək

“Reuters”: Bu il kosmik şirkətlərə qoyulan özəl investisiyaların həcmi 23 milyard dollara çatıb

ABŞ naziri İrandan beynəlxalq aviareyslərin 80 faizinin bağlandığını iddia edib

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Agentlik sədri: Yerli toxum istehsalının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır VİDEO

Naxçıvan MR Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin sayı 40,6 faiz artıb

Formula 1-lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılır

“Karadeniz Holding”lə enerji sahəsində yeni əməkdaşlıq istiqamətləri dəyərləndirilib

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Mladen İvaniç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Nazir: 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

Məcnun Məmmədov: Artan yerli istehsal nəzərə alınaraq sertifikatlı toxum üçün tələb 5 hektaradək azaldılıb VİDEO

“İcra haqqında” Qanuna tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi ilə bağlı yeni maddə əlavə edilir

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksəksəviyyəli Görüşü təşkil olunub VİDEO

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ağdaş və Mingəçevirdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur