Miluoki dairəsi fevralın 25-26-nı Xocalı qırğınının ildönümü elan edib
Vaşinqton, 1 mart, AZƏRTAC
ABŞ-ın Viskonsin ştatının Miluoki dairəsinin icra hakimiyyəti başçısı Kris Abel Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar proklamasiya qəbul edib. Sənəddə 1992-ci il fevralın 25-26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinin qətlə yetirilməsindən, heç bir təqsiri olmayan vətəndaşlara, erməni silahlı birləşmələrinin hücumu nəticəsində girov və əsir götürülmüş adamlara işgəncə verilməsindən danışılır. Sənəddə daha sonra göstərilir ki, beynəlxalq birlik Xocalı hadisələrinə dərhal sərt münasibət bildirsə də, indiyədək heç bir ölkə bu faciəyə görə məsuliyyəti öz üzərinə götürməyib. Proklamasiyada qeyd olunur ki, Xocalı qırğını Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutduğu üçün bu cinayətin qurbanlarının xatirəsini ehtiramla yad etmək lazımdır. Beləliklə, Kris Abel Miluoki dairəsində 2016-cı il fevralın 25-26-nı Xocalı qırğınının 24-cü ildönümü elan edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]