Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 14-ü saat 23:30 radələrində Mingəçevir şəhər ərazisində “Lexus” markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, nəticədə avtomobildəki sərnişin, 1994-cü il təvəllüdlü Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]