Mingəçevirdə təşkil edilən ekoloji yay məktəbi uğurla başa çatmışdır
Bakı, 15 iyul (AZƏRTAC). Heydər Əliyev Fondunun dəstəyi ilə “Təmiz Şəhər” ASC-nin iyulun 11-dən 15-dək Mingəçevirdə təşkil etdiyi “Təmiz şəhər naminə” IV ekoloji yay məktəbi başa çatmışdır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yay məktəbi tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsinə, onların ekoloji mədəniyyətlərinin artırılmasına xidmət etmişdir.
Yay məktəbində 50 tələbə tullantıların idarə olunması sahəsində əsas anlayışlar, tullantıların növləri, onların idarə olunması prosesi və zərərsizləşdirilməsi üsulları haqqında biliklərə yiyələnmişlər. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən iştirakçılara ölkəmizdə tullantıların idarə olunması sahəsində əldə edilən nailiyyətlər, bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodları, Balaxanı Sənaye Parkı və gələcək layihələr haqqında məlumat verilmişdir.
Məktəbin təlim-tədris hissəsində mütəxəssislər tərəfindən tələbələr üçün mühazirələr keçirilmiş və ekoloji mövzuda debatlar təşkil edilmişdir. Gənclər üçün müxtəlif komanda oyunları, intellektual və ekoloji yarışmalar da keçirilmişdir.
Sonda yay məktəbinin iştirakçılarına “Təmiz Şəhər” ASC tərəfindən sertifikatlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]