Mingəçevirdə yağış sularının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO







Mingəçevir, 16 aprel, Vüsalə Cənnətova, AZƏRTAC
İntensiv yağıntı nəticəsində Yevlaxın əkin sahələrinin suvarılması üçün istifadə edilən Havarlı suvarma arxı Mingəçevir şəhəri ərazisindən keçən hissədə daşıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, arxın daşması nəticəsində bəzi küçələrə və yaşayış evlərinin həyətyanı sahələrinə su dolub. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yaranmış fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.