MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏHƏMMƏD HÜSNİ MÜBARƏKƏ
Hörmətli cənab Prezident,
“Əs-Salam-98” sərnişin gəmisinin Qırmızı dənizdə qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 fevral 2006-cı il.