Misli Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ilk olaraq meydana "Şamaxı" və "Araz-Naxçıvan" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda reallaşacaq görüş saat 15:30-da start götürəcək.
Ev sahibləri 9 turdan sonra 12 xalla 6-cı, qonaqlar isə 17 xalla 3-cü yerdə qərarlaşıb.
Günün ikinci matçında "Neftçi" doğma meydanda "Səbail"i qəbul edəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
"Ağ-qaralar" 5 xalla 9-cu, "dənizçilər" isə 7 xalla 7-ci sıradadır.
Ötən gün turun açılış oyununda "Qarabağ" səfərdə "Kəpəz"i 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun digər görüşləri oktyabrın 20-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]