“Mişni” və “Alxaslı” stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
Bakı, 25 avqust, AZƏRTAC
“Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyaları (KSES) fəaliyyətə başladığı tarixdən cari ilin iyul ayınadək “Mişni” KSES-də 64,3 milyon kilovat-saat, “Alxaslı” KSES-də isə 42,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
AZƏRTAC bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, avqustun 25-də Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” KSES-ləri istismara verilib.